Ekologiya

Ağstafada yeni meşələr salınır

Ağstafa, 25 aprel (AzərTAc). Ağstafa meşə mühafizəsi və bərpası müəssisəsindən AzərTAc-a bildirmişlər ki, 80 kiloqramdan artıq toxum tədarük edən meşəçilər 0,5 hektar sahədə yeni tihglik salıblar. Meşəçilər bu il 50 hektar yeni meşə salmağı planlaşdırmışlar.\r\nYaz əkin mövsümündə əkilməsi nəzərdə tutulan 20 hektar meşənin hazırlıq işləri başa çatmış və əkinə başlanmışdır. Bundan əlavə 90 hektar meşədə də bərpa işləri görülmüşdür.

Tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqları artırılır

Bakı, 19 aprel (AzərTAc). Qərb Universitetində və Azərbaycan Kooperasiya Universitetində tələbələrin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması məqsədi ilə maarifləndirici seminarlar keçirilmişdir.\r\nSeminarlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə həmin universitetlər arasında qarşılıqlı əməkdaşlıq çərçivəsində yaradılmış “Ekoklub”ların təşkilatçılığı ilə baş tutmuşdur.\r\nNazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirlərdə 22 aprel-Beynəlxalq Yer Gününün mahiyyəti, dövlətin ekologiya sahəsində həyata keçirdiyi uğurlu siyasət və bu istiqamətdə gənclərin fəal rolundan danışılmış, gənclərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasının vacibliyi diqqətə çatdırılmışdır.\r\nEyni zamanda, xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı, iqlim dəyişmələri, Azərbaycan Respublikasının ekoloji vəziyyəti, işğal olunmuş ərazilərdə ətraf mühitə dağıdıcı təsirin müəyyənləşdirilməsi və s. mövzularda ətraflı məlumat verilmiş, həmçinin tələbələrin sualları cavablandırılmışdır.

Azərbaycanda ilk dəfə olaraq “Beynəlxalq Yaşıl Qraffiti festivalı” keçirəcəkdir

Bakı, 27 mart (AzərTAc). Ekoloji problemlərlə mübarizə metodlarına yeni yanaşmaları təbliğ edən IDEA kampaniyası incəsənət və ətraf mühit arasında harmoniyanın saxlanılması üçün ilk dəfə olaraq 2013-cü ilin mayında Azərbaycanda “Beynəlxalq Yaşıl Qraffiti festival”ı keçirəcəkdir.\r\nAzərTAc xəbər verir ki, qlobal ekoloji məsələlər haqqında incəsənət vasitəsilə ictimaiyyəti məlumatlandırmaq və yeni metodlarla maarifləndirmə xarakterli olan layihə, həmçinin gənc rəssamlar üçün yeni bir fəaliyyət istiqamətinin təbliğatı kimi ölkəmizdə bir ilk olacaqdır.\r\n Ardını oxu »

Kürdəmirdə ümumrayon iməciliyi keçirilmişdir

Kürdəmir, 11 mart (AzərTAc). Kürdəmirdə növbəti ümumrayon iməciliyi keçirilmişdir. AzərTAc xəbər verir ki, idarə, müəssisə və təşkilatların kollektivlərinin, rayon ictimaiyyətinin çoxsaylı nümayəndələrinin iştirak etdikləri tədbirdə küçə və parklara, yol kənarlarına 2000 ədədə yaxın ağac əkilmiş, ərazilərdə təmizlik və səliqə-sahman işləri görülmüşdür. Əkində eldar şamının tinglərindən istifadə olunmuşdur. Əkin zamanı üzvi və mineral gübrələrdən istifadə edilmiş, küləkdən mühafizə məqsədi ilə tinglər dayaqlara bağlanmış, suvarılmışdır. Ümumrayon iməciliklərinin may ayınadək davam etdirilməsi nəzərdə tutulmuşdur. AzərTAc

Gəncədəki çinarların qorunması məqsədilə tədbirlər görülür

Gəncə, 28 yanvar (AzərTAc). Qədim xan çinarların beşiyi hesab edilən Gəncədə hazırda yaşı 500-dək olan 200 ədəd çinar ağacı vardır.

\r\n

 Onların hər biri qeydiyyatdan keçirildikdən sonra təbiət abidəsi kimi dövlət tərəfindən mühafizə olunur. Bunun üçün hər bir çinarın pasportu tərtib edilmiş, orada ağacın diametri, hündürlüyü, yaşı və təbii şəraiti ilə bağlı məlumatlar toplanmışdır.

\r\n

 Gəncədəki 10 nömrəli ərazi ekologiya və təbii sərvətlər şöbəsinin baş məsləhətçisi Əlikram Qurbanov AzərTAc-a demişdir ki, Gəncənin xan çinarları bütün dünyada məşhurdur və onların sənədləşməsi Nazirlər Kabinetinin müvafiq qərarı ilə tənzimlənir. Çinarların qorunması məqsədilə hər il monitorinqlər keçirilir.

\r\n

 Bu günlərdə idarənin əməkdaşları cari ilin yoxlamalarına başlamışlar. Yoxlamaların məqsədi həm də xan çinarlara qulluq məqsədi daşıyır. Onların qurumuş budaqları kəsilir, ətrafı təmizlənərək sağlam atmosfer şəraiti yaradılır.

Hacıqabul gölünün ekoloji bərpası məqsədi ilə həyata keçiriləcək tədbirlər müəyyənləşdirilmişdir

Bakı, 24 yanvar (AzərTAc). Ötən ilin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Hacıqabul gölünün qurumasının qarşısını almaq üçün aidiyyəti təşkilatların iştirakı ilə müzakirələr aparmış və bu məqsədlə işçi qrup yaradılmışdır.

\r\n

\r\nAzərTAc xəbər verir ki, Hacıqabul gölünün  ekoloji vəziyyətinin yaxşılaşdırılması vəərazidə ekosistemin bərpası məqsədi ilə həyata keçiriləcək tədbirlərin  müəyyənləşdirilməsi üçün ETSN-də işçi qrupun növbəti görüşü keçirilmişdir. Ardını oxu »

Ağstafada meşələr təbii qırıntılardan təmizlənir

Ağstafa, 3 dekabr (AzərTAc). Ağstafa Meşə Mühafizəsi və Bərpası Müəssisəsindən AzərTAc-a bildirmişlər ki, meşələri təbii qırıntılardan təmizləmək üçün 335 kubmetr odun tədarük olunmuşdur. Yanacaq rayon ərazisində yerləşən hərbi hissələrə, məktəblərə və təbii qaz olmayan kəndlərin əhalisinə satılmışdır.

“Neft daşları” yatağında ekoloji monitorinq aparılmışdır

Bakı, 25 avqust (AzərTAc). Ekoloji Tədqiqatlar Ekspedisiyası tərəfindən “Neft daşları” NQÇİ-nin “Neft daşları” yatağında ətraf mühitin vəziyyətinin qiymətləndirilməsi məqsədilə ekoloji monitorinq aparılmışdır.

\r\n

Ekologiya İdarəsindən AzərTAc-a bildirmişlər ki, monitorinq müddətində Xəzər dənizinə təsir edən parametrlərin müəyyənləşdirilməsi üçün yatağın 15 stansiyasından dəniz suyu, zooplankton, fitoplankton və dib çöküntüsü nümunələri götürülmüşdür. Monitorinq zamanı, həmçinin su mühitinin fiziki-kimyəvi xarakteristikası öyrənilmiş, dəniz axınlarının sürət və istiqaməti ölçülmüş, ərazinin meteoroloji tədqiqatı aparılmışdır.

\r\n

Monitorinqin aparıldığı “MPK-452” gəmisində su mühitinin müxtəlif dərinliklər üzrə fiziki-kimyəvi parametrlər də tədqiq edilmişdir. Ardını oxu »

Azərbaycanın Füzuli rayonunun təbii sərvətləri ermənilər tərəfindən dağıdılmışdır

Bakı, 23 avqust (AzərTAc). Azərbaycanın Füzuli rayonunun 50 kəndinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalından 19 il keçir.

\r\n

Rayonun Dövlətyarlı və Dilağar əhəngdaşı, Kürdmahmudlu gil, Quruçay qum-çınqıl qarışığı yataqları hazırda ermənilərin əlindədir. Özünəməxsus təbiəti olan Füzuli rayonunun ərazisində 200-1400 yaşlı 11 ədəd Şərq çinarı təbiət abidəsi kimi pasportlaşdırılmış və işğala qədər mühafizə olunmuşdur.

\r\n

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlamışdır.

\r\n

Müəyyən edilmişdir ki, geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndindəki ağaclar, Yağlıvənd kəndində yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılmışdır. Eyni zamanda, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilmişdir.

\r\n

Bundan başqa, 2006-2009-cu illər ərzində rayonun 35 min hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılmışdır.

Ekoloji qanunvericiliyin tələblərinə riayət etməyənlər cərimələnmişlər

Bakı, 22 avqust (AzərTAc). Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə avqustun 1-dən 15-dək araşdırma aparmışlar.

\r\n

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, araşdırma zamanı su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi ilə bağlı bir sıra qanun pozuntuları aşkar edilmişdir. Qanun pozuntularına görə 158 akt və protokol tərtib olunmuş, nöqsanların aradan qaldırılması üçün 38 müddətli məcburi göstəriş verilmişdir.

\r\n

Ümumilikdə isə 84 min 150 manat məbləğində cərimə tətbiq olunmuş, ətraf mühitə dəymiş ziyana görə 1413.67 manat məbləğində iddia qaldırılmış, tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 28 min 487.4 manat məbləğində ödəmə tətbiq edilmişdir. Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına 8, məhkəməyə 7, icra qurumlarına isə 44 iş göndərilmişdir.

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 322
  • 206
  • 1,078
  • 4,129
ILK-10 Azeri Website Directory