Ölkə

Milli Məclisin deputatı Qənirə Paşayeva Ramazan bayramında Tovuzda sakinlərlə görüşüb

Milli Məclisin deputatı Qənirə Paşayeva Ramazan bayramında Tovuzda sakinlərlə görüşərək onların bayramını təbrik edib.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı sakinlərlə görüş zamanı Ramazan ayınının bir mənəvi təmizlənmə, yardımlaşma ayı olduğunu vurğulayaraq onlara Allahdan bütün dualarına çatmalarını diləyib. Ardını oxu »

Elmar Məmmədov: Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycan xalqının itirilmiş inamını özünə qaytardı, sabaha, gələcəyə ümidini artırdı

Xalqımız Azərbaycanın müstəqilliyinin ilk illərində ölkədə özbaşınalığın, xaosun baş alıb getdiyi, vətəndaş müharibəsinin və azadlığın itirilməsi təhlükəsinin yarandığı bir vaxtda özünün xilaskarı kimi ulu öndər Heydər Əliyevi görürdü. Hamı yaxşı anlayırdı ki, ölkədəki hərc-mərcliyin, itaətsizliyin, anarxiyanın, siyasi çəkişmələrin, qardaş qırğınının, hərbi xəyanətin, qanunsuz silahlı dəstələrin Bakıya yürüşünün qarşısını yalnız Heydər Əliyev ala bilərdi. Ardını oxu »

Min bir dərdin dərmanı – arı südü

Bal, çiçək tozu, vələmum, mum, arı südü, bal qaymağı, güləm kimi arı məhsullarının hər biri sağlamlıq üçün çox əhəmiyyətlidir.

Təbiətin bizə bəxş etdiyi bu əvəzsiz nemətlərin içərisində müalicəvi xüsusiyyətlərinə görə arı südü digərlərindən fərqlənir. Bəs min bir dərdin dərmanı, tərkibi vitamin və minerallarla zəngin olan, bir çox xəstəliklərin müalicəsində, immunitetin möhkəmləndirilməsində istifadə edilən arı südü necə alınır? Ardını oxu »

Hər il təxminən beş milyon nəfər ilanların hücumuna məruz qalır

Hər il Yer kürəsində ilan dişləməsi nəticəsində 138 min nəfər həyatını itirir. Dünya Səhiyyə Təşkilatının məlumatına görə, il ərzində 5,4 milyon nəfər ilanların hücumuna məruz qalır. Onlardan orta hesabla 13,8 min nəfəri vəfat edir, 400 mini həmişəlik əlil olur.

İlanlarla əlaqədar bu statistika ondan qorunmağın da zəruriliyini gündəmə gətirir. Ardını oxu »

Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr edilmiş foto-sərgi

Qazaxda ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilmiş foto-sərgi nümayiş etdirilmişdir.

Qazax rəsm qalereyasında təşkil edilən sərgidə çıxış edən rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan xalqı qarşısında gördüyü işlərdən danışmış və onun digər sahələrdə olduğu kimi mədəniyyət və incəsənət sahələrində də qazanılmış uğurlarda böyük xidmətləri olduğunu diqqətə çatdırmışdır. Ardını oxu »

Ulu Öndərin anadan olmasının 95-ci ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirilib

Aksiya zamanı 2 minə yaxın ağac əkilib

Mayın 1-də Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi üzrə partiyanın ilk-ərazi təşkilatının birgə təşkil etdiyi ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan ağacəkmə aksiyası keçirilib. Ardını oxu »

Səyavuş Heydərov: Dini təhlükəsizlik milli təhlükəsizliyimizin başlıca tərkib hissəsidir

Ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan həmişə müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışı baxımından nümunə olub. Ölkəmizdə milli-mənəvi və dini dəyərlərin zəngin inkişaf tarixi və ənənələri var.

Hazırkı mərhələdə ölkədə bərqərar edilmiş milli və dini tolerantlıq, eləcə də multikulturalizm mühitinin qorunması və möhkəmləndirilməsi dövlət qarşısında duran başlıca vəzifələrdən hesab olunur. Ardını oxu »

Kürdəmirdə Aprel şəhidlərinin xatirəsi anılıb

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional şöbəsi Aprel döyüşlərində qəhrəmancasına şəhid olmuş gənclərin xatirəsinə həsr edilən tədbir keçirib.

Muzeydən AZƏRTAC-a bildirilib ki, Kürdəmir rayonunun Sor-sor Ardını oxu »

Mayor Rəşad İsrafilov: Aprel döyüşlərinin yenidən təkrar olunacağı günü səbirsizliklə gözləyirəm

Mən 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini bitirdikdən sonra ön xətdə zabit kimi xidmətə başladım və bu günə kimi ən çətin, məsuliyyətli döyüş tapşırıqlarını yerinə yetirməklə özümü Vətənimin əsl övladı sayıram.Bu sözləri AZƏRTAC-a müsahibəsində Aprel döyüşlərinin iştirakçısı, mayor Rəşad İsrafilov deyib.

Ardını oxu »

İsmayıllıda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş olub

İsmayıllı Rayon İcra Hakimiyyətində Qarabağ müharibəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, görüş 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə təşkil edilib. İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qadınları bayram münasibətilə təbrik edib. Vurğulayıb ki, bu gün dövlətimiz hər bir şəhid və əlil ailəsinin qayğısını çəkir, onların övladlarının təhsili üçün lazımi şərait yaradır, mənzil ehtiyaclarını ödəyir. Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 14
  • 10
  • 800
  • 2,674
ILK-10 Azeri Website Directory