Azərbaycan

Prezident İlham Əliyev avqust ayında 7 rayona səfər edib

Bu rayonların sosial-iqtisadi inkişafı ilə bağlı 10 sərəncam imzalanıb, Prezidentin Ehtiyat Fondundan 35,89 milyon manat vəsait ayrılıb

Bu gün Azərbaycan demokratik, dünyəvi dövlət olduğu kimi, həm də sosial dövlətdir. Ölkəmizdə sosial məsələ daim diqqət mərkəzində saxlanılır. Təkcə 2017-ci ilin dövlət büdcəsinin 40,3 faizinin məhz sosialyönümlü xərclər üçün nəzərdə tutulması bunun bir daha təsdiqidir.
Ardını oxu »

Sərhədçilər taktiki təlim zamanı yüksək peşəkarlıq nümayiş etdirdilər

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 sentyabr 2013-cü il  tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi Strategiyası”na əsasən Dövlət Sərhəd Xidməti dəniz sərhədlərinin etibarlı mühafizəsi, Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsində təhdidlərə qarşı effektiv mübarizə fəaliyyətinin təmin edilməsi və dənizdəki şəraitdən müfəssəl şəkildə xəbərdar olma, müasir texniki imkanlardan istifadə etməklə döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması istiqamətində zəruri tədbirləri həyata keçirməkdədir.

Ardını oxu »

Bakı parkları əsl istirahət yeridir

Yay aylarında məzuniyyət və istirahət günlərini səmərəli keçirmək üçün kimi ölkəmizin bölgələrində təbiətin qoynunda fəaliyyət göstərən istirahət yerlərinə, kimi sanatoriya və müalicəxanalara, hətta xarici ölkələrə, uzaq şəhərlərə gedirlər.

Bəs yayın bu qızmar günlərində Bakıda ailə qayğıları və ya işi ilə əlaqədar gedə bilməyənlər isti günləri yola vermək üçün nə edirlər? İşdən sonra istirahət saatlarını, şənbə və bazar günlərini necə keçirirlər? Onu da deyək ki, yay mövsümündə istər bölgələrdən, istərsə də qonşu xarici ölkələrdən Bakıya gələnlərin sayı Bakıdan gedənlərdən qat-qat çoxdur. Ardını oxu »

Valideyn diqqətsizliyi, uşaq ərköyünlüyü

Bu cür davranışlar sonda faciə ilə nəticələnir

Hansı səbəbdən baş verməsindən asılı olmayaraq, nəticə eynidir. Faciəli şəkildə uşaqlar dünyasını dəyişir və onlarla birlikdə valideynlərinin, digər doğmalarının da arzuları, ümidləri çiçək açmadan məhv olur. Övladlarının həlak olması ata-ana üçün hər zaman sağalmaz ürək yarası, qəlb ağrısıdır. Bir də bu faciənin öz səhlənkarlıqları ucbatından baş verdiyini düşünmək valideynləri ömürlük peşmançılıqla, özünüittihamla üz-üzə qoyur.

Ardını oxu »

Torpaq və insan

Cəlilabadlıları torpağa bağlayan nədir

Mən çox şadam ki, burada yerli rəhbərlik çox fəal işləyir.

İlham ƏLİYEV

İnsan ilk addımlarını torpağın üstündə atmaqla yeriməyi öyrənir, onun yetirdiyi nemətlərdən bəhrələnərək böyüyür, yaşa dolur. Kimliyindən, nəçiliyindən asılı olmayaraq, hər bir insan beləcə torpağa bağlanır. Alim, şair, yazıçı, rəssam, bəstəkar, müəllim, həkim və digər peşə sahibləri tanıyırıq ki, torpağı bir an da olsun unutmur. Şəhərdə yaşasa belə, imkan tapan kimi doğulduğu kəndə, elə-obaya baş çəkir, torpaqla nəfəs alır. Bu ona bir rahatlıq gətirir, xoş ovqat bəxş edir.
Ardını oxu »

Jurnalistlərin mənzil problemlərinin həlli böyük xeyirxahlıqdır

Nəinki media adamları, bütövlükdə cəmiyyət bu hadisəni böyük minnətdarlıqla qarşıladı

Jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı dövlət başçısı tərəfindən imzalanan müvafiq sərəncamlar media ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanır. Bu istiqamətdə ilk irimiqyaslı sərəncam 2010-cu ildə milli mətbuatımızın 135 illiyi ərəfəsində imzalandı. Ardını oxu »

Ən qiymətli hədiyyə

Bunu alan jurnalistlər dövlət başçısına hədsiz minnətdardırlar

İnsan yaşayışı üçün ən önəmli şərtlərdən biri mənzilinin olmasıdır. Çünki həyatını düzgün qurmaq, normal yaşamaq və işləmək üçün mənzilin böyük əhəmiyyəti var. Amma bu, bəzən müəyyən zümrələr üçün əlçatmaz görünür. Xüsusilə də çox əməkhaqqı və qonorar almayan jurnalistlərə.
Çoxumuz şəhərin mərkəzində yaraşıqlı binada işıqlı mənzilə sahib olmaq həsrətini yalnız xəyallarımızda yaşamış, bunun gerçəkləşməsinə ümid bəsləməmişik. Ardını oxu »

Yeni sosial-iqtisadi layihələr uğurlu nəticələr verir

“Prezident İlham Əliyevin tapşırıqlarına və tövsiyələrinə əsasən rayonumuzda sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyyəsinin azaldılması, sənaye sektorunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəyin göstərilməsi, məcburi köçkünləri narahat edən problemlərin həll edilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirilməsi fəaliyyətimizin əsas prioritetləridir”. Bu fikirləri Binəqədi rayonunda 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat iclasında rayon icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov söyləyib.

Ardını oxu »

Öndə komandirlər gedirdi

Ötən ilin aprel döyüşlərində Azərbaycan Ordusuna qələbə qazandıran bir amil də bu oldu

Bu gün Azərbaycanın Milli Ordusunun yaradılmasından nə az, nə çox, 99 il ötür. Hələ 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması erməni-bolşevik birləşmələrini çox ciddi şəkildə narahat edirdi və bu, onların azərbaycanlılara qarşı yönəldilmiş müdaxilələrində, törətdikləri təxribatlarda açıq-aşkar özünü göstərməyə başladı. Ardını oxu »

Cocuq Mərcanlı zəfər yürüşündə başlanğıc ünvanıdır

Hər bir xalq kimi azərbaycanlıların da keçmişində bizi xarakterizə edən, gücümüzü göstərən hadisələr olmuşdur. Bu hadisələrin bir qismi dastanlara həkk edilmiş, nağıllarımıza, rəvayətlərimizə köçürülmüşdür. Onları harada, hansı zamanda kim oxusa bizi xalq kimi təsəvvür edir, tanıyır.

Mərdliyimizin, bütövlüyümüzün genetik köklərini anlayır, qələbələrimizin nədən qaynaqlandığını, düşmənlərimizin nədən pərən-pərən düşüb məğlub olduqlarını başa düşür. Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 192
  • 150
  • 1,191
  • 3,247
ILK-10 Azeri Website Directory