Təbriklər

Şəmkir sankinləri Prezident İlham Əliyevə təbrik ünvanlayıb

Şəmkir sakinləri Cənab İlham Əliyevi prezident seçkilərində inamlı qələbəsi münasibətilə təbrik edib, Azərbaycan xalqının rifahı naminə prezidentlik fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Təbrikdə deyilir:

Hörmətli Cənab Prezident,

Sizi yenidən Azərbaycan Respublikası Prezidenti seçilməyiniz münasibətilə bütün şəmkirlilər adından təbrik edir, ən xoş arzularımızı çatdırırıq! Ardını oxu »

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğana ad günü münasibətilə təbriklərini çatdırıb, qardaş Türkiyə xalqının firavanlığı naminə Prezidentlik fəaliyyətində ona uğurlar və möhkəm cansağlığı arzulayıb. Ardını oxu »

İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür. 

APA-nın məlumatına görə, dövlət başçısının 56 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ – MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.

Ardını oxu »

Təbriklər, cənab Prezident!

Təbriklər, cənab Prezident!

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.

Bu gün dövlət başçısının 56 yaşı tamam olur.

Ardını oxu »

Jurnalistlər prezidenti təbrik etdilər

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğum günüdür.

APA-nın məlumatına görə, Azərbaycan jurnalistləri Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.

Ardını oxu »

Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Hörmətli həmvətənlər!\r\nSizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və gələcək işlərinizdə yeni-yeni uğurlar arzulayıram.\r\nKeçmişimizin ən dərin qatlarından gələn Novruz bayramı xalqımızın mənəviyyat dünyasının ayrılmaz hissəsi olub, Odlar diyarında həmişə uca tutulmuşdur. Azərbaycanı qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərimiz sırasında müqəddəs Novruz ənənələri müstəsna mövqeyə malikdir. Ötən dövrlərin təqib və təzyiqlərinə baxmayaraq, həmin ənənələri günümüzədək layiqincə qoruyub saxlaması xalqımızın bəşər mədəniyyəti qarşısında müstəsna xidmətlərindəndir.\r\nNovruz bayramının muğam və aşıq sənəti ilə yanaşı, YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edilməsi əslində hər bir azərbaycanlının nailiyyətidir. Bahar bayramı ərəfəsində paytaxt və bölgələrdə keçirilən Üçüncü Beynəlxalq Muğam Festivalı da böyük tarixi-mədəni irsimizi bütün zənginliyi ilə bir daha nümayiş etdirmək imkanı verdi.\r\n Ardını oxu »

Prezident Azərbaycan qadınlarını təbrik etdi

İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb\r\n\r\nPrezident İlham Əliyev 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə Azərbaycan qadınlarına təbrik ünvanlayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir:\r\n\r\n“Hörmətli xanımlar!\r\n\r\nƏziz analar və bacılar!\r\n\r\nSizi Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə cansağlığı, səadət və müvəffəqiyyətlər arzulayıram.\r\n\r\nAzərbaycan qadını mənəvi təbiətinə sadiq qalaraq, zərifliyin, ülviliyin və gözəlliyin rəmzi olan adının ucalığını həmişə layiqincə qoruyub saxlayıb. Ardını oxu »

İlham Əliyevdən Putinə təbrik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinə təbrik ünvanlayıb. Məlumatı AzərTAc dövlət agentliyi yayıb.\r\n\r\nTəbrikdə deyilir: “Hörmətli Vladimir Vladimiroviç, Rusiya Federasiyası Prezidenti vəzifəsinə başlamağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm.\r\n\r\nƏminəm ki, Azərbaycan və Rusiya arasında ənənəvi, inkişafına və möhkəmlənməsinə Sizin sanballı və mühüm töhfə verdiyiniz dostluq və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək və dərinləşəcəkdir.\r\n\r\nİnanıram ki, bizim birgə səylərimiz bundan sonra da xalqlarımızın və ölkələrimizin mənafeyi naminə, Qafqazda sülh, sabitlik və təhlükəsizlik naminə strateji tərəfdaşlığımızın və çoxplanlı əməkdaşlığımızın hər cəhətdən genişlənməsinə yönələcəkdir.\r\n\r\nƏziz Vladimir Vladimiroviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.

Musa Yaqubun yeni kitabı çap olunub

Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. \r\n\r\n“Qafqazinfo”nun məlumatına görə, poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb.\r\n\r\n“Dövrün dəyirmanı” çağdaş Azərbaycan ədəbiyyatının ən önəmli simalarından sayılan istedadlı şairin 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyər, hesabatdır.\r\n\r\nKitabda şairin 19 poeması ilk dəfə olaraq cəm halında nəşr olunub. Ənənəvi kitab çapından fərqli olaraq əvvəldə poemaların sıralanması ilə başlayan yaradıcılıq məhsullarını şairin müxtəlif dövrlərdə qələmə aldığı seçmə şeirləri “Gördüm yol ayrıcında”, “Dövrün dəyirmanı”, “Sevgi sətirləri” bölümləri müşayiət edir. Kitab şairin “Açıq qoydum qapımı, ümid girsin içəri” və “Ömür yoldaşım Zöhrənin xatirəsinə” bölümləri altında yeni şeirlərlə başa çatır.\r\n\r\n“Dövrün dəyirmanı” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb. Redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, bədii tərtibatçısı gənc yazar Zaur Qəriboğludur.\r\n\r\nAVCİYA-da “Dövrün dəyirmanı”nın təqdimatı da keçirilib. Təqdimatda çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov M. Yaqubla 1954-cü ildən dost olduqlarını xatırladıb və kitabı şairin ad gününə töhfə adlandırıb.\r\n\r\nM. Yaqub isə kitabın çapına görə öz təşəkkürünü bildirib.

Ramiz Mehdiyev üçün əlamətdar gün

Bu gün Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviri; Azərbaycan Milli Elmlər Akademiyasının akedemiki Ramiz Mehdiyevin doğum günüdür. “Qafqazinfo”nun məlumatına görə, o, 17 aprel 1938-ci ildə Bakışəhərində anadan olub.

\r\n

 1957-ci ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra “Xəzər neftdonanma”nın idarəsinin gəmilərində maşinist işləyib.

\r\n

 1961-ci ildə S.M.Kirov adına ADU-nun tarix fakultəsinə daxil olub. 1965-ci ildə beşinci kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nin tələbəşöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür, 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyib. Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 194
  • 151
  • 1,087
  • 3,449
ILK-10 Azeri Website Directory