İdman

“Formula-1” Azərbaycan Qran-prisi start götürür

Bu gün Bakıda “Formula-1” üzrə Azərbaycan Qran-prisi start götürür.
Apasport.az saytının məlumatına görə, paytaxtımızda ardıcıl üçüncü dəfə keçirilən yarışın ilk gününə birinci sərbəst yürüşlər və bolidlərin trek sınağı planlaşdırılıb.

Ardını oxu »

Altay Həsənov: Avropa çempionatı Bakıda yüksək səviyyədə təşkil olunub

Milli Gimnastika Arenasında keçirilən batut, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı Azərbaycanın və Avropanın idman həyatında növbəti mühüm hadisədir.

Turnirə 25 ölkədən 400-dən çox idmançı qatılıb. Bizim artıq belə turnirləri keçirmək təcrübəmiz var. İdmançılarımızın nəticələri ilə bağlı deməliyəm ki, qarşımıza qoyduğumuz əsas məqsədə çatmışıq.

Ardını oxu »

İlham Əliyev Azərbaycanı dünyanın idman mərkəzinə çevirib

Atletlərimiz bu il beynəlxalq yarışlarda 851 medal qazanıblar

Dünyanın ən mötəbər yarışlarında göstərilən nəticə yalnız dövlətin idman həyatının deyil, onun iqtisadi potensialının, ictimai, sosial-mədəni həyatının göstəricisidir.

Ardını oxu »

İDMAN: KONTAKT-KARATE YARIŞI

YEVLAX PƏHLƏVANLARI BİRİNCİ OLDULAR

1 Ötən şənbə günü-avqustun 19-da büllur sulu Kür çayı sahilindəki Bulvar istirahət kompleksi yenə də böyük və maraqlı idman qarşılaşmasına ev sahibliyi edirdi. Həmin gün səhər ertədən burada Aəzrbaycan Respublikası Kontakt-karate Federasiyasının və Yevlax Şəhər Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Narkomaniyaya qarşı mübarizə” devizi altında idman mübarizəsinə start verilmişdir. Ölkənin 15 şəhər və rayonunu, o cümlədən  Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və digər bölgələrini təmsil edən 200- dən çox pəhləvan idmanın kontakt-karate döyüş növü üzrə döşək üzərində öz  qüvvələrini sınağa çəkirdilər. Ardını oxu »

Pilotlar yarışa, bolidlər trekə hazırdır

Bu gün Bakı daha möhtəşəm bir tədbirə – “Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi edir. Sürətsevərlər planetin ən güclü 10 komandası və 21 pilotun əzmkar mübarizəsinin şahidi olacaqlar. Yarışın keçiriləcəyi Bakı Şəhər Halqası bəzi xüsusiyyətlərinə görə digər “Formula-1” treklərindən seçilir.

Şəhərin müasirliyi ilə tarixiliyini özündə birləşdirən Bakı Şəhər Halqası şəhər trekidir və digərləri ilə müqayisədə burada maksimal sürətin qeydə alınacağı gözlənilir. Ardını oxu »

Avropa Qran-prisinin Azərbaycan nümunəsi

Dünya Bakıda keçiriləcək “Formula-1” yarışının həyəcanı ilə yaşayır

İyunun 23-25-də dünyanın diqqəti yenə də Bakıya yönələcək. Paytaxtımız planetin bir nömrəli avtomobil yarışına növbəti dəfə evsahibliyi edəcək.
“Formula-1” dünya çempionatının 8-ci mərhələsi olacaq Azərbaycan Qran-prisində ən məşhur 21 pilot 10 komandanın tərkibində 6 kilometr məsafədən ibarət 51 dövrəlik mərhələnin qalibi uğrunda yarışacaq. Bu mübarizə isə, sözsüz ki, sürət həvəskarlarının böyük marağına səbəb olacaq. Ardını oxu »

Qalibiyyət marafonu

Atletlərimiz İslamiadanı 18 medalla başa vurdular

Dünən Bakı Olimpiya stadionunda IV İslam Həmrəyliyi Oyunları çərçivəsində 5 gün davam edən atletika və paraatletika yarışları başa çatmışdır.

Hər yarış günü komandamıza medal qazandıran azərbaycanlı idmançılar bu dəfə də ənənələrinə sadiq qalmışdılar. Ardını oxu »

İslam dünyasının lideri

Atletlərimizin şanlı qələbələri ölkəmizi “Bakı-2017”nin favoritinə çevirib

Sabah Olimpiya stadionunda IV İslam Həmrəyliyi Oyunlarının təntənəli bağlanış mərasimi keçiriləcək.
Artıq 9 gündür ki, paytaxtımızda təşkil olunan möhtəşəm idman bayramı şanlı tariximizə ən yaddaqalan zəfər günləri kimi yazılmaqdadır. Ardını oxu »

Güləşdə Azərbaycan hegemonluğu

Prezidentin davamlı dəstəyi pəhləvanlarımızın ardıcıl qələbələrinin mənbəyidir

IV İslam Həmrəyliyi Oyunlarında yunan-Roma və sərbəst güləş yarışlarına yekun vurulub. Son günlər güləş idmanı tariximizə qızıl hərflərlə yazılıb. Pəhləvanlarımız elə bir möhtəşəm uğura imza atdılar ki, bu, hələ uzun müddət yaddaşlardan silinməyəcək.

Ardını oxu »

Ümidləri doğrultduğum üçün sevinirəm

Yarışların 5-ci günündə ölkəmizə növbəti mükafatı qazandıran Nigar Nəsirova güllə atıcılığı yarışında fərqlənib. O, 10 metr məsafədən pnevmatik tapança ilə atəş açmaqda 3-cü yeri tutub. Bürünc medal üçün snayperimizə 211,5 xal kifayət edib. Yarışlardan bir qızıl və bir bürünc medalla ayrılan Nigar Nəsirova dedi:

– Çox sevinirəm ki, ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları kimi mötəbər yarışda medal qazandım.

Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 1,003
  • 3,059
ILK-10 Azeri Website Directory