Yaddaş

Bu gün bir çox əsgərimizi xilas edən Milli qəhrəmanın ad günüdür

İxtiyar Qasımov və Əsəd Əsədov 22 Mart tarixində dünyaya gəlib\r\n\r\nBu gün Azərbaycanın Milli qəhrəmanı İxtiyar Qasımovun doğum günüdür. İxtiyar Qasım oğlu Qasımov 1970-ci il martın 22-də Ağdam rayonunun Salahlı kəndində anadan olub. 1992-ci ilin yanvarında könüllü olaraq cəbhəyə gedib, döyüşə kəşfiyyatçı kimi başlayıb. Onun rəhbərliyi altında Dağlıq Qarabağın Qazançı kəndində düşmənin 3 PDM-i, 1 PZM-i və onlarla canlı qüvvəsi məhv edilir. 1992-ci il mayın 15-də Ağdamın Abdal-Gülablı kəndinin müdafiəsində xüsusi fərqlənir. 1992-ci il iyulun 14-də Dağlıq Qarabağın Canyataq kəndinin müdafiəsi zamanı axıra qədər vuruşur, təkbaşına düşmənin qarşısını saxlayır və qəhrəmanlıqla həlak olur. O, bu hərəkəti ilə onlarla yaralı əsgərimizin həyatını xilas edir. Salahlı kənd qəbirstanlığında dəfn edilib. Salahlı kənd orta məktəbi onun adını daşıyır. Ardını oxu »

Ermənilərin törətdiyi 19 mart hadisəsindən 19 il ötür

Baş vermiş partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb\r\n\r\n1994 – cü il martın 19-da Erməni xüsusi xidmət orqanlarının təşkilatçılığı ilə Bakı metropoliteninin “20 Yanvar” stansiyasında terror aktı törədilib. Partlayış nəticəsində 14 nəfər həlak olub, 49 nəfər yaralanıb. Terror aktının Ermənistan xüsusi xidmət orqanlarında təlimlər keçmiş separatçı “Sadval” ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirildiyi müəyyən edilib, qrupun üzvləri cinayət məsuliyyətinə cəlb edilib. Şirəli Məmmədov

Xocalı soyqırımının ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı təsdiq edildi

Fevralın 25-də təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “Xocalı soyqırımının iyirmi birinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib. Trend-in məlumatına görə, tədbirlər planında Xətai rayonunda, Naftalan şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında bu dəhşətli hadisə ilə bağlı mətbuat konfranslarının, anma mərasimlərinin və s. keçirilməsi, xarici KİV və teleradio kanallarında Xocalı soyqırımına həsr olunmuş materialların yayılması nəzərdə tutulub. Sənədə əsasən, idarə və təşkilatlarda, teatr-konsert müəssisələrində, sərgi salonlarında, ali və orta təhsil ocaqlarında xatirə gecələri, foto-rəsm sərgiləri, şahidlərlə görüşlər və s. keçiriləcək, milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş sənədli və bədii filmlər nümayiş etdiriləcək. Rəsmi dövlət strukturları rəhbərlərinin, Milli Məclisin deputatlarının və ziyalıların iştirakı ilə xocalılıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Naftalan, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) şəhid ailələrinə yardım göstəriləcək. İldönümü ərəfəsində internet şəbəkəsinə Xocalı soyqırımını əks etdirən məlumatlar daxil ediləcək, ölkə mətbuatında, televiziya və radiolarında, kütləvi informasiya vasitələrində bu soyqırımı ilə bağlı materiallar veriləcək. Fevralın 25-də təhsil müəssisələrində ilk dərslər bu faciəyə həsr olunacaq, ayın 26-da saat 17.00-da bütün ölkə ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Kəlbəcərin işğalından 19 il ötür

İşğal nəticəsində 53 340 nəfər qovulub, 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb

\r\n

Kəlbəcər rayonunun işğalından 19 il ötür. Kəlbəcər 1993-cü il aprel ayının 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Dağlıq Qarabağ ərazisindən kənarda yerləşən, 1936 kv.km ərazisi, 58 min nəfər əhalisi olan Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalı nəticəsində dinc əhaliyə vəhşicəsinə divan tutulub, yerli əhali min illər boyu yaşadığı ata-baba torpağından qovularaq didərgin salınıb.

\r\n

Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.

\r\nKəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olmaqdadır. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb. Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 18
  • 13
  • 804
  • 2,678
ILK-10 Azeri Website Directory