Şəhər həyatı

Gəncə şəhərində tələbələrə “Nizami Gəncəvi” təqaüdü veriləcək

Gəncədə 10 tələbəyə “Nizami Gəncəvi” təqaüdü veriləcək. Bu təşəbbüsü Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev böyük mütəfəkkirimiz Nizami Gəncəvinin 870 illik yubileyinə hazırlıqla bağlı təşkil olunan komissiyanın işinin müzakirəsi zamanı irəli sürmüşdür.\r\n\r\nYeni dərs ilindən Gəncə Dövlət Universitetində təhsildə uğurlu nəticələr göstərən 10 nəfər tələbəyə “Nizami təqaüdü” veriləcək. Təqaüdün məbləği 100 manat olacaq. Universitetin rektoru Elman Məmmədov deyir ki, GDU-da 8 fakültə var. Nizami təqaüdü filologiya fakültəsinin 2 tələbəsinə, digər fakültələrin hər birindən 1 tələbəyə, həmçinin magistratura şöbəsinin 1 tələbəsinə veriləcək. Ardını oxu »

FƏRƏH DOĞURAN YENİLİKLƏR (Gəncə)

Heydər Əliyev, Ş.İ.Xətai, Atatürk, N.Nərimanov prospektlərində, eləcə də Nizami, Dədə Qorqud, Əziz Əliyev, Mehmandarov, Ü.Hacıbəyov, Cavad xan, Mirzə Abbas Abbaszadə və digər küçələrdə, eyni zamanda 2020-dən çox müəssisə, idarə və təşkilatın, ticarət, iaşə, xidmət, digər sosial-mədəni obyektlərin yerləşdiyi inzibati binaların və ofislərin fəsadlarında təmir, yenidənqurma və bərpa işləri uğurla davam etdirilir. Ardını oxu »

GƏNCƏ ÇAYININ SAHİLİNƏ BƏND ÇƏKİLƏCƏK

Bu ilin ikinci yarısından etibarən Gəncə çayında sahilbərkitmə işlərinə yenidən start veriləcək. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Gəncə çayının sağ və sol sahilinə bənd çəkiləcək, sahil boyu müasir park salınacaq. Ardını oxu »

SEVİNCİM HƏDSİZDİR

Gəncə şəhərini Azərbaycanın ikinci sənaye mərkəzi adlandırırlar.Bu gün böyük Nizami yurdunu gəzmək, görmək adama xüsusi zövq verir. Gəncə son aylar ən sevincli günlərini yaşayır, desək səhv etmərik. Çünki, şəhər bu gün sürətlə abadlaşır, gözəlləşir, özünün yeni simasına qovuşur. Ardını oxu »

YUBİLEYƏ HAZIRLIQ GÖRÜLÜR

Bu ilin sentyabrında dünya ədəbiyyatının korifeyi, XII əsrdə yaşayıb- yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi böyük təntənə ilə qeyd olunacaq. Respublikanın ikinci böyük elm, təhsil, mədəniyyət və sənaye mərkəzi olan qədim Gəncədə yaşayıb –yaratmış Nizami Gəncəvi dünya ədəbiyytı xəzinəsinə ölməz “Xəmsə” ni bəxş etmişdir. Ardını oxu »

Müasir Gəncə Heydər Əliyevin işıqlı ideyaları ilə inkişaf edir, abadlaşır

Azərbaycan xalqı özünü xoşbəxt hesab edə bilər ki,kifayət qədər ziddiyətlərlə,mürəkkəbliklərlə zəngin olan iyirminci əsrin ikinci yarısını əhatə edən, üç onillikdə ölkəyə zamanın belə fövqündə dayanan bir lider – Heydər Əliyev rəhbərlik etmişdir. Azərbaycan məhz bu dahi şəxsiyyətin rəhbərliyi altında yeni yüzilliyə güclü, qüdrətli, dünya miqyasında öz sözünü deyə bilən bir ölkə olaraq qədəm qoymuşdu. Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 192
  • 150
  • 1,191
  • 3,247
ILK-10 Azeri Website Directory