Kriminal

Dəhşət: Azərbaycanda oğul atasını öldürdü

33 yaşlı oğul atasına arxadan zərbə vurub\r\n\r\nAzərbaycanın Sumqayıt şəhərində qətl hadisəsi baş verib. APA-nın məlumatına görə, şəhərin Köhnə Corat qəsəbəsində yaşayan, 33 yaşlı Veysəl Mahmudov ailə münaqişəsi zəminində atası, 55 yaşlı Aydın Mahmudovu kürəyindən bıçaqlayıb. A. Mahmudov aldığı bıçaq xəsarətindən hadisə yerindəcə dünyasını dəyişib.\r\n\r\nSumqayıt şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, hadisəni törədən V. Mahmudov tutulub.\r\nFaktla bağlı cinayət işi başlanıb, istintaq gedir.\r\n

\r\nKəmalə Məmmədova

Kirvə qatil oldu

Sumqayıt sakininə 10-a yaxın bıçaq zərbəsi vurulub\r\n\r\n \r\n\r\nAzərbaycanın Sumqayıt şəhərində qətl törədilib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin 2-ci mikrorayonunda qeydə alınıb. Abşeron sakini, 39 yaşlı Natiq Vilayət oğlu İsmayılov kirvəsi olduğu, Sumqayıt sakini, 32 yaşlı Elvin Fikrət oğlu Hüseynovu bıçaqlayıb. 10-a yaxın bıçaq zərbəsi alan E.Hüseynov aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib.\r\n\r\nHadisəni törədən N.İsmayılov polis əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, hadisə şəxsi mübahisə zəminində baş verib.\r\nFaktla bağlı cinayət işi başlanıb, istintaq gedir.\r\n

Kəmalə Məmmədova

\r\n 

Sabirabadda faciə

Aprelin 9-na keçən gecə Sabirabad rayonu ərazisindəki elektrik yarımstansiyasında rayon sakini Elnur Xəlilovu elektrik cərəyanı vurub. \r\n\r\n“Qafqazinfo” DİN-nin saytına istinadən xəbər verirki, hadisə nəticəsində E. Xəlilov ölüb.\r\n\r\nAraşdırma aparılır.\r\n\r\n 

Yol kənarındakı ağac faciə törətdi

 \r\n\r\n

Bakı-Qazax yolunun 400-cü kilometrliyində ağır yol qəzası baş verib\r\n

 \r\n\r\n“Qafqazinfo” “FNH”nin rəsmi saytına istinadən xəbər verir ki, hadisə Şəmkir rayonu ərazisində baş verib. 1962-ci il təvəllüdlü Mehdiyev Lətif Musa oğluna məxsus “VAZ” markalı minik avtomobili hərəkətdə olarkən yol kənarındakı ağac onun üzərinə aşıb. Nəticədə avtomobil idarəetməni itirərək yolun kənarına yuvarlanıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunublar. Lakin sürücüsü ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Dələduz qadın yaxalandı

Bakı Şəhər BPİ Mətbuat Xidməti paytaxtda baş verən kriminal hadisələrlə bağlı xəbər yayıb. “Qafqazinfo” həmin xəbərləri təqdim edir:\r\n\r\nNərimanov RPİ 18-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 178-ci (dələduzluq) maddəsilə axtarışda olan Təranə Hüseynova aprelin 2-də yaxalanıb.\r\n\r\nAprelin 2-si saat 12:30 radələrində Bakı-Mərdəkan yolunda Laiq Əsədullayev idarə etdiyi «Tayota-Prado» markalı avtomobillə Yusif Rəhimovu vurub, nəticədə piyadaçı xəstəxanaya aparılarkən ölüb.\r\n\r\nYanvarın 10-da naməlum maskalı şəxslər Şüvəlan qəsəbəsi Nizami küçəsində yaşayan Akif Həmzəyeivn evinə daxil olub bıçaqla xəsarət yetiriblər. Sonra həyətdə olan «VAZ-2121» markalı avtomobilin hər iki dövlət nömrə nişanını açıb ataraq avtomobili aparıblar. A.Həmzəyev 3 saylı xəstəxanaya yerləşdirilib. Ardını oxu »

Şəmkir sakini oğurluğa girdiyi evdə yatıb qaldı- Video

Şəmkir rayonunda maraqlı oğurluq hadisəsi baş verib.\r\n\r\n“Qafqazinfo”nun məlumatına görə, oğurluq məqsədilə evə daxil olan Rəşad Vəliyev qızıl zinət və qiymətli əşyaları ələ keçirməyə cəhd edib. İstədiklərini əldə edən Şəmkir sakini daha sonra dincəlmək üçün uzanıb və oğurluq etdiyi evdə yatıb qalıb. Ev sakini tərəfindən yaxalanan oğru polisə təslim edilib. R.Vəliyev polisə ifadəsində spirtli içkinin təsirindən yuxuya getdiyini deyib. Qeyd edək ki, R.Vəliyev oğurluq əməlinə görə bir dəfə məhkumluq həyatı yaşayıb.\r\nhttp://www.youtube.com/watch?v=t9sUu1MnOnk&feature=player_embedded

Qaynanası ilə cinayət törədən yeznə

Bakıda dəhşətli cinyətin üstü açlıb.\r\n\r\nBakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, martın 28-də Lökbatan qəsəbəsində yaşayan Bayram Əliyev qayınatası Tofiq Həsənovu bıçaqla qətlə yetirib. Sonra isə o qayınanası Dilbər Əşrəf qızı ilə birgə T. Həsənovun meyitini yaşadıqları evin həyətində basdırıblar.\r\n\r\nQaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qətldə şübhəli bilinən B. Əliyev və D. Həsənova yaxalanıblar.

Bakıda güllələnmə

73 yaşlı şəxs odlu silahla çoxsaylı güllə yarası alıb\r\n\r\nBakının Xətai rayonunda güllələnmə hadisəsi baş verib. Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən saat 15:40 radələrində İsmayılov küçəsi 56, mənzil 17 ünvanında qeydə alınıb. 73 yaşlı Kulitina Klavdevna odlu silahdan açılan atəşdən yaralanıb. Onun bədənində çoxsaylı güllə izləri aşkarlanıb.\r\nFaktla bağlı cinayət işi başlanıb.\r\n

\r\nZiya Babayev

Bələdiyyə sədrinə cinayət işi açıldı

Cəlilabad rayonunun Muğan bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.\r\n\r\nBaş prokurorluğun mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, bələdiyyə sədri Rasif Həsənov 2010-cu ildə ilkin sənədləşmələr aparmadan 12 min 770 manat məbləğində pul vəsaitini qanunsuz olaraq bələdiyyənin hesabından silərək mənimsəyib. Bundan başqa bələdiyyənin vəzifəli şəxsləri tərəfindən 2011-2012-ci illər ərzində müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan və bələdiyyə iclasları keçirilmədən 20 vətəndaşa bələdiyyə ərazisindən əsassız olaraq 2,02 hektar həyətyanı torpaq sahəsinin satışı təşkil edilməklə bələdiyyənin qanunla qorunan mənafelərinə ciddi zərər vurulub.\r\n\r\nFakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.\r\n\r\nHazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Gənc oğlan insanların gözü qarşısında qanına qəltan edildi

Gəncə şəhərində qətl olub\r\nGəncə şəhərində qətl olub. Şəhər Prokurorluğundan milli.az-a verilən məlumata görə, bu gün səhər saatlarında gənc oğlan Atatürk prospektində yerləşən binanın qarşısında insanların gözü önündə qətlə yetirilib.\r\n\r\nİki şəxs binanın qarşısında dava edib. Onlardan biri bıçaqla o birini vurub və qaçıb. Binanın qarşısında yerə yıxılan gənc üçün təcili yardım çağırılsa da, həyatını xilas etmək mümkün olmayıb.\r\n\r\nQətlə yetirlən şəxsin əvvəllər məhkum olunmuş 23 yaşlı Ceyhun Hüseynov olduğu bildirilsə də, hələlik təsdiq olunmayıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.\r\nZiya Babayev

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 19
  • 11
  • 1,018
  • 3,074
ILK-10 Azeri Website Directory