Şəhər həyatı

Tovuz şəhərinin su və kanalizasiya sisteminin yenidən qurulması vaxtından əvvəl başa çatdırılacaqdır

Tovuz, 11 avqust (AzərTAc). Xəbər verdiyimiz kimi, artıq Tovuz şəhərinin də su və kanalizasiya sistemi yenidən qurulur. Layihənin sifarişçisi Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentlik, podratçı təşkilat isə “Akkord” Sənaye-Tikinti İnvestisiya Korporasiyasıdır.

\r\n

 “Akkord”un nümayəndəsi Bürhan Həmidov AzərTAc-a bildirmişdir ki, layihə üç mərhələdə həyata keçirilir. Birinci mərhələdə Tovuz şəhərində hər birinin tutumu 2500 kubmetrlik olan iki su anbarı tikilmişdir. Layihənin ikinci mərhələsini uğurla həyata keçirən şirkət tərəfindən çəkiləcək magistral kanalizasiya xəttinin 96 faizi, magistral su xəttinin isə 70 faizi artıq hazırdır. Yaxın günlərdə nasos stansiyasının və təmizləyici qurğuların tikintisinə başlanacaq. Şirkətin nümayəndələri çalışır ki, icrası gələn ilə nəzərdə tutulan layihəni bu ilin sonunadək başa çatdırsınlar.

Ekologiyanı korlayanlar 750 775 manat cərimə olunub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən 2012-ci ilin 01-15 may tarixlərində ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. \r\n\r\nNazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 132 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 58 müddətli məcburi göstəriş verilib.\r\n Ardını oxu »

ƏMƏK NƏĞMƏSİ, ZƏHMƏT ƏTRİ

Gəncənin tarixi çox zəngindir, çox böyükdür. Mən çox şadam ki, Gəncənin qədim tarixi qorunur. Bununla bərabər şəhər müasirləşir, abadlaşır, gözəlləşir, yeni binalar tikilir və BELƏ GÖZƏL PARKLAR YENİDƏN QURULUR. Gəncənin inkişafı üçün böyük işlər görülmüşdür, bundan sonra da Gəncə həmişə diqqət mərkəzində olacaqdır.\r\n

İlham Əliyev\r\n

\r\n

         İnsanlar xaraktercə müxtəlif olduğu kimi, talelər də müxtəlifdir. Bəzən talelər ömrə bələdçilik edir, bəzən də ömür yolunun dolambacları taleyin sınağı ilə  üz-üzə qalır. Ardını oxu »

NİZAMİ MƏQBƏRƏSİ- Gözəlliyə və işıq selinə bürünən müqəddəs məkan

Nədənsə bir zamanlar Gəncənin sərhədi Nizami məqbərəsinə çatmadan bitirdi. Hər zaman şöhrətilə öyündüyümüz Nizaminin məqbərəsi həmin “sərhədin” o biri tərəfində qalmışdı. Bəlkə elə bu səbəbdən də məqbərə bir növ baxımsız vəziyyətdə idi. Yalnız Gəncəyə qonaq gələndə xatırlanan bu müqəddəs məkan alüminium zavodunun zəhərli tullantılarının “əsirinə” çevrilmişdi. Yaşıllıq sarıdan kasad olan məqbərənin özü isə daimi aşınmaya məruz qaldığından misgin görkəmə düşmüşdü. Ardını oxu »

DİQQƏT VƏ QAYĞININ TƏZAHÜRÜ

Bu günlər bütün gəncəlilər Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Gəncə şəhərinə 21 yanvar 2012-ci il tarixli səfərinin və şəhərimizin inkişafına verdiyi yüksək qiymətin xoş təəssüratını yaşayırlar.\r\n\r\nMöhtərəm Prezident İlham Əliyevin Gəncəyə səfəri şəhərimizin tarixinə əbədi yazılmış, gəncəlilərin yaddaşında dərin iz buraxmışdır. Cənab İlham Əliyevin Gəncəyə göstərdiyi diqqət və qayğı, şəhər rəhbərliyinin məqsədyönlü fəaliyyəti, şəhər ictimaiyyəti ilə YAP üzvlərini öz ətrafında sıx birləşdirməsi nəticəsində, şəhərin ictimai-siyasi  həyatında, abadlaşdırılmasında və sosial- iqtisadi inkişafında mühüm uğurlar əldə edilməsinə əsas vermişdir. Ardını oxu »

QURUCULUQ DALĞASININ ZƏFƏRİ

Gəncə şəhəri tarixinin ən möhtəşəm və əsrlər boyu yadda qalacaq günlərindən birini- 21 yanvar 2012-ci ili yaşadı və həmin tarix əbədiləşdi. 21 yanvar 2012-ci il Gəncə tarixində ona görə əlamətdardır ki, həmin gün Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin Gəncəyə növbəti səfəri oldu. Bu səfərin yadda qalması ondan ibarətdir ki, son 11 ayda Gəncə şəhəri quruculuq tarixinin əlamətdar günlərini yaşamış, qədimliyini qoruyaraq müasir şəhərsalma standartlarına cavab verən möhtəşəm işlərini gerçəkləşdirmişdir. Ardını oxu »

HACİKƏNDİN İKİNCİ HƏYATI BAŞLAYIR

Gəncədə genişmiqyaslı quruculuq işlərinə başlayarkən İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev demişdi ki, aparılan quruculuq işləri şəhərin ən ucqar nöqtələrini, yaşayış sahələrini, qəsəbələri də əhatə edəcək. Yaddan çıxan, unudulan bir küçə, bir sahə qalmayacaqdır. Çox keçmədi ki, sakinlər həmin sözlərin həqiqət olduğunu gördülər və təsdiqlədilər. Ardını oxu »

Sabunçu rayonunun Bilgəh qəsəbəsində “Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi” tədbiri keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 4 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Bakı şəhərinin və onun qəsəbələrinin inkişafının sürətləndirilməsi, burada yaşayan əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində görülmüş işləri davam etdirmək məqsədilə müvafiq tədbirlərin görülməsi üçün İqtisadi İnkişaf Nazirliyinə və aidiyyəti dövlət qurumlarına tapşırıqlar verilmişdir. Ardını oxu »

GƏNCƏ TARİXİNİ SAXLAMAQLA MÜASİRLƏŞİR, GÖZƏLLƏŞİR

                  Şəhər İcra Hakimiyyəti bu gün ulu öndərimiz Heydər Əliyev siyasətini yeni tələblərə uyğun davam etdirən İlham Əliyev kursunu gündəlik fəaliyyətində rəhbər tutaraq şəhərin ictimai-siyasi, sosial-iqtisadi həyatında uğurlara imza atmaq üçün əməli təşkilati işlər aparır.\r\n Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı və tövsiyyəsi, Gəncə Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə cari ilin fevral ayının sonundan şəhərdə geniş, irimiqyaslı tikinti, abadlıq, quruculuq və əsaslı surətdə yenidənqurma işləri möhtəşəm bir şəkildə davam etdirilir. Gəncə abadlaşır, Gəncə yenidən qurulur.\r\n\r\nİqtisadi inkişaf və bu istiqamətdə aparılan siyasət nəticə etibarıilə bütün sahələrin dünya standartlarına uyğunlaşmasını təmin edir. Ölkənin mailiyyə resursları artdıqca yeni və mütərəqqi layihələr hazırlanır, onun gerçəkləşdirilməsi üçün sürətli və keyfiyyətli işlər görülür. Ötən 20 ildə müstəqillik yolunda çox qətiyyətli addımlar atan Azərbaycanın indi hər yerində geniş miqyaslı abadlıq-quruculuq işləri aparılır, sənayenin, aqrar sahənin, elmin, səhiyyənin, mədəniyyətin, bütövlükdə tariximizin inkişafına və tədqiqinə xüsusi qayğı göstərilir. Ardını oxu »

“Nizami Gəncəvi 870” yubiley tədbirlərinin ssenarisi müəyyənləşdirilib

Gəncə Şəhər İcra Hakimiyyətində Nizami Gəncəvinin 870 illik yubiley tədbirləri ilə bağlı növbəti yığıncaq keçirilib. Yığıncaqda keçiriləcək tədbirlərin ssenarisi, yubileylə əlaqədar görülən və görüləcək işlər, şəhərin təhsil, səhiyyə və digər müəssisələrində Nizami Gəncəvi haqqında maarifləndirmə işlərinin aparılması müzakirə olunub.

\r\n

Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham Əliyev bildirib ki, tədbirlərin nümunəvi hazırlanması üçün vaxtaşırı toplantılar keçirilir. Yubileyə hazırlıq çərçivəsində şəhərin təhsil və səhiyyə ocaqlarında baş tutan tədbirlər ayın sonuna kimi davam edəcək. Şəhər tədbirləri isə oktyabrın əvvəlindən 15-dək davam edəcək. Təşkilatlar səviyyəsində bəyənilən kompozisiyalar şəhər tədbirlərinə əlavə ediləcək. Bu vaxt ərzində şəhərin bütün yerlərində yubileylə əlaqədar “Nizami Gəncəvi 870”, “Dahi şairin yubileyinə xoş gəlmisiniz” və sair məzmunlu plakatlar asılacaq, “Xəmsə” qəhrəmanlarının illustrasiyaları yerləşdiriləcək, şəhər başdan-baça yubiley donu geyəcək. Ardını oxu »

Arxiv
Təqvim
Avqust 2018
S M T W T F S
« Jul    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 44
  • 11
  • 717
  • 3,156
ILK-10 Azeri Website Directory