Ekologiya

Gəncəyə ilk qar yağıb

Nəhayət ki, bu gün Gəncəyə ilk qar yağdı. Axşamdan yağan qarın üzərinə günəşin zərif şəfəqlərinin saçılması ulu Nizami yurdunda əsrarəngiz mənzərə yaradıb.

Ardını oxu »

Ətraf mühitin qorunmasında ekoloji maarifləndirmə tədbirlərinin mühüm əhəmiyyəti var

\r\n

\r\n\r\n Bəzən insanlar ekoloji problemlərin yaratdığı fəsadlardan ciddi əziyyət çəkirlər. Bunun səbəbi isə onların kifayət qədər məlumatlı olmamalarıdır. Vətəndaşlar arasında təbii fəlakətlərlə mübarizə və ya təbii fəlakətlərdən qorunma qaydaları ilə bağlı qəbul olunmuş “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında ”,“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının qanunlarında, eləcə də “Ekoloji təhsil və maarifləndirmə sahəsində standartlar və iqtisadi tənzimlənmə”, “Ekoloji təhsil və maarifləndirmə sahəsində yerli özünüidarəetmə orqanlarının hüquqları və vəzifələri” və digər rəsmi sənədlərdə ekoloji maarifləndirmə məsələlərinə xüsusi diqqət yetirilmişdir.\r\n\r\n

\r\n Ardını oxu »

Təbiəti düşünərək…

4Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir.

\r\n

Heydər ƏLİYEV\r\nÜmummilli lider

\r\nBu gün Yer üzünün bütün zənginliklərindən yararlanmaq istəyən milyardlarla insan gələcəyi düşünmədən təbiəti istismar etməkdədir. Əhalinin sayı və istismar tempi eyni dərəcədə artarsa, Yer kürəsinin bütün təbii qaynaqları insan ehtiyaclarını ödəyə bilməyəcək bir vəziyyətə düşə bilər.\r\nBu səbəbdəndir ki, XXI əsrin gündəliyində irəli sürülən müddəaların müəyyən hissəsi ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə ilə bağlıdır. Çünki təbiət, obrazlı şəkildə ifadə etsək, bizim evimizdir və gələcəyimiz bizə əmanət olunan bu evin təmizliyinin qorunub saxlanmasına necə riayət etməyimizdən çox asılıdır. Ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həll edilməsi davamlı inkişaf üçün vacib amillərdən biridir. Ardını oxu »

Prezident İlham ƏLİYEV: “Ekologiya ili” hər il olmalıdır

Prezident İlham Əliyev ekalogiya 12.06.2014Hələ 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ekoloji problemlərə həsr olunmuş müşavirədə dövlətimizin bu məsələyə böyük önəm verdiyini xüsusi olaraq diqqətə çatdırmışdı. Müşavirədə cənab Prezident ölkənin ekoloji vəziyyətinin dövlətin gündəlik diqqət mərkəzində olduğunu və bu sahədə genişmiqyaslı layihələrin reallaşdırılacağını bildirmişdi. Prezident demişdir ki, təkcə 2010-cu ildə deyil, ondan sonrakı illərdə də ekoloji məsələlərin həllinə böyük diqqət göstərilməlidir.\r\nHəmin il Prezidentin təşəbbüsü ilə “2010-cu il Azərbaycanda “Ekologiya ili” elan olundu. Ötən müddət ərzində ölkədə ekoloji problemlərin həlli istiqamətində böyük layihələr həyata keçirilmişdir.\r\nArdıcıl tədbirlər nəticəsində qazanılmış uğurlar əhalinin ekologiyaya münasibətində müsbət dəyişikliklərə gətirib çıxarmış, ekoloji durumun yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər ölkə vətəndaşlarının fəal iştirakına zəmin yaratmışdır. Ardını oxu »

Ağdaşda yeni meşələr salınır

Ağdaş. 22 dekabr (AzərTAc). Ağdaş rayonunda meşələrin mühafizəsi, yeni meşələrin salınması və qiymətli ağac tinglərinin yetişdirilməsi diqqət mərkəzindədir.\r\nRayon meşələrin mühafizəsi və bərpası müəssisəsindən AzərTAc-a bildirmişlər ki, hazırda Ağdaşda bu ilin planı üzrə yeni mədəni meşələrin salınması işləri davam etdirilir. Bu günədək 50 hektar torpaq sahəsi əkinə hazırlanmışdır. Ardını oxu »

Hər damlasında sağlam həyat olan bulaq- Əjdər bulağı

8Təmiz hava,yamyaşıl meşələr, durna gözlü, loğman bulaqlar ilin yaz, yay aylarında insanlara gəl-gəl deyir. Daşkəsənin istilik və rütubətin nisbətindən özünəməxsus torpaq- bitki örtüyü və heyvanat aləmi vardır. Enliyarpaqlı dağ-meşə landşaftı 600 metrdən 1900 metrədək hündürlüyü olan yamacları örtür. Dağların yüksək sərhədi palıd meşələri ilə tamamlanır. Meşələrdən yuxarı sərhəddə subalp və alp çəmənlikləri yerləşir. Bu çəmənlər yaz vaxtı minbir rəngli xalıya bənzəyir.\r\nDağlar qoynunda yerləşən bu gözəl diyar təbii qaynamalarla, bulaqlarla məşhurdur. Daşkəsən rayonu Kiçik Qafqazın Şimal–şərqində yerləşdiyi və səthi Şimala doğru alçalan dağlarla əhatə olunduğu üçün olduqca mənzərəli, qışda qismən azalan, yaz-yay, payız mövsümlərində aşıb-daşan dağ çayları ilə zəngindir. Onlardan Göy-göl (Zivlən kəndi), Gəncəçay (Çanaqçı-Dəstəfur kəndləri), Ballıcalı (Qaraqollar), Şəmkirçay (Astaf kəndi), Qoşqarçay (Xoşbulaq kəndi-Daşkəsən şəhəri) çaylarını göstərmək olar.\r\nTurizm üçün daha xarakterik olan Zivlən və Astaf kəndlərində olduqca ecazkar təbiət gözəli olan eyni adlı iki göl – Göy-göl vardır. Rayona xüsusi gözəllik verən, yol boyunca uzanan qalın və seyrək meşələr mövcuddur. Meşələrdə əsasən fısdıq, vələs, palıd, ağcaqayın, balbalı, cökə, söyüd, göyrüş, qozqara (qaraağac), töləkə və görməşov ağacları bitir. Ardını oxu »

Şəkidə “Yaşıla doğru” layihəsi çərçivəsində təlimlərə başlanılmışdır

Şəkidə yaşıla doğru 11.09.2013Şəki, 11 sentyabr (AzərTAc). Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası Avropa İttifaqının dəstəyi ilə “Yaşıla doğru” layihəsinin icrasına başlamışdır.\r\nAzərTAc xəbər verir ki, layihə çərçivəsində Şəki rayonunun Kiş kəndində təşkil olunmuş düşərgədə respublikamızın gənclər təşkilatlarının nümayəndələri ilə yanaşı, Ukrayna, Rumıniya, Çexiya, İspaniya, Moldova, Gürcüstan və Türkiyədən gəlmiş 40 gənc iştirak edir.\r\nBir həftə davam edəcək təlim kurslarında ekologiya ilə bağlı müxtəlif mövzular ətrafında müzakirələr aparacaqlar. Ardını oxu »

Sentyabrın 2-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat Bakıda və Abşeron yarımadasında

havanın dəyişkən buludlu, yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı vardır.\r\nTemperaturun gecə 19-24°, gündüz 24-28° isti, Bakıda gecə 21-23°, gündüz 24-26° isti olacağı gözlənilir.\r\nAtmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 55-65 faiz təşkil edəcəkdir.\r\nAbşeron çimərliklərində dəniz suyunun temperaturu – Sumqayıt, Novxanı, Pirşağı, Nardaran və Bilgəhdə 24-25°, Zuğulba, Buzovna, Mərdəkan və Şüvəlanda 25-26°, Türkan, Hövsan, Şıx və Sahildə 26-27° isti olacaqdır. Ardını oxu »

Gəncədə ümumşəhər iməciliyi keçirilmişdir

Gəncə, 24 iyun (AzərTAc). Gəncədə növbəti ümumşəhər iməciliyi keçirilmişdir.\r\nAzərTAc xəbər verir ki, böyük bir əraziyə malik Heydər Əliyev parkına gələn şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivləri burada aparılan geniş abadlıq və quruculuq işlərinə köməklik etmiş, ərazidəki ağaclara və yaşıllıqlara qulluq göstərmişlər.\r\nİməcilik iştirakçıları parkda təmizlik işləri də aparmışlar. Onlar ərazini məişət tullantılarından təmizləmiş, su arxlarını qaydaya salmış, bəzi ərazilərdə yeni ağaclar əkmişlər.

Ekoloji qanunvericiliklə bağlı araşdırmanın nəticələri açıqlanmışdır

Bakı, 7 may (AzərTAc). Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 16-dan 30-dək ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə apardığı araşdırmanın nəticələrini açıqlamışdır.\r\nNazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, araşdırmaya əsasən, su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 133 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün 60 müddətli məcburi göstəriş verilmişdir.\r\nÜmumilikdə 135 min 900 manat məbləğində cərimə tətbiq edilmiş, ətraf mühitə dəymiş ziyana görə 5 min 336,37 manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 21 min 233 manat məbləğində ödəmə tətbiq edilmişdir.\r\nTədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 12, icra qurumlarına isə 26 iş göndərilmişdir.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 165
  • 26
  • 951
  • 2,825
ILK-10 Azeri Website Directory