Gündəm

Almaniyanın Azərbaycandakı səfiri Mixail Kindsqrab Gəncədə olub

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Kindsqrabı qəbul edib. Görüş zamanı rəsmi qonağa sGəncənin tarixi, mədəniyyəti  və iqtisadiyyatı bardə geniş məlumat verilib.

Niyazi Bayramov bildirilib ki, Gəncədə 3 universitet və 3 kollec fəaliyyət göstərir. Şəhər əhalisinin üçdə bir hissəsini gənclər təşkil edir. Rəsmi qonağa Gəncənin sənaye potensialı haqqında da ətraflı məlumat verilib.

Ardını oxu »

MEK-də professor Əlövsət Abdullayevin şəxsi kolleksiyasının təqdimatı keçirilib

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın görkəmli dilçi alimi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Əlövsət Abdullayevin şəxsi kitab kolleksiyasının təqdimatını keçirib. Təqdimat mərasimində alimin müasirləri, tələbələri, ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbirdə təqdimatla çıxış edən MEK-in Kitabxana-xidmət şöbəsinin əməkdaşı Səda Əliyeva alimin şəxsi kitab kolleksiyası, həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib.

Ardını oxu »

İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xanım Valentina Matviyenkonu və nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham ƏLİYEV dedi:

-Hörmətli Valentina İvanovna, hörmətli qonaqlar.

Azərbaycana xoş gəlmisiniz. Sizin səfərinizə çox şadam.

Ardını oxu »

Samux komandasından möhtəşəm qələbə!

12-14 aprel 2019-cu il tarixlərdə Ağstafa Gənclər Mərkəzində təşkil olunmuş yeniyetmələrin XII Respublika Oyunlarına daxil olan güllə atıcılığı üzrə zona yarışında Samux komandası uğurla çıxış etdi. Məlumat üçün bildirək ki, yarışda Gəncə-Qazax zonası üzrə  13 komanda mübarizə apardı.

Ardını oxu »

Xalqları bir-birinə yaxınlaşdıran dəyərlər

Mədəniyyətlərin və sivilizasiyaların qovuşduğu Azərbaycanın humanitar sahədəki təcrübəsi son illər dünya xalqlarının marağına daha çox səbəb olur. Mədəni dəyərlərin öyrənilməsi və onlardan istifadə edilməsinə xüsusi diqqət ayrılmasının səbəbləri az deyil.

İlk növbədə mədəniyyət xalqları daha çox yaxınlaşdırır. Hər bir xalqın mədəni dəyərlərinə hörmətlə yanaşılması mühüm məsələdir. Buna görə mədəni əlaqələrin daha da genişlənməsi xalqlar arasında ünsiyyəti vacib faktor kimi ortaya çıxarır.

Ardını oxu »

Pirallahıda “Xalqa və dövlətçiliyə xidmət” mövzusunda tədbir keçirilib

11 aprel 2019-cu il tarixində Pirallahı Gənclər Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan  Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə “Xalqa və dövlətçiliyə xidmət” başlığı altında tədbir keçirildi. 

     Dövlət Himninin səslənməsindən sonra millət vəkillərinin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatları sədrləri, rayonun Ağsaqqallar Şurasının üzvləri, Qarabağ müharibəsi veteranları və Çernobıl əlillərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata

Ardını oxu »

İlham Əliyevin yenidən prezident seçilməsindən 1 il ötür

Azərbaycanda 11 aprel 2018-ci il tarixdə keçirilən prezident seçkilərindən artıq bir il ötür.

“Report”un xəbərinə görə, ötən 1 ildə müxtəlif sahələrdə islahatlar həyata keçirilib, əmək pensiyası, minimum əməkhaqqı, təqaüd və müavinətlər artırılıb.

Ardını oxu »

Qazaxda xidmət sahələri tərəfindən vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması ilə bağlı müşavirə keçirilib

Bu gün hər kəsə yaxşı məlumdur ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.

övlət başçısı tərəfindən atılan hər bir uğurlu addımın arxasında vətəndaş amili, onları narahat edən məsələlər, qayğılar dayanır. Son 3 ildir ki, Qazax rayonunda da vətəndaş amili daim ön planda saxlanılır.

Ardını oxu »

Göyçayda yol tikintisinə 4,1 milyon manat ayrıldı

Prezident İlham Əliyev Göyçay rayonunun Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Kürd-Şəhadət-Qarabağlar-İkinci Ərəbcəbirli avtomobil yolunun tikintisi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 4,1 milyon (dörd milyon bir yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Ardını oxu »

Ağstafada “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda üçüncü ənənəvi regional forum keçiriləcək

6 aprel 2019-cu ildə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və Ağstafa rayon İcra hakimiyyətinin  təşkilatçılığı,  İqtisadiyyat və Kənd Təsərrüfatı Nazirliklərinin dəstəyi ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzində “Regionların inkişafında sahibkarlığın rolu” mövzusunda üçüncü ənənəvi regional forum keçiriləcəkdir.

Ardını oxu »
Arxiv
Təqvim
Aprel 2019
S M T W T F S
« Mar    
 123456
78910111213
14151617181920
21222324252627
282930  
Statistika
  • 0
  • 9
  • 7
  • 486
  • 1,807
ILK-10 Azeri Website Directory