Hüquq

Ədliyyə sistemi dövlətimizlə bərabər inkişaf edir

Bir əsr inkişaf yolu keçən Azərbaycan ədliyyəsinin şanlı tarixi 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gündə Ədliyyə Nazirliyinin təsis edilməsi ilə başlayıb. Təcrübəli dövlət xadimi Xəlil bəy Xasməmmədov ilk ədliyyə naziri təyin olunub və həmin ilin noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilib. Ardını oxu »

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

Təzə binadan mənzil almışam, lakin mülkiyyət sənədim yoxdur, yalnız müqavilə və maliyyə arayışı var. Əvvəl yaşadığım evin qeydiyyatından çıxıb yeni mənzilə qeydiyyata düşmək istədim. Binanın yeni tikili olduğunu əsas gətirib imtina etdilər. Bu qanunidirmi?\r\n\r\nSəməd Kazımov,\r\n Bakı şəhəri\r\n\r\n- “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 5-ci maddəsi ilə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: Ardını oxu »

oxucuların suallarına cavab verir

Nikah bağlandıqdan sonra avtomatik olaraq yoldaşım mənim qeydiyyatda olduğum evə qeydiyyata düşə bilərmi? Qeyd edim ki, ev atamın adınadır.\r\nCavid Bayramlı,\r\nSumqayıt şəhəri\r\n- “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun 5-ci maddəsinə görə yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim olunmalıdır: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Ardını oxu »

Oxucuların suallarına cavab verir

Yaşadığımız beşmərtəbəli evin 12 metrliyində çoxmərtəbəli binanın inşası üçün qazıntı işlərinə başlayıblar. Eşitdiyimə görə, şəhərsalma ilə bağlı yeni qanun qəbul edilmişdir. Həmin qanun belə tikintiyə icazə verirmi? Ardını oxu »

Oxucuların suallarına cavab verir

Heç bir yerdə işləmirəm. Qızımın 3 yaşı tamam olub, amma uşağın anadan olmasına görə müavinət almamışam. Doğum haqqında şəhadətnaməsi də var. İndi həmin pulu ala bilərəm?\r\n\r\nSəltənət Fətəliyeva,\r\n\r\nNaftalan şəhəri\r\n\r\n- “Sosial müavinətlər haqqında” qanunun 4.0.2.2-ci maddəsi uşağın anadan olmasına görə birdəfəlik müavinətin verilməsini nəzərdə tutur. Həmin qanunun 7.0.12-ci maddəsinə əsasən, uşağın anadan olmasına görə müavinət – müvafiq icra hakimiyyəti orqanı (müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikasının xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri öz səlahiyyətləri daxilində) tərəfindən verilmiş arayış təqdim edildikdə təyin edilir. Ardını oxu »

Oxucuların suallarına cavab verir

Biz üç bacıyıq. Atamız vəfat edib. Mən atamdan qalan evə olan payımdan hər iki bacımın xeyrinə imtina etmək istəyirəm. Əgər bu mümkündürsə, onda payım necə bölünəcək?\r\n\r\nZamirə Nəcəfli,\r\n\r\nBakı şəhəri\r\n\r\n- Mirası qəbul etmək və ya onun qəbulundan imtina etmək sizin hüququnuzdur. Siz bacılarınızın hər birinin payını ayrıca göstərməklə, mirasdan onların hər ikisinin xeyrinə imtina edə bilərsiniz. Əgər imtina ərizənizdə, belə bir bölgünü göstərməsəniz, onda sizin payınız bacılarınız arasında bərabər bölüşdürüləcəkdir (Azərbaycan Respublikası Mülki Məcəlləsi, 1264-cü maddə).\r\n\r\n Ardını oxu »

Azərbaycanda məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Avropa Şurasına üzv Dövlətlər Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi üzrə Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Cozef Debono Qrex,  Pedro Aqramunt Fond de Mora və Monitorinq Komitəsi katibliyi rəhbərinin müavini xanım Aqnieşka Naçilo iyunun 12-də Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşmüşlər.\r\n\r\nGörüşdə R.Rzayev demişdir ki, Azərbaycan məhkəmə sistemi Avropa məhkəmə sistemi olaraq fəaliyyət göstərir. Ali Məhkəmədə mütəmadi keçirilən seminarlarda beynəlxalq hüquqi aktlar, xüsusən də, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının  presedent hüququ öyrənilir. Həmçinin “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”nın yerinə yetirilməsi ilə əlaqədar konkret tədbirlər görülür. Çalışırıq ki, qəbul edilən qərarlar ədalətli olsun, vahid təcrübəyə əsaslansın. Məhkəmə prosesində ən yeni informasiya texnologiyalarından istifadə olunur.\r\n\r\nGörüşdə Ali Məhkəmənin sədri həmməruzəçilərin suallarını ətraflı cavablandırmışdır.\r\n\r\n \r\n

AzərTAc

Ali Məhkəmənin plenumu: Azərbaycanda valideynlərin və yaxın qohumların uşaqla ünsiyyət hüququ ilə bağlı işlərə baxılarkən məhkəmələr bəzi nöqsanlara yol verir

APA-nın Ali Məhkəmənin saytına istinadən verdiyi məlumata görə, iclasda çıxış edən məhkəmə sədri Ramiz Rzayev bildirib ki, son illər ailə problemlərinin həllinə yönələn və uşaq hüquqlarının müdafiəsinə həsr olunan fundamental qanunvericilik bazası yaradılıb, bu sahənin fəaliyyətini tənzimləyən milli qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. Ali Məhkəmənin sədri qeyd edib ki, beynəlxalq təcrübə nəzərə alınmaqla “Uşaq hüquqları haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” qanunlar qəbul olunub. Ardını oxu »

Ölkəmiz korrupsiyaya qarşı qlobal mübarizənin fəal iştirakçısıdır

Dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarşı aparılan güclü mübarizə çərçivəsində beynəlxalq əməkdaşlığa mühüm əhəmiyyət verilir. Azərbaycan 140-dan çox dövləti birləşdirən Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) işində fəal iştirak edir, respublikamızın ədliyyə naziri qurumun vitse-prezidentidir. Ardını oxu »

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 104
  • 32
  • 1,297
  • 4,288
ILK-10 Azeri Website Directory