Kriminal

Samuxda cinayətkar dəstə tutulub

3Samux polisi silsilə oğurluq törətməkdə şübhəli bilinən dəstəni zərərsizləşdirilib.\r\nAdalet.az-ın xəbərinə görə dəstə üzvləri son 6 ay ərzində yaşadıqları Sərkar kəndində 4, Gəncə şəhəri Cavadxan qəsəbəsindəki 1 mənzildən xeyli miqdarda qiymətli əşya oğurlayıb.\r\nSamux rayon polis şöbəsinin müstəntiqi Əşrəf Yusifzadə deyib ki, bu ilin iyun ayından başlayaraq Sərkar kəndində ardıcıl oğurluqlar törədən kənd sakinləri 32 yaşlı Emin və 22 yaşlı Tural Məmmədovlar, eləcə də 36 yaşlı Xəyal Əsgərov və 17 yaşlı Tofiq Məmmədov saxlanılıb. Onlar son 6 ay ərzində müxtəlif şəxslərə məxsus mənzillərdən 4700 manat nəğd pul və 4500 manat dəyərində qızıl zinət əşyaları oğurlayıb. Ardını oxu »

Öz evində fahişəxana açan qadın tutuldu

Öz evində fahişəxana 15.10.2013\r\n\r\n \r\n\r\nKürdəmir rayonunda yaşayış mənzilində əxlaqsızlıq yuvası aşkarlanıb. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmtəniə istinadən verdiyi məlumata görə, İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Kürdəmir rayon sakini Fatma Cəfərovanın Sarayevo küçəsindəki kirayədə yaşadığı mənzilində əxlaqsızlıq yuvası təşkil etməsi müəyyən edilib.\r\nFaktla bağlı araşdırma aparılır.

Bakıda toyda dava düşdü

Bakıda toyda dava düşdü 7.09.2013Bakıdakı tanınmış şadlıq sarayında kütləvi dava düşüb.\r\nHadisə şahidlərinin Milli.Az-a verdiyi məlumata görə, dava dünən gecə Babək prospektində yerləşən “Arzu” şadlıq sarayında baş verib. Toy məclisi zamanı yaranmış dava sonra da şadlıq sarayının həyətində davam edib. Hadisə yerinə polis və təcili yardım çağırılıb.\r\nNizami rayon Polis İdarəsinin 23-cü polis bölməsindən Milli.Az-a bildirildi ki, toyda dava sərxoş qonaqlar arasında baş verib. Davanın hansı səbəbdən baş verməsini isə polis araşdırmalardan sonra biləcək.

Cəlilabadda qız qaçıran şəxs 12,6 il cəza aldı

Cəlilabadda qız 2.09.2013Qız qaçırdana kömək edən 7, onları şəxsi maşını ilə aparan sürücü isə 11 illik həbslə cəzalandırıldı\r\nCəlilabad rayonun Ağdaş kəndində maraqlı qız qaçırtma hadisəsi baş verib.\r\nANS PRESS-in “Cənub xəbərləri”nə istinadən verdiyi xəbərə görə, qız qaçırdanın atası Söhbət Cavadov, ötən il, yay aylarında oğlu Sakit Cavadovun əvvəldən istədiyi, həmkəndlisi olan qızı qaçırmaq istədiyini bildirib.\r\nAtasının dediyinə görə, bununla bağlı oğlu ilə həmin il orta məktəbi bitirən qız arasında razılaşma da olub. Beləliklə, qız sonuncu imtahandan çıxan zaman Sakit Cavadov digər 3 tanışı ilə qızı zorla maşına əyləşdirərək, qonşu Privolnye kəndinə aparıblar. Hadisədən xəbər tutan qızın valideynləri 2 saatdan sonra qızlarını evə qaytara bilib. Ardını oxu »

Sərxoş kişi iki uşaq anasını öldürüb

Şamaxı rayonunda qətl hadisəsi törədilib.\r\n“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə bu gün saat 14:30 radələrində rayonun Mədrəsə qəsəbəsində qeydə alınıb.\r\nAğdaş rayon sakini, 1968-ci il təvəllüdlü Həmidov Tələt Həmid oğlu nikahsız yaşadığı Mədrəsə qəsəbə sakini, 1971-ci il təvəllüdlü Nəzərova Qotaz İsa qızını bıçaqlayaraq öldürüb.\r\nMəlumata görə, spirtli içki qəbul edərək evə gələn Tələt Həmidov əvvəlcə qadını döyüb. Sonra onun boğazını kəsib, döş və qarın nayihəsinə 6 bıçaq xəsarəti yetirib. İki uşaq anası olan Qotaz Nəzərova hadisə yerində dünyasını dəyişib.\r\nQeyd edək ki, əvvəllər həbsdə olmuş Tələt Həmidov 1997-ci ildən bəri qadının Mədrəsə qəsəbəsindəki evində yaşayıb.\r\nFaktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.

Kişi arvadını və gəlinini doğradı – Bakıda İyunun 26-da Bakı şəhərinin Xəzər rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şüvəlan qəsəbəsi Əliheydər Qarayev küçəsində yaşayan 1958-ci il təvəllüdlü Bayramov Valeh Vaqif oğlu həyat yoldaşı, 1964-cü ildə anadan olmuş Bayramova Gülnarə Mürsəl qızını çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib. O, daha sonra evdə olan və hadisələrə şahidlik edən gəlini 1989-cu il təvəllüdlü Bayramova Sahilə Akif qızını da eyni üsulla öldürüb. Gənc qız evdən qaçaraq canını qurtarmaq istəsə də, V.Bayramov onu həyətdə tutub və amansızlıqla qətlə yetirib.\r\nFaktla əlaqədar Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə iş başlanılın. Hadisədən sonra ərazini tərk edən V.Bayramov tutularaq istintaqa təhvil verilib. O, ilkin ifadəsində hadisəni ailə münaqişəsi zəmində törətdiyini deyib. İşsiz olan 55 yaşlı kişi bildirib ki, həyat yoldaşı onu saymadığı üçün bu əməli törədib.\r\n\r\nAraşdırmalar davam etdirilir

Bakıda polis əməkdaşı bıçaqlandı Hadisə “Kaktus” restoranının qarşısında baş verib

Bakıda polis əməkdaşı bıçaqlanıb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə “Kaktus” restoranının qarşısında qeydə alınıb. Bakı şəhər sakini, polis serjantı, 1988-ci il təvəllüdlü Hüseynov Habil Amil oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı polis əməkdaşı xəstəxanaya yerləşdirilib.\r\nPolisdən bildirilib ki, hadisəni törədənin şəxsiyyəti artıq müəyyənləşib. Hazırda onun tutulması istiqamətində tədbirlər davam etdirilir.\r\nQeyd edək ki, H. Hüseynov Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin Səbail rayon mühafizə idarəsinin əməkdaşıdır.

Bakıda gənc oğlan axtarılır

Gənc evden çıxıb ve bir daha geri qayıtmayıb.\r\n\r\nBakının Yasamal rayonunda gənc oğlan yoxa çıxıb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, 25 yaşlı Emin Axundov evdən çıxıb və bir daha geri qayıtmayıb.\r\n\r\nValideynləri övladlarının taleyinə aydınlıq gətirliməsi üçün polisə müraciət ediblər. Hazırda E.Axundovun axtarışı davam etdirilir.

Cəlilabadda toy vaya döndü

Ötən gecə Cəlilabadda toyda qanlı hadisə baş verib. Tele-INFORM PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Astanlı kəndində qeydə alınıb. Qanlı hadisə Faiq Məmmədovun toy məclisində baş verib.\r\n\r\nBelə ki, 1974-cü il təvəllüdlü Fuad Məmmədov 1978-ci il təvəllüdlü İlkin Məmmədovu bıçaqlayıb. Nəticədə İlkin Məmmədov hadisə yerində ölüb. Onların qohum olduğu bildirilir.\r\n\r\nFaktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Korrupsiyada təqsirli bilinən təhsil işçisinin cəzası yüngülləşdirildi

Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədovun azadlıqdan məhrumetmə cəzası 3 ilə endirilib\r\n\r\nŞəki Apellyasiya Məhkəməsində rüşvət almaqda təqsirli bilinən Şəki Pedaqoji Kollecinin şöbə müdiri Nəriman Səmədovun apelyasiya şikayəti üzrə məhkəmə başa çatıb. Trend-in məlumatına görə, hakim İnşallah Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti üzrə qərar elan edilib. Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 167
  • 28
  • 953
  • 2,827
ILK-10 Azeri Website Directory