Ölkə

Qarpız ən yaxşı çimərlik qidasıdır

Qarpız yay fəslinin ən sevimli qida məhsullarından biridir. Orqanizm üçün bir sıra müsbət təsirləri olan qarpız susuzluğu aradan qaldırır, bədənə soyuqluq və rütubət verir. Qarpız eyni zamanda həzmə kömək edir, qanı durulaşdırır.

AZƏRTAC xəbər verir ki, aparılan araşdırmalar qarpızın ən yaxşı çimərlik qidası olduğunu müəyyən edib. Ardını oxu »

Kənd təsərrüfatı naziri Şamaxı rayonunda vətəndaşlarla görüşəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov iyulun 20-də saat 11:00-da Şamaxı rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Qəbələ, İsmayıllı, Şamaxı və Qobustan rayonlarının sakinləri ilə görüşəcək. Ardını oxu »

Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin mətbuat xidmətlərinin məlumatı

Gəncədə törədilmiş cinayətin fəal iştirakçılarından 11 nəfərinin tutulması təmin olunub, biri isə məhv edilib.

Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində iki polis zabiti şəhid olub. Ardını oxu »

Əmək və əhalinin sosial müdafiəsi naziri Lənkəranda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iyulun 20-də Lənkəran rayonunda vətəndaşları qəbul edəcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonları sakinlərinin əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn Ardını oxu »

Daxili işlər naziri Qubada vətəndaşları qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, daxili işlər naziri, general-polkovnik Ramil Usubov mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 7-də Quba şəhərində vətəndaşları qəbul edib.

Ardını oxu »

Cocuq Mərcanlıda Azərbaycan-Rusiya münasibətlərinə həsr olunan konfrans keçirilib

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Bakı-Moskva – geosiyasi ox. Azərbaycan Rusiyanın Cənubi Qafqazda yeganə tərəfdaşıdır” adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın və Rusiyanın deputatlarından və tanınmış ekspertlərindən ibarət nümayəndə heyətinin iştirak Ardını oxu »

Azərbaycan Ordusu öz müqəddəs missiyasını şərəflə yerinə yetirir

İyunun 26-da Sumqayıt şəhərində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə bayram tədbiri keçirilib. Əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin həyətində ucaldılmış büstü önünə gül dəstələri düzülüb.

AZƏRTAC xəbər verir ki, tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycanın dövlət himni səsləndirilib.

Ardını oxu »

Ordumuz qürurumuzdur

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə Müdafiə Nazirliyinin və Xocavənd Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ordumuz – qürurumuz” adlı kütləvi hərbi-vətənpərvərlik tədbiri keçirilib. Ardını oxu »

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir

Düşmənlə 168 kilometr sərhəddi olan Qazax rayonu Dağlıq Qarabağ müharibəsi başlayandan indiyədək 285 şəhid verib. Onlardan 7 nəfəri Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Rayonun 7 kəndi hələ də erməni işğalçılarının tapdağı altındadır. 5 kəndə isə mütəmadi olaraq düşmən tərəfindən atəş açılır. Belə bir coğrafi şəraitdə yerləşən rayonda hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi bu gün ən aktual məsələ kimi diqqət mərkəzində saxlanılır.  Ardını oxu »

NAXÇIVAN – İslam mədəniyyətinin paytaxtı

Naxçıvan dünyanın ən qədim, ilkin sivilizasiya mərkəzlərindən biridir. Naxçıvanda “sivilizasiyanın sübh çağı” olan Paleolit dövrünə aid Qazma və Daşqala kimi ilk insan düşərgələrinin olması qədim diyarın insanlığın ilkin beşiklərindən biri olduğunu nümayiş etdirir.  Ardını oxu »

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 105
  • 33
  • 1,298
  • 4,289
ILK-10 Azeri Website Directory