Xoşbəxt adamlardan biri – Esmira Fuad

İnsanlar inansa da, inanmasa da, onları bir çeşid bəxt təqib edir. İçimizdə hərdən abardıb, hərdən də umursamadığımız bəxt öz metafiziki varlığını doğrultmayınca, sahibinə müsbət, ya da mənfi təsir göstərə bilməz. Olduqca doğal və təbiidir ki, kimsə özü üçün mənfi bəxt aramaz. Fəqət müsbət bəxti əldə etmək o qədər də asan deyil.

Bəxtin iqtisadi, ictimai, mənəvi, lirik, epik, mistik və başqa qolları varsa, onun arama və yiyələnmə qollarının da var olması gərəkdir. Ardını oxu »

Türkiyədə Mir Cəlalın hekayələr toplusu nəşr edildi

KİTAB TÜRK ƏDƏBİYYATI VƏQFİNİN YENİ SERİYASI ÜZRƏ ÇAP OLUNUB

Bugünlərdə görkəmli yazıçı, ədəbiyyatşünas alim Mir Cəlalın “Kəmtərovlar ailəsi” adlı hekayələr kitabı Türkiyədə işıq üzü görüb.
Yazıçının 110 illik yubileyinə ərməğan olaraq hazırlanan kitab Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Türk dünyası ədəbiyyatı seriyası”ndan çap olunan birinci kitabdır. Ardını oxu »

Dillər Universitetində mediatur – Fotolar

Yanvarın 17-də Azərbaycan Dillər Universitetində (ADU) 2017-2018-ci tədris ilinin payız sessiyasının gedişini müşahidə etmək məqsədi ilə KİV nümayəndələrinin iştirakı ilə mediatur təşkil olunub.

Media nümayəndələri imtahan otaqlarında olub, imtahan prosesini izləyiblər. Universitetin Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev KİV təmsilçilərinə imtahan prosesi barədə məlumat verib, media nümayəndələrini maraqlandıran sualları cavablandırıb. Ardını oxu »

Dünən Pirallahı rayonu Çilov qəsəbə İƏD üzrə nümayəndəliyinin 2017-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirildi

 Yanvar ayının 16-da Çilov qəsəbəsindəki “28 May” NQÇİ-nin Mədəniyyət evində Pirallahı  Rayon İcra Hakimiyyəti başçısının Çilov qəsəbə İƏD-si üzrə nümayəndəliyinin 2017-cı ilin sosial-iqtisadi inkişafın yekunları və 2018-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə RİH-nin məsul əməkdaşları – Ərazi  idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, YAP Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov, təsərrüfat xidmətlərinin rəhbərləri, eləcə də qəsəbə sakinləri iştirak etdilər.

Ardını oxu »

“Sahibkarlar bilsinlər ki…” – Alimpaşa Məmmədov

“Sahibkarlığın inkişafı Azərbaycanda dövlət siyasətidir.Qeyri-neft sektorunun inkişafinda əsas təşəbbüskarlar da sahibkarlardır. Şəmkirdə sahibkarlığın inkişafı üçün əlimizdən gələni əsirgəməyəcəyik”.

Bu sözləri Şəmkir rayon İcra Hakimiyyəti başçısı cənab Alimpaşa Məmmədov Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndənin 2017–cı ilin yekunlarına dair keçirilən hesabat yığıncağıda bildirib. Ardını oxu »

Sərmayə qoyuluşu çoxaldıqca iş yerləri də artır, istehsal da

Qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində Kürdəmir rayonunda da əhəmiyyətli addımlar atılmaqdadır. Odur ki, geniş potensialı ilə seçilən bu bölgəyə son dövrlər iş adamlarının marağı xeyli artıb. Bu da səbəbsiz deyil. Birinci amil seçim imkanının genişliyidirsə, ikinci iş görmək arzusu olanlara münbit şəraitin yaradılmasıdır.
Rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərovla da söhbətimiz əsasən bu barədə oldu. Ardını oxu »

Sözün Ağalar Bayramov şəkli

Bədii qiraət XX əsrin əvvəllərindən ədəbiyyatla, teatrla yanaşı addımlayan incəsənətin bir qoludur. Zaman-zaman bu sənətin peşəkarları, qəlbini, həyatını şeirə, sənətə bəxş edən sənətkarları çox olub. Onlar nəinki şeiri səsləndirməklə yetinmiş, həmçinin, o şeiri və müəllifinin hisslərini oxucuya çatdırmaqla poeziyamızın inkişafına da bilavasitə yardımçı olmuşlar.

Bədii qiraət özündə bir neçə sənəti birləşdirən sahədir. Qiraət ustası gözəl səs və səlis diksiyadan əlavə, incə duyuma, aktyorluq qabiliyyətinə və yüksək zövqə malik olmalı, sözü qüvvətini hiss etməyi bacarmalıdır. Bu sənətin Kazim Ziya, Müxlis Cənizadə, Soltan Nəcəfov, Aydın Qaradağlı, Həsən Əbluç, Mikayıl Mirzə, Əminə Yusifqizi kimi ustaları olub. Bu gün də bu sənətin etibarlı əllərdə olduğunu deyə bilərik. Ardını oxu »

Dünya birliyi Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz ərazisi kimi tanıyır

Beynəlxalq aləm miqrant axını ilə üz-üzə qaldığı, iqtisadi böhran  burulğanında boğulduğu, ictimai-siyasi sabitliyin təmin olunmadığı və terror aktlarının  qarşısını almaqda aciz qaldığı bir vaxtda Azərbaycanda həyat öz axarınca davam edir, qeyri-neft sektorunun inkişafına, davamlı sabitliyə, iri infrastruktur layihələrin reallaşdırılmasına, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və təhlükəsizliyinin təmin olunmasına görə inkişaf etmiş dövlətlərə nümunə göstərilir.

Mötəbər nüfuzlu beynəlxalq təşkilatların öz tədbirlərini keçirmək üçün məhz Azərbaycanı seçmələri də bu inkişafın təzahürüdür. Ardını oxu »

Prezident İlham Əliyev: Azərbaycan xalqı haqlı olaraq fəxr edir ki, bizim xalqımız bu respublikanı yaradıb

1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk demokratik respublika olmaqla yanaşı, xalqımızın tarixində mühüm bir hadisə idi. müstəqillik arzusu ilə yaşayan xalqımız, nəhayət ki, öz dövlətinə sahib oldu. Prezident İlham Əliyevin 2017-ci il mayın 16-da Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin qeyd edilməsi ilə bağlı sərəncam imzalaması, eləcə də, bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsi həmin tarixi fakta ehtiramın nümunəsidir. Ardını oxu »

Dərd bizi ağlatsa da, vüqarımızı əyə bilmədi

O məşum gecədən 28 il ötsə də, elə bil hər şey dünən baş vermişdi. Biz şahidlər qocalsaq da, yaramız heç qaysaq da bağlamadı. Yəqin ki, torpaqlarımız erməni işğalından tamamilə azad edilməyincə bu ağrı və kədər bizi tərk etməyəcək.

O vaxt min arzu və niyyətlə gözlənilən il at üstündə gəlirdi. İkinci dünya müharibəsinin ağrı-acılarını yaşamış insanlar ilin qara at üstündə tamamlanmasından üşənərək, “Allah xeyir eləsin!” söyləmişdilər. Sınaqdan çıxmışdı ki, at müharibə işarətidi. Əlbəttə, fikirlərin, sınama və müşahidələrin üst-üstə düşməsi bəzən təsadüfən olur. Amma həqiqətən, 90-cı ilin 20 Yanvarı qara gəldi. O dəhşətli günlər bütövlükdə millətimiz üçün əsl imtahan oldu. Ardını oxu »

Arxiv
Təqvim
Yanvar 2018
S M T W T F S
« Dec    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 46
  • 25
  • 657
  • 2,784
ILK-10 Azeri Website Directory