Dünya

Kanadada anomal istidən ölənlərin sayı 54 nəfərə çatıb

Kanadada anomal istidən ölənlərin sayı 54 nəfərə çatıb. 

APA-nın xəbərinə görə, bu barədə yerli CBC telekanalı Səhiyyə nazirliyinə istinadən məlumat verib.

Nazirlikdən bildiriblər ki, ölənlərin sayının artacağı istisna olunmur.  Ardını oxu »

ABŞ dövlət katibi Şimali Koreyaya səfər etdi

ABŞ dövlət katibi Mayk Pompeo Şimali Koreyaya səfər edib. 

APA-nın xəbərinə görə, bu barədə Reuters agentliyinə ABŞ Dövlət Departamentinin nümayəndəsi bildirib.

Səfər çərçivəsində M.Pompeo KXDR lideri Kim Çen In ilə görüşüb. Məlumata əsasən, Vaşinqton və Pxenyan iki ölkə arasında işçi qrupların yaradılması barədə razılığa gəliblər, o cümlədən Koreya yarımadasının tam nüvəsizləşdirilməsi məsələsi üzrə. Ardını oxu »

“ABŞ-ın İrana və İran xalqının ABŞ-a qarşı düşmənçiliyi günü-gündən artır”

“Düşmənin planı sistem və xalq arasında ayrılıq yaratmaqdır”.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu Ayətullah Xamenei bu gün İmam Hüseyn adına Hərbi Akademiyanın buraxılış mərasimində çıxışında  deyib.

Ayətullah Xamenei bildirib ki, İran xalqının gücünün ən böyük sübutu ABŞ-ın bütün çalışmalarına baxmayaraq ölkənin inkişafıdır: “Əgər xalq güclü olmasaydı, düşmənin bu çalışmasının onda biri bu sevimli sistemi xalqın əlindən almaq üçün kifayət edərdi.”  Ardını oxu »

TANAP-la Türkiyəyə ilk kommersiya qazının tədarükü başlayıb

Bu gündən Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyə ilk kommersiya qazının tədarükünə başlanılıb.

Bu barədə “Cənub Qaz Dəhlizi” QSC-nin baş direktoru Əfqan İsayev deyib.

Ə.İsayev “Cənub Qaz Dəhlizi” layihələrində görülmüş işlər barədə məlumat verib: “Layihəyə bir çox aparıcı beynəlxalq maliyyə qurumları tərəfindən maliyyə dəstəyi göstərilmiş və artıq TANAP layihəsi üzrə Faza-0, yəni Türkiyəyə ilk təbii qazın verilməsi üçün işlər yekunlaşıb. Ardını oxu »

Türkiyə Avropa İttifaqını ittiham etdi

Türkiyə Avropa İttifaqını (Aİ) ölkəyə qarşı ədalətsiz mövqe tutmaqda ittiham edib.

Trend-in məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, Aİ növbəti dəfə Türkiyəyə qarşı ədalətsiz və qeyri-səmimi münasibət sərgiləyib: Ardını oxu »

Merkel Ərdoğanı seçkilərdə qələbə münasibətilə təbrik etdi

Almaniyanın kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı prezident seçkilərində qələbə münasibətilə təbrik edib. 

APA-nın məlumatına görə, bu barədə Almaniya hökumətinin mətbuat xidməti bildirib.

“Hörmətli cənab Prezident, yenidən prezident postuna seçilməyiniz münasibətilə sizi ürəkdən təbrik edirəm”, məktubda deyilir. Ardını oxu »

Ərdoğan: “Türkiyə bütün dünyaya demokratiya dərsi verdi”

Türkiyə bütün dünyaya demokratiya dərsi verdi.

APA-nın “Anadolu”ya istinadən məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib.

“Türkiyə xalqı öz demokratik hüququndan istifadə edərək, səsvermədə iştirak etdi. Türkiyə bütün dünyaya demokratiya dərsi verdi. 90 faizlik seçici fəallığı çox vacib amildir. Millətimiz mənə, partiyamıza və ittifaqımıza etimad göstərib. Ardını oxu »

Rəcəb Tayyib Ərdoğan: Türkiyə bütün dünyaya demokratiya dərsi verdi

Prezident Rəcəb Tayyib Ərdoğan iyunun 25-də gecə Türkiyə vaxtı ilə saat 2:50-də ölkədə keçirilən növbədənkənar prezident və 27-ci çağırış parlament seçkilərinədə möhtəşəm qələbə münasibəti ilə sədri olduğu Ədalət və İnkişaf Partiyasının (AKP) Ankaradakı Mərkəzi Qərargahında “balkon konuşması” ilə partiyadaşlarına, tərəfdarlarına xitab edib.

Ardını oxu »

Gürcüstanda xarici işlər naziri dəyişdi

Gürcüstan hökumətinin yeni tərkibi rəsmi olaraq parlamentə təqdim olunub. 

APA-nın yerli bürosunun məlumatına görə, qanunverici orqana təqdim olunmuş siyahıya əsasən, Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf, xarici işlər və maliyyə naziri dəyişib.  Ardını oxu »

Tramp Krımı Rusiya ərazisi adlandırdı

ABŞ prezidenti Donald Tramp ötən həftə Kanadada keçirilən G7 sammitinin gedişində sammitdə iştirak edən liderlərə Krımın Rusiyaya məxsus olduğunu bildirib. 

APA-nın məlumatına görə, bu barədə Amerikanın “Buzzfeed” portalı iki diplomatik mənbəyə istinadən xəbər yayıb.

“Prezident Tramp G7 liderlərinə bildirib ki, Krım Rusiyanındır, çünki orada hamı rusca danışır”, – deyə məlumatda vurğulanır.  Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 20
  • 15
  • 806
  • 2,680
ILK-10 Azeri Website Directory