Anım

Qəhrəmanlar unudulmur!

Azərbaycanın Milli Qəhrəmanı Əsgərova Salatın Əziz qızı 1961-ci ildə dekabrın 16-da Bakıda ziyalı ailəsində anadan olub. 1979-cu ildə Bakı şəhəri M.Müşfiq adına 18 saylı orta məktəbi bitirib, elə həmin il Azərbaycan Neft və Kimya İnstitutuna daxil olub. 1988-1989-cu illərdə Qarabağda baş verən hadisələr, azərbaycanlıların başına gətirilən hadisələr Salatın Əsgərovanı tamam başqa sahəyə gətirir.

Universitetin Mühəndislik fakultəsini bitirsə də, o jurnalist kimi fəaliyyət göstərməyə başlayır. Ardını oxu »

28 APREL – AKADEMİK ZƏRİFƏ XANIM ƏLİYEVANIN DOĞUM GÜNÜDÜR

XEYİRXAHLIQ MÜCƏSSƏMƏSİ

\r\n

1 Həyatda elə insanlar var ki, Tanrı sanki onları bu dünyaya, insanlara yaxşılıq və xeyirxahlıq etmək, dara düşənin dadına çatmaq, imkansıza əl uzatmaq, el-obanın dərd-sərinə yaramaq, bir sözlə, insanlıq nümunəsi olmaq üçün gətirmişdir. Məhz belə bir nümunəvi həyat amalı ilə ömür sürüb, gözlərə nur, ürəklərə sevinc bəxş edən, hələ sağlığında ikən milyonların qəlbində öz heykəlini ucaldan xoşbəxt insanlardan biri də Azərbaycanın görkəmli oftalmoloq alimi, əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevadır.

\r\n Ardını oxu »

Dəyərli vətəndaş, nurlu şəxsiyyət

Dəyərli vətəndaş, nurlu şəxsiyyət<b style="color:red"></b>\r\n\r\nBu yaxınlarda filologiya üzrə fəlsəfə doktoru Sadıq Murtuzayevin mərhum milis polkovniki, uzun illər milis sistemində müxtəlif məsul vəzifələrdə çalışmış, bir vaxtlar Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri olmuş polkovnik Məmməd Yaqubov haqda tərtib etdiyi xatirələr toplusu “Vətən” nəşriyyatı tərəfindən çap olunub. Kitabda M.Yaqubovu tanıyanların, dostlarının, yaxınlarının, övladlarının xatirələri toplanıb. Hacı Mehman Fərzəliyev kitaba son söz yazıb. “Sözardı” adlanan həmin yazını oxuculara təqdim edirik.\r\n\r\nƏvvəl redaktə məsuliyyəti üzərimə düşmüş kitaba ön söz yazmaq fikrindəydim. Ardını oxu »

BƏXTİYAR VAHABZADƏ – 90

                                       BƏNZƏRSİZ SÖZ SAHİBİ

\r\n

 1Azərbaycan çağdaş poeziyasının fəlsəfi fikir tarixində özünəməxsus ideoloji bir xəttə malik müdrik şəxsiyyət, xalq şairi Bəxtiyar Vahabzadə əsrlər üçün əhəmiyyət kəsb edə biləcək əsərlərin müəllifi kimi yaddaşlarda iz salıb. Xalq şairi çoxşaxəli yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafına mühüm töhfələr verən, bu istiqamətdə müstəsna xidmətləri olan tanınmış sənətkarlardandır. Onu haqlı olaraq çağdaş milli şeirimizin klassiki adlandırırlar. Azərbaycan şeirinin son yarıməsrlik tarixi təkamül prosesini Bəxtiyar Vahabzadə yaradıcılığı olmadan təsəvvür etmək mümkün deyil.

\r\n

Ardını oxu »

SEVİB OXUDUQLARIMIZ, OXUYUB SEVDİKLƏRİMİZ

NÜSRƏT KƏSƏMƏNLİ: “MƏN ÖLƏRƏM İKİMİZİN YERİNƏ”

\r\n1 Gəncliyi ötən əsrə təsadüf edənlər yaxşı xatırlayarlar. Ötən əsrin 60- 70-ci illərinin gəncləri şeirə, poeziyaya vurğundular. Dillərdə Azərbaycan şairlərinin uğurlu şeirləri səslənir, insanlar öz aralarında indiki kimi saatlarla televizor qarşısında oturub ağladıqları tokşoulardan, şoubiznes nümayəndələrindən daha çox,  yaddaşlarda xatirələrə dönən şeirlərdən, onların unudulmaz misralarından bəhs edərdilər.\r\n\r\nBakıda Aktyor Evi adlanan bir yaradıcılıq teatrı fəaliyyət göstərirdi. Burada zaman-zaman oxunan, sevilən Azərbaycan şairlərinin “Poeziya gecələri” təşkil olunardı. Ardını oxu »

CƏMŞİD NAXÇIVANSKİ – 120

NƏSİLLƏRƏ NÜMUNƏ

\r\nAvqust ayında  görkəmli hərb xadimi, Azərbaycanın ilk  milli atıcı diviziyasının komandiri Cəmşid Cəfərqulu oğlu Naxçıvanskinin anadan olmasının 120 illiyi tamam olub. Ölkə Prezidenti 2015-ci il aprelin 2-də yubileyin keçirilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən respublikanın hər yerində bu münasibətlə tədbirlər keçirilməkdədir. Bəs biz Cəmşid Naxçıvanskini hamımızmı tanıyırıq? Bu yazı “tanıyırıq” deyənlər üçün yenidən xatırlama, “o kimdir” deyənlər üçün bir tanışlıq imkanı yaratmaq məqsədilə qələmə alınıb.\r\n Ardını oxu »

Gəncədə şəhidlərin xatirəsi anıldı

Gəncədə Şəhidlərin 20.01.2014Anım tədbirində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “Şəhidlər Abidə Kompleksi” önünə əklil qoyub. Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərin ruhuna dualar oxunub.\r\nDaha sonra çıxış edən Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev müstəqilliyimiz uğrunda canlarından keçən vətən övladlarının xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu bildirib, “20 Yanvar” hadisəsini təkcə hüzn günü kimi yox, eyni zamanda qürur və qəhrəmanlıq günü kimi dəyərləndirib. Ardını oxu »

Daşkəsəndə 20 Yanvar faciəsi ilə bağlı böyük ehtiramla anım mərasimi keçirildi

Daşkəsəndə ümumrayon anım tədbirində iştirak edənlərin hər biri şəhidlərə ehtiram əlaməti olaraq səsləndirilən qəmli musiqilərin sədaları altında Şəhidlər xiyabanına 24-cü ildir ki, üz tutmuşdular. Çox böyük ehtiramla keçirilən anım tədbirinə daşkəsənlilər ciddi hazırlıqla gəlmişdilər. Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin sərəncamı əsasında tədbirlər planı hazırlanmış, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatlara paylanmışdır. Daşkəsən Rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkil etidyi ümumrayon tədbirində rayonun ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsi ilə bağlı toplantılar, dəyirmi masalar, müzakirələr və digər anım mərasimləri keçirilmişdir. Ardını oxu »

BUGÜNKÜ HƏYATIMIZA GÖRƏ ONLARA BORCLUYUQ

Bu sirr deyil ki, müstəqilliyinin yaşı çox olmasa da, ölkəmizin iqtisadi uğurlarının miqyası çox böyükdür. İndi necə deyərlər, heç kimin boyunduruğu altında deyilik, kimsənin göstərişinə ehtiyacımız yoxdur. Hələ bundan daha gözəl günlər gözləyir bizləri. Bütün bunları deməklə heç də Amerika kəşf etdiyim iddiasında deyiləm. Çünki bunu hər kəs görür və beləcə də qiymətləndirir. İnşallah, ulu öndər Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası möhtərəm Prezidentimiz İlham Əliyevin iradəsi, əzmi sayəsində hələ Azərbaycanımıza çox şeylər bəxş edəcək. Amma sözsüz ki, bütün bunlara görə hamılıqla minnət borcumuz olan insanlar var. Onlar Şəhidlərdir. Ardını oxu »

Daşkəsəndə 20 Yanvar faciəsi ilə bağlı böyük ehtiramla anım mərasimi keçirildi

Daşkəsəndə ümumrayon anım tədbirində iştirak edənlərin hər biri şəhidlərə ehtiram əlaməti olaraq səsləndirilən qəmli musiqilərin sədaları altında Şəhidlər xiyabanına 24-cü ildir ki, üz tutmuşdular. Çox böyük ehtiramla keçirilən anım tədbirinə daşkəsənlilər ciddi hazırlıqla gəlmişdilər. Belə ki, Daşkəsən Rayon İcra Hakimiyyəti Başçısı cənab Əhəd Abıyevin sərəncamı əsasında tədbirlər planı hazırlanmış, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatlara paylanmışdır. Daşkəsən Rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının birgə təşkil etidyi ümumrayon tədbirində rayonun ümumtəhsil məktəblərində, mədəni-maarif müəssisələrində, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, idarə, müəssisə və təşkilatlarında 20 Yanvar faciəsi ilə bağlı toplantılar, dəyirmi masalar, müzakirələr və digər anım mərasimləri keçirilmişdir. Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 21
  • 16
  • 807
  • 2,681
ILK-10 Azeri Website Directory