Anım

UNUDULMAYANLAR

ŞƏHİDİN ANIM GÜNÜ\r\nTorpaqlarımızın erməni işğalından müdafiə savaşında ölümləri bahasına ŞƏHİD adı qazanmış həmyerlilərimiz xalqımızın bu gün və sabah yazılacaq qəhrəmanlıq salnaməsinə öz müqəddəs adlarını həkk etdirmişlər. Şəhid oğullarımızın doğum gününü qəlbən yad edib, onların ruhu qarşısında baş əyirik.\r\n1.Kərimiov Fəxrəddin Əli oğlu\r\n 1 yanvar 1957-ci ildə Havarlı kəndində anadan olub.\r\n 2. Atakişiyev Polad Şikar oğlu\r\n 1 yanvar 1972-ci ildə Qaraoğlan kəndində anadan olub.\r\n 3.Paşayev Fəxrəddin İslam oğlu\r\n 4 yanvar 1960-cı ildə Yevlax şəhərində anadan olub.\r\n 4.Xankişiyev Cahangir Rəsul oğlu\r\n 5 yanvar 1972-ci ildə Qaramanlı kəndində anadan olub.\r\n 5.Camalov Camal Ənvər oğlu\r\n Ardını oxu »

Azərbaycan qadınlarının IV qurultayının iştirakçıları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etmişlər

\r\n

Bakı, 14 iyun (AzərTAc).“İnkişaf naminə birlik” mövzusunda keçirilən Azərbaycan qadınlarının IV qurultayının iştirakçıları iyunun 14-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarıönünəəklil qoymuşlar.

\r\n

 Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılmış, məzarıüstünə gül çələngi qoyulmuşdur.

\r\n

 Sonra Şəhidlər xiyabanına gələn tədbir iştirakçılarıölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad etmiş, məzarlarıüzərinə tər çiçəklər düzmüş, “Əbədi məşəl” abidəsinin önünəəklil qoymuşlar.

\r\n

\r\n

Qanlı Yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ümumxalq ziyarəti Azərbaycan Prezidenti İlham Əliyev şəhidlərin əziz xatirəsini yad etmişdir

20.01.2013 [10:30]\r\n\r\nBakı, 20 yanvar (AzərTAc). Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumxalq Hüzn Günündə 20 Yanvar şəhidlərinin xatirəsini yad etmişdir.\r\nQanlı Yanvar hadisələrindən 23 il keçir. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilmişdir. Təpədən dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdir. Düz 23 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir..\r\n Ardını oxu »

Şəhidlərin xatirəsinə ehtiram

Bakı, 5 iyul (AzərTAc). Azərbaycan Respublikasında rəsmi səfərdə olan Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy iyulun 5-də Şəhidlər xiyabanını ziyarət etmişdir.\r\nBurada hörmətli qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.\r\nAvropa İttifaqı Şurasının prezidenti Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdi.\r\nHerman Van Rompuy “Əbədi məşəl” abidəsinin önünə əklil qoydu.\r\nMüdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Avropa İttifaqının himni və Azərbaycanın dövlət himni səsləndi.\r\nBakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə ətraflı məlumat verildi.

MART SOYQIRIMI… Tariximizin qanlı səhifəsi

1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə bolşevik Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı həyata keçirmişlər. Rəsmi mənbələrə əsasən soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür.

\r\n

 Azərbaycan prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixlı sərancamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.

\r\n

            1917-ci ildə Rusiyada baş vermiş oktyabr inqilabının nəticəsində yaranmış şəraitdən istifadə edən Stepan Şaumyanın başçılıq etdiyi bolşevik Bakı Soveti Bakıda hakimiyyəti ələ keçirmişdir. Etnik erməni olan, Qafqazda V.İ.  Leninin emissarı sayılan və Britaniya hökumətindən milyon qızıl rubl məbləğində ilkin yardım alan Stepan Şaumyan Bakıda azərbaycanlılara qarşı bolşeviklərlə erməni milliyyətçilərinin əməkdaşlığını təmin etmişdir. Ardını oxu »

Bəxtiyar Vahabzadənin vəfatından 3 il keçir

Şair 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir.\r\n\r\nBu gün Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin vəfatının 3-cü ildönümüdür. Azərbaycanın görkəmli şairi Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində anadan olub. 1947-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib və universitetin nəzdində aspiranturaya qəbul olunub. Bəxtiyar Vahabzadə 70-dən artıq şeir kitabının, 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifidir. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində onun «Vicdan», Ardını oxu »

7 Fevral- Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür

    “Canım atam və anam, məndən sarı darıxmayın, İnşallah, cənnətdə görüşəcəyik”.\r\n

     Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orada orta təhsilini başa vurub.\r\n\r\nHəmin il həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Ardını oxu »

20 Yanvar faciəsindən 22 il ötür

1990-cı ilin 20 yanvarı çağdaş tariximizə qürur və şərəf mübarizəsi tarixi kimi daxil olub.\r\nAzərbaycan xalqının qürur ünvanına çevrilmiş 20 Yanvar hadisələrindən 22 il ötür. Hadisənin başvermə səbəbləri ilə bağlı zaman-zaman müxtəlif fikirlərə, rəylərə rast gəlinsə də, bütün əks mövqelər bir nöqtədə kəsişir: bu tarixi gündə Azərbaycan xalqı əsrlər boyu qəlbində yaşatdığı milli azadlıq və istiqlal istəyindən geri çəkilməyəcəyini, bu müqəddəs amal uğrunda hətta canından belə, keçməyə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi.\r\n Ardını oxu »

Nəsir İmanquliyev-100

XATİRƏLƏRİMİN İŞIQLI İNSAN OBRAZI

\r\nBakı Dövlət Universitetinin jurnalistika fakültəsində oxuduğum illərin xatirələri xəyal dünyamın hər dəfə qonağı olanda, ovqatımı yüksəldən, mənə mənəvi güc verən guşəsində qərar tutub.  Anbaan xatırladığım o illərin müxtəlif məzmunlu hadisələri kimi, həyatımda izi və təsiri olan insanlarını da unutmamışam. Unuda da bilməzdim, buna mənəvi haqqım yoxdur. Sevərək arxasınca getdiyim jurnalistikanın bütün sirlərini gözlərim qarşısında açan, bundan başqa, fəaliyyətləri və şəxsiyyətləri ilə örnək olan insanların-mənim müəllimlərimin əməyinə borcluyam ki, «Qızıl qələm», H.B.Zərdabi, Natəvan mükafatlarının laureatıyam, ölkəmizin başçısı tərəfindən «Tərəqqi» medalına layiq görülmüşəm, respublikanın əməkdar jurnalistiyəm, jurnalist fəaliyyətimlə bağlı çoxlu sayda diplomların, fəxri fərmanların sahibiyəm. Bu mənada həyatım boyu borclu olacağım insanlardandır  anadan olmasının 100 illik yubileyi ölkə başçısının müvafiq Sərəncamı ilə böyük təntənələrlə  qeyd olunan Azərbaycanın ictimai-siyasi xadimi və publisisti, ustad redaktor və pedaqoq Nəsir İmanquliyev. Ardını oxu »

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 38
  • 19
  • 1,322
  • 4,279
ILK-10 Azeri Website Directory