Bölgə

“Səndən ötrü min yol” layihəsi uğurla həyata keçirilib

Gəncə şəhər Məhsəti Mərkəzində gənclərə qarşılarına çıxan “min yol”dan birinin seçmək kimi tərrəddüdlü anlarına yardım etmək üçün “Səndən ötrü min yol” layihəsi çərçivəsində seminar keçirilib.

Göygöl Təhsil Mərkəzinin, Gəncə Musiqi Kollecinin Tələbə Gənclər Təşkilatının, club941.com saytının maliyyə dəstəyi, Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional Ofisinin təşkilatı dəstəyi ilə həyata keçirilən layihənin məqsədi uğurlu insanların, eyni zamanda fiziki məhdudiyyətli insanların qazandıqları uğurları gənclərə çatdırmaq, onları maarifləndirməkdir.

Ardını oxu »

Şəkidə çoxmənzilli 28 binanın dam örtüyü təmir olunacaq

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının şəhər və rayonlarında çoxmənzilli binaların dam örtüklərinin təmiri ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 4 fevral tarixli Sərəncamının icrası istiqamətində Şəkidə çoxmənzilli 28 binanın dam örtüyünün təmiri nəzərdə tutulur.

Üç, dörd və beş mərtəbədən ibarət binaların dam örtüklərinin ümumi sahəsi 42 min 119 kvadratmetrdir. Təmir işlərinə 2 milyon 483 min manat vəsait sərf olunacaq.

Ardını oxu »

Tovuz rayonunda 2 fevral Gənclər günü qeyd edilmişdir

Tovuz  Gənclər Evində rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə 2 fevral Gənclər gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdən öncə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılmış və abidəsi önünə gül-çiçək dəstələri qoyulmuşdur.

Ardını oxu »

Samux Rayon İcra Hakimiyyətinin Başçısı vətəndaşların növbəti fərdi qaydada qəbulunu keçirdi

Samux  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Alı Qocayevin  başçılığı ilə vətəndaşların növbəti fərdi qaydada qəbulu keçirilmişdir.
Qəbulda rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanları, aidiyyatı idarə, təşkilat, xidmət sahələrinin rəhbərləri, İnzibati Ərazi Dairələri üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak etmişlər.

Vətəndaşların qəbulu saat 10:00-da başlamış, qəbula yazılmış 5 nəfər vətəndaşın müraciəti dinlənilmişdir. Onlardan   1 nəfər su ilə bağlı, 2 nəfər sənədləşmə il bağlı və  2 nəfəri isə məşğulluq ilə bağlı müraciət  etmişdir.

Ardını oxu »

Qazaxda Daş Salahlı-Ürkməzli-Dəmirçilər avtomobil yolunun çəkilişi sürətlə davam etdirilir

Son illər ölkəmizdə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilən məqsədyönlü işlərdən biri də yol infrastrukturunun yenidən qurulması ilə bağlı atılan uğurlu addımlardır.

Təqdirəlayiq hallardan biri də odur ki, yol infrastrukturu ilə bağlı həyata keçirilən tədbirlər təkcə paytaxtda deyil, respublikamızın bütün bölgələrində də uğurla icra olunur.

Ardını oxu »

Komitə sədrləri fevral ayında bölgələrdə Gəncə şəhər sakinlərini dinləyəcəklər

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin fevral ayında şəhər və rayonlarda vətəndaşları qəbul edəcək.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova,  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Gəncə sakinlərini qəbul edəcək.

Ardını oxu »

Sərhəddə yerləşən Abbasbəyli kəndində sakinlərlə səyyar görüş keçirilib

Bu gün Abbasbəyli kəndi sərhəddə yerləşməsinə baxmayaraq özünün inkişaf dövrünü yaşayır. Dövlət qayğısı ilə tam təmin olunmuş kənd sakinləri kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar. Son iki il yarımda göstərilən diqqət və qayğının nəticəsidir ki, Abbasbəyli kəndində də müvafiq işlər görülüb. Qazaxda bütün sahələrlə yanaşı, vətəndaşların rahatlığının təmin olunması, qayğılarının öz müsbət həllini tapması istiqamətində görülən işlər Abbasbəyli kəndindən də yan keçməyib.

Ardını oxu »

Aşağı Salahlı kəndində hesabat yığıncağı keçirilib

Bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının (RİHB) Aşağı Salahlı kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin 2018-ci ildə gördüyü işlərə və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev, şöbənin baş məsləhətçisi Qərib Bayramov və kənd sakinləri iştirak ediblər.

Ardını oxu »

Samuxda üzüm bağları 1055 hektara çatdırılıb

Samuxda üzüm bağları 15 hektar genişləndirilərək 1055 hektara çatdırılıb. Genişləndirilmiş ərazidə artıq şumlama işi başa çatıb.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, yazda həmin əraziyə Fransa və Gürcüstandan gətiriləcək texniki üzüm sortları əkiləcək.

Ardını oxu »

Tərtərdə heyvandarlıq məhsullarının istehsalı artıb

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda kənd təsərrüfatının əsas sahələrindən olan heyvandarlıq stabil inkişaf edir. Rayonda heyvanların baş sayı və heyvandarlıq məhsullarının istehsalı ilbəil artır.

2019-cu il yanvarın 1-i vəziyyətinə rayonda 28 min 520 baş qaramal, 54 min 721 baş qoyun-keçi, 264 min 376 baş ev quşu, 6687 arı ailəsi olub. İribuynuzlu mal-qaranın 99,4 faizi, xırdabuynuzlu heyvanların 94,7 faizi, quşların hamısı ailə-kəndli və ev təsərrüfatlarına məxsusdur.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2019
S M T W T F S
« Jan    
 12
3456789
10111213141516
17181920212223
2425262728  
Statistika
  • 0
  • 74
  • 59
  • 129
  • 1,748
ILK-10 Azeri Website Directory