İslam

Ramazan gəldi…

Rəbbimizə üz tutmaq üçün əlimizə\r\n30 gün müddətində gözəl fürsət düşür\r\nMübarək Ramazan artıq qapımızdadır. Bu il də Ramazan ayı ən isti vaxta – iyul-avqust aylarına təsadüf edir. İsti havada oruc tutmaq ikiqat çətindirsə, deməli, onun Rəbbimiz tərəfindən mükafatı da ikiqat artıq olacaq. Bu mükafatı qazanmaqdan ötrü 30 gün müddətində mücadilə verməliyik. Əslində, mücadilə simvolikdir. Çünki Ramazan nəfslə savaş ayı olsa da, eyni zamanda Uca Rəbbimizin bəndələrinə bol-bol rəhmət ehsan etdiyi bir aydır. Belə bir ayı qarşılamaqdan gözəl nə ola bilər?! Ramazan elə bir aydır ki, insanın qəlbi nurla dolar, insan xeyirxah əməllər ardınca qaçar, daxilən saflaşar, paklaşar və üzünü Rəbbinə tutub ondan bağışlanmaq dilər.\r\nMəlumdur ki, oruc tutmaq islamın 5 vacib şərtindən biridir.\r\nRamazan orucu Allaha bir aylıq ibadət yoludur. Oruc nəfsi islah edən, qəlbi bütün fənalıqlardan qoruyan bir ibadətdir. Oruc ibadətlərin ən zəhmətlisidir, buna görə də Rəbbimiz buyurur: Oruc mənim üçündür! Onun mükafatını Mən verirəm. Ardını oxu »

Quranı əzbərləyən insan onu unutmamalıdır (Müsahibə)

Şəki İslami elmlər mədrəsəsinin müəllimi hafiz Rəhman Nuri ilə Quranı əzbərləmək barədə

\r\n

– Hafiz kimdir, hafizlik nədir?

\r\n

– Hafiz sözü ərəbcə olub, mənası qorumaq, mühafizə etmək deməkdir. İslam ədəbiyyatında isə hafiz, Qurani Kərimi başdan sona qədər əzbərləyənlərə deyilir. Əslində isə hafiz sadəcə Quranı əzbərləyənlər deyil. Bu baxımdan hicri II, III əsrlərdə yaşamış hafizlərlə indiki hafizlər arasında çox fərq var. O dövrün alimləri İslami elmləri (buraya hədis, təfsir, fiqh, əqaid, əhkam, əsbabı-nüzul və s. daxildir) ən yüksək səviyyədə bilməli və bunlarla yanaşı Qurani Kərimi başdan sona qədər əzbərləyib “Hafiz” titulu almalıydı. Misal üçün, “İbni Kəsir təfsiri” kitabının yazıçısı Hafiz ibni Kəsir bu adı sadəcə Quranı əzbər bildiyi üçün yox, eyni zamanda hədis elmində müəyyən bir mərtəbəyə çatdığı üçün alıb. Bu sahənin elmi dərəcələri belə sıralanır: Muhaddis, Musnid, Hafiz və ən yüksək dərəcə Hüccət. Hüccət 800 minlə 1 milyon arasında hədis əzbərləyənlərə deyilir. İmam Qəzali hüccət səviyyəsinə çatmış bir İslam alimi olub. Ancaq bu gün texnikanın inkişafı ilə hədislər və bütün islami biliklər həm kitablar şəklində, həmdə internet vasitəsilə əlimizin altındadır və istədiyimiz vaxt, istədiyimiz məlumatı əldə etmək mümkündür. Buna görə də dövrümüzdə sadəcə Quranı əzbər bilən insan “Hafiz” adını ala bilər və dünyanın harasında olursa olsun hafiz deyildiyi vaxt Quranı əzbərləyən insan nəzərdə tutulur. Ardını oxu »

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Aşura ilə bağlı açıqlama yayıb

Qurum Aşura mərasimlərinin nəzərəçarpan insidentsiz baş tutduqlarını açıqlayıb 

\r\n

Bugün Azərbaycanın bütün bölgələrində Aşura günü ilə bağlı mərasimlər keçirilir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumatda bildirilib ki, Bakı şəhərində, o cümlədən regionlarda, Aşura ilə əlaqədar əzadarlıq mərasimləri vicdan azadlığının təmin olunması, dövlət qurumlarının əhalinin istəklərini, o cümlədən asayişin tam təmin edilməsini nəzərə almaqla həyata keçirilib.

\r\n

Ölkənin əksər dini icmaları başyarma kimi xoşagəlməz adətlərdən imtina edib, yalnız bir yerdə bu müşahidə edilib. Ümumilikdə, Aşura mərasimləri nəzərəçarpan insidentsiz baş tutub.

\r\n

Tasua və Aşura günərində DQİDK nümayəndələri Bakı və ölkənin müxtəlif rayonlarında dini icmalar ilə mütamadi əlaqədə olub, icmaların dövlət qurumları ilə bağlı ortaya çıxan məsələlərinin əlaqələndirilməsi işini aparıblar.

\r\n

Aşura günü Dövlət Komitəsinin sədri Elşad İskəndərov Təzəpir məscidində olub, həmçinin Bakı şəhərdinə qanvermə aksiyalarına fəal çağırış edən digər dini icmalara baş çəkib, Şeyxülislam Allahşükür Paşazadə, müvafiq icma rəhbərləri və fəallarına dünya ölkələri üçün örnək ola biləcək talassemiya xəsətələri üçün qanvermə aksiyalarını geniş şəkildə həyata keçirdikləri üçün təşəkkürünü bildirib.

\r\n

Eyni zamanda görüşlərdə dünyada müsəlmanların vəhdət nümunəsinə çevrilmiş Aşura gününün ölkəmizdə milli-mənəvi dəyərlərimiz, şəhidlərimizin ruhlarına layiq şəkildə, milli maraqlarımıza, həmçinin dövlətimizin dünyadakı imicinə uyğun qeyd ediliməsinin vacibliyini xüsusi vurğulanıb.

Bu gün Aşuradır

Aşura ilə əlaqədar harada qan vermək olar? 

\r\n

Bugün HicriQəməri təqvimiilə Məhərrəmayının 10-cu günü – Aşuradır. 1369 il öncə Məhərrəm ayının 10-cu günündə Məhəmməd Peyğəmbərin (s) nəvəsi, İmam Əlinin (ə) oğlu İmam Hüseyn (ə) İraqın Kərbəla çölündə 71 tərəfdarı ilə birlikdə şəhid olub, Yezid ibn Müaviyyənin 30 minlik ordusu tərəfindən qətlə yetirilib. İmam Hüseynin (ə) əhli-əyalı isə Yezidin qoşunu tərəfindən əsir alınaraq Şam şəhərinə sürgün edilib.

\r\n

Tarixi mənbələrdə xəlifə Müaviyyə ibn Əbu Süfyanın ölümündən sonra onun taxta çıxan oğlu Yezid ibn Müaviyyənin imansız və əyyaş olduğu, bütün gününü qumar oynamaqla keçirdiyi bildirilir. Onun bu əməlləri İmam Hüseyni (ə) ciddi narahat etdiyindən İmam Hüseyn (ə) Yezidə bildirir ki, İslam xəlifəsinə yaraşmayan pis işlərdən çəkinməsə, babası Peyğəmbərin (s) dinini qorumaq üçün ona qarşı üsyan edəcək. Yezid isə İmam Hüseynə (ə) çoxlu pul və qızıl qarşılığında onun xəlifəliyini qəbul etməyi təklif edir, əks halda öldürəcəyi ilə hədələyir. İmam Hüseyn (ə) isə bu təklifi rədd edir və bildirir ki, “Əgər babam Məhəmmədin dini mənim ölməyimlə yaşayacaqsa, onda ey qılınclar, doğrayın məni!” Ardını oxu »

Nazirlik Qurban bayramı ilə bağlı əmr imzaladı

Qurbanlıq heyvanların satışı və kəsiləməsi xüsusi yerlərdə həyata keçiriləcək 

\r\n

Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən qurbanlıq heyvanların baytarlıq-sanitariya tələblərinə cavab verməyən və ticarət üçün xüsusi ayrılan yerlərdən kənarda kəsilməsinin qarşısını almaq məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyində müvafiq əmr imzalanıb. Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əmrə əsasən Qurban bayramı ilə əlaqədar olaraq Bakı şəhərinə gətirilən heyvanlar arasında baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, anti-sanitariya hallarını aradan qaldırmaq, ətin və digər məhsulların qanunvericiliklə müəyyən edilmiş qaydada baytar-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətinin gücləndirilməsi məqsədi ilə zoobaytar mütəxəssisləri heyvanların daha çox kəsildikləri ərazilərə təhkim olunublar.

\r\n

Nazirlikdən o da bildirilib ki, Bakı şəhər Baytarlıq İdarəsinə, idarənin bütün işçilərinin ət kəsimi məntəqələrinə təhkim edilməsi və qarşıya çıxan problemlərin operativ həll olunması tapşırılıb.

\r\n

 

\r\n

Şirəli Məmmədov

Bu günün Ramazan təqvimi (22 iyul)

İlahi məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et!  

\r\n

02 ramazan 1433 – 22 iyul 2012

\r\n

 Imsaq: 05.02

\r\n

 İftar: 21.21

\r\n

 2-ci günün duası: İlahi məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et! Amin!

\r\n

 Ayə: “İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona (“Allahu əkbər” deməklə) təzim və şükür edəsiniz”. /Bəqərə – 185/

\r\n

 Hədis: “Əgər qullar, Ramazan-ı şərif ayındakı fəzilət və ensanları bilsəydilər, bütün ilin Ramazan olmasını istəyərdilər. Çünki bunda çox savab vardır.” Ardını oxu »

On bir ayın sultanı Ramazan!

Bu gecə orucluğun niyyət gecəsidir

\r\n

Sabah Azərbaycanda müqəddəs Ramazan ayı başlayır. Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası orucluq ibadətinin – Ramazan ayının başlanması ilə bağlı fətva verib. Onbir ayın sultanı mübarək Ramazan ayının ilk günü bu il iyulun 21-nə təsadüf edir. Bu gecə isə orucluğun niyyət gecəsidir. Təzə ayın görünməsindən asılı olaraq, Ramazan bayramı Miladi təqvimi ilə avqustun 19-na və ya 20-nə düşəcək.

\r\n

 Ramazan ayının birinci Qədr gecəsi – avqustun 7-dən 8-nə, ikinci- avqustun 9-dan 10-na, üçüncü qədir gecəsi- avqustun 11-12-nə , 4 qədir gecəsi isə – avqustun 15-dən 16 keçən gecəyə təsadüf edəcək.

\r\n

 ANS PRESS Qafqaz Müsəlmanlarının rəsmi saytına istinadla Ramazan təqvimi oxucularına təqdim edir. Ardını oxu »

“ON BİR AYIN SULTANI XOŞ GƏLDİN”

Ramazan Qəməri aylardan doqquzuncusunun adıdır. Bu ay müsəlmanların oruc tutmaqla mükəlləf olduqları, dinimizcə uca və müqəddəs qəbul edilən bir aydır. Ramazan, ərəbcə bir sözdür. Bu mübarək aya Ramazan adının verilməsindəki hikmət belə ifadə olunmuşdur:\r\n\r\n1- Yaz sonunda, payız mövsümünün əvvəlində yağıb yer üzünü tozdan təmizləyən yağış mənasına «ramda» sözündən alınmışdır.\r\nBu yağışın yer üzünü təmizlədiyi kimi, Ramazan ayı da möminləri günah çirklərindən təmizləyər. Necə ki, bir hədisi şərifdə Peyğəmbər Əfəndimiz (s.ə.s); Kim inanaraq və alacağı savabı Allahdan gözləyərək Ramazan orucunu tutarsa, keçmiş günahları bağışlanar” (Buxari, Savm, VI) buyurmuşdur. Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 1,003
  • 3,059
ILK-10 Azeri Website Directory