Təbriklər

Musa Yaqubun yeni kitabı çap olunub

Şair Musa Yaqubun “Dövrün dəyirmanı” adlı yeni kitabı çap olunub. \r\n\r\n“Qafqazinfo”nun məlumatına görə, poema və şeirlərdən ibarət kitab yazarın 75 yaşı münasibətilə işıq üzü görüb.\r\n\r\n“Dövrün dəyirmanı” çağdaş Azərbaycan ədəbiyyatının ən önəmli simalarından sayılan istedadlı şairin 75 yaşın ucalığından zamana, bəşəriyyətə, insan ömrünə, müxtəlif tale yaşantılarına verdiyi dəyər, hesabatdır.\r\n\r\nKitabda şairin 19 poeması ilk dəfə olaraq cəm halında nəşr olunub. Ənənəvi kitab çapından fərqli olaraq əvvəldə poemaların sıralanması ilə başlayan yaradıcılıq məhsullarını şairin müxtəlif dövrlərdə qələmə aldığı seçmə şeirləri “Gördüm yol ayrıcında”, “Dövrün dəyirmanı”, “Sevgi sətirləri” bölümləri müşayiət edir. Kitab şairin “Açıq qoydum qapımı, ümid girsin içəri” və “Ömür yoldaşım Zöhrənin xatirəsinə” bölümləri altında yeni şeirlərlə başa çatır.\r\n\r\n“Dövrün dəyirmanı” Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb. Redaktoru jurnalist-publisist Nəzirməmməd Zöhrablı, bədii tərtibatçısı gənc yazar Zaur Qəriboğludur.\r\n\r\nAVCİYA-da “Dövrün dəyirmanı”nın təqdimatı da keçirilib. Təqdimatda çıxış edən AVCİYA-nın prezidenti, millət vəkili Elxan Süleymanov M. Yaqubla 1954-cü ildən dost olduqlarını xatırladıb və kitabı şairin ad gününə töhfə adlandırıb.\r\n\r\nM. Yaqub isə kitabın çapına görə öz təşəkkürünü bildirib.

Ramiz Mehdiyev üçün əlamətdar gün

Bu gün Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının rəhbəri, Azərbaycan Respublikasının Həqiqi Dövlət müşaviri; Azərbaycan Milli Elmlər Akademiyasının akedemiki Ramiz Mehdiyevin doğum günüdür. “Qafqazinfo”nun məlumatına görə, o, 17 aprel 1938-ci ildə Bakışəhərində anadan olub.

\r\n

 1957-ci ildə Bakı Dənizçilik məktəbini bitirdikdən sonra “Xəzər neftdonanma”nın idarəsinin gəmilərində maşinist işləyib.

\r\n

 1961-ci ildə S.M.Kirov adına ADU-nun tarix fakultəsinə daxil olub. 1965-ci ildə beşinci kurs tələbəsi ikən Azərbaycan LKGİ MK-nin tələbəşöbəsinə təlimatçı vəzifəsinə irəli sürülür, 1965-1967-ci illərdə Naxçıvan komsovol vilayət komitəsinin ikinci katibi işləyib. Ardını oxu »

Təbrik edirik!

Şəmkir rayonunun ziyalıları, istedad sahibləri bütün dövrlərdə işgüzarlığı, müdrikliyi, cəsarəti ilə seçilmiş, xeyirxah təşəbbüslərin tərəfdarı olmuş, insanlara qayğılı münasibətləri ilə qəlblərdə öz mənəvi heykəllərini ucaltmışlar.\r\nSadəliyi, işgüzarlığı, səmimiyyəti ilə qəlblərə hakim kəsilən Asif bəy də belə ziyalılardandır. Rayonun mədəni-kütləvi tədbirlərində fəal iştirak edir, yaşadığı, doğulub-böyüdüyü Təzəkənd kəndi sakinlərinin qayğı və problemləri ilə yaşayır, yeri gələndə kasıblara, az təminatlı insanlara həyan olur, əl tutur. Ardını oxu »

Təbrik edirik!

İndi hər yerdə pedaqoji prosesin səmərəli təşkili, ümumtəhsil ocaqlarının yenidən qurulması barədə geniş və sistemli söhbətlər gedir. Qabaqcıl müəllimlər və təhsil işçiləri bu istiqamətdə uğurlar qazanmaq, müəllim adının şərəfini uca tutmaq üçün öz üzərlərində mükəmməl çalışır, pedaqoji yenilikləri müntəzəm izləyir, daim öyrənməyə çalışırlar. Onlar hər şeydən əvvəl müəllim-şagird əməkdaşlığının formalaşmasına xüsusi önəm verir, bu sahədə olan təcrübələri öz işlərinə tətbiq edirlər.\r\n\r\nBiz bu günlərdə Gədəbəy rayonunun təhsil ocaqlarından birində olarkən bu barədə söz düşəndə məktəbin təcrübəli müəllimlərindən biri olan Pərvaz Allahverdiyev dedi: Ardını oxu »

Ad gününüz mübarək!

Hörmətli Nizami müəllim, tərcümeyi-halınızla böyük məmnunluqla tanış oldum, keçdiyiniz şərəfli əmək yolunu nadir dostun, öz xalqına, vətəninə sədaqətlə xidmət edən bir rəhbər işçinin töhfəsi kimi qəbul etdim. Hər bir uğurunuzu ürəyimin və gözlərimin vəfasına rəğmən heyranlıqla qarşıladım. Yaradanımız sizdən Azərbaycan xalqına vicdanla xidmət, Vətənimizə sevgi şövqünü, işləmək, qurub-yaratmaq əzmini əsirgəməsin. Ardını oxu »

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarına!

Hörmətli İlham müəllim!\r\n\r\nXalqımızın böyük oğlu, fövqəlbəşər insan, fonemenal tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi, müsəlman dünyasının fəxri, Ulu Öndərimiz Heydər Əliyev cənabları demişdir: “Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə malik xalqdır. Biz mədəniyyətimizə, dinimizə, milli əxlaqımıza, bütün milli ənənələrimizə, tariximizə sadiqik”.\r\n\r\nUlu öndərin əbədiyaşar ideala, milli-mənəvi dəyərə çevrilən bu müdrik kəlamları bu gün ali dövlətçiliyimizin başında duran, Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 18
  • 13
  • 804
  • 2,678
ILK-10 Azeri Website Directory