Gündəm

Qaralar kəndində səyyar qəbul keçirilib

Qaralar kəndində keçirilən səyyari qəbulda rayonda həyata keçirilən məqsədyönlü  tədbirlər  bir daha nəzərə çatdırılıb. Qaralar kəndinin sakinlərinin əsas məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.

İmişli rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev dövlət başçısının regionların inkişafına göstərdiyi qayğıdan danışıb. Ardını oxu »

AŞPA missiyası prezident seçkilərində müşahidəyə start verdi

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyası prezident seçkilərini müşahidəyə start verib. 

APA-nın məlumatına görə, rumıniyalı parlamentar Viorel Rişard Badeanın rəhbərlik etdiyi missiyanın üzvləri Bakıda və regionlarda səsvermə prosesini izləməyə başlayıblar.  Ardını oxu »

Gəncədə Aprel döyüşlərinə həsr edilmiş peyntbol turniri keçirilib

Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Aprel döyüşlərinə həsr olunmuş turnir keçirilib. İlk dəfə olaraq gənclər təşkilatları arasında keçirilən peyntbol turnirində şərti döyüşçülər 8 komandada təmsil olunublar.

Ardını oxu »

“Vətən çağırır” layihəsi başa çatdı

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsi çərçivəsində maliyyələşdirdiyi “Vətən çağırır” layihəsi başa çatıb.
Layihənin əsas məqsədi gənclər arasında multikultural və tolerantlıq dəyərlərinin təbliği, onlara vətənpərvərlik ruhunun aşılanması olub. Ardını oxu »

“Azərbaycanı kəşf et: elmdən mədəniyyətə”

ASA Oksford Universitetində növbəti tədbirinə hazırlaşır

Yaşadığımız dövrdə  dünya elmində baş verən inqilabi dəyişikliklərin, yeni innovasiyaların, elmi-texnoloji  kəşflərin ətraflı öyrənilərək daha geniş,  səmərəli tətbiqi mühüm əhəmiyyət kəsb etməkdədir. 

Dünya elminin müasir trendlərinin öyrənilməsi, gənclərin elmə marağının artırılması, onların müxtəlif sahələrdə elmi tədqiqat Ardını oxu »

Nəsimi rayonunda 31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirilmişdir

31 Mart-Azərbaycanlıların soyqırımı günü münasibətilə Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən silsilə tədbirlər davam etdirilir.

Rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq olunmuş tədbirlər planına uyğun olaraq 31 mart 2018-ci il tarixində rayon ərazisində yerləşən Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət qalereyasında növbəti tədbir keçirilmişdir. Ardını oxu »

Samux rayonu üzrə əhalinin tibbi müayinəsi davam etdirilir

Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən fevralın 12-dən başlanan əhalinin tibbi müayinəsi  və dispanserizasiyası  Samux  rayonunda da mütəşəkkil qaydada həyata keçirilir.
Samux rayonu üzrə həkim briqadaları yaradılaraq, kəndlərə gediş qrafikləri tərtib edilərək və təşkilati işlər görüldükdən sonra 12.02.2018-ci il tarixdən əhalinin kütləvi dispanserizasiyasına başlanımışdır. Ardını oxu »

Məktəblilər Gəncəyə qayıdıblar

“Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində dörd gün müddətində Qəbələ – Şəki- Zaqatala marşrutu üzrə maarifləndirici tur-aksiyada iştirak edən gəncəli məktəblilər Gəncə şəhərinə qayıdıblar. Tur-aksiya iştirakçılarını “Zəfər Tağı” qarşısında təhsil işçiləri və valideynlər qarşıladılar.

Məktəblilər səfərlə bağlı təəssüratlarını bölüşərkən bildiriblər ki, bu yerlərin əsrarəngiz gözəllikləri haqqında kitablardan oxuyub, filmlərdə seyr ediblər.  Ardını oxu »

Xətai rayonunda “Baharı Birlikdə Qarşılayaq!” adlı rəsm sərgisi keçiriləcək

Xətai rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2018-ci il mart ayının 3-də saat 14:00-da Xətai Sənət Mərkəzində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin “Baharı Birlikdə Qarşılayaq!” adlı sərgisinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.   

Sözügedən tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin, Q. Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin müdiriyyətinin, incəsənət xadimlərinin və rəssamların, həmçinin kütləvi informasiya vasitələri mənsublarının iştirakı nəzərdə tutulmuşdur. Ardını oxu »

YAP-ın ümumrespublika müşavirəsi keçirilir

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatları sədrlərinin iştirakı ilə geniş tərkibli ümumrespublika müşavirəsi keçirilir.

“Report”un xəbərinə görə, Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini – icra katibi Əli Əhmədov 2018-ci il aprelin 11-də prezident seçkilərinin keçiriləcəyini bildirib. Qeyd edib ki, Yeni Azərbaycan Partiyasının VI qurultayı Prezident İlham Əliyevin bu seçkilərdə namizədliyini irəli sürüb. Ardını oxu »

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 1,174
  • 3,909
ILK-10 Azeri Website Directory