Elm

Gəncənin gənc alimləri Azərbaycan Gənc Alimlərinin Birinci Qurultayında iştirak edib

Bakı şəhərində keçirilmiş Azərbaycan Gənc Alimlərinin Birinci Qurultayında şəhərimiz də təmsil olunub.

Fərəhli haldır ki, Gəncə şəhərini bu mötəbər tədbirdə Partiyamızın fəal üzvləri layiqincə təmsil etmişlər.

Ardını oxu »

Azərbaycanın gənc alimlərinin I qurultayı keçirilib

Gənc alimlərimiz dövlətin diqqət və qayğısına cavab olaraq Azərbaycanın inkişafına yeni töhfələr vermək əzmindədirlər.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA), Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın gənc alimlərinin birinci qurultayı keçirilib.

Ardını oxu »

Türkiyə Silahlı Qüvvələrinin Gəncəli polkovnikindən bəhs edən məqalə hazırlanıb

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının təlim iştirakçısı tərəfindən “Azərbaycan Vikipediyası”nda polkovnik Məmməd Ağpolada həsr edilən məqalə hazırlanıb. 

Mərkəzi Elmi Kitabxana-dan bildirilib ki, məqalə tanınmış müstəqil tədqiqatçı Orxan Cəbrayılın araşdırması əsasında hazırlanıb. 

Ardını oxu »

Akademik Nadir Seyidov dünyasını dəyişib

\r\n\r\n

Dünya şöhrətli Azərbaycan alimi, yüksək molekulyar birləşmələr və neft kimyası məktəbinin korifeylərindən biri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü akademik Nadir Miribrahim oğlu Seyidov oktyabrın 5-də, həyatının 84-cü ilində dünyasını dəyişib.\r\n\r\nNadir Seyidov 1932-ci il aprelin 28-də Naxçıvanda anadan olub. Bakı Dövlət Universitetinin kimya fakültəsini bitirəndən sonra namizədlik, daha sonra doktorluq dissertasiyası müdafiə edib, ölkədə ən gənc elmlər doktorlarından biri olub. 1989-cu ildə Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 2001-ci ildə isə həqiqi üzvü seçilib.\r\n\r\nNadir Seyidov 367 elmi işin müəllifidir. Bu işlərdən 131-i xaricdə nəşr edilib. Akademik 98 patent və müəlliflik şəhadətnaməsi alıb. Ardını oxu »

Ağamusa Ağası oğlu Axundov

\r\n\r\n

Azərbaycan elminə ağır itki üz vermişdir. Görkəmli dilçi alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Dövlət Mükafatı laureatı, əməkdar elm xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, filologiya elmləri doktoru, professor Ağamusa Ağası oğlu Axundov 2015-ci il sentyabrın 5-də ömrünün 84-cü ilində vəfat etmişdir.\r\n\r\nAğamusa Axundov 1932-ci il fevral ayının 2-də Kürdəmir şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1950–1955-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almış, 1955–1958-ci illərdə isə universitetin aspiranturasında oxumuşdur.\r\n\r\n Ardını oxu »

Siyavuş Fərhad oğlu Qarayev

5\r\n\r\n \r\n\r\nAzərbaycanın təhsil və elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Fərhad oğlu Qarayev 2015-ci il yanvarın 2-də ömrünün 73-cü ilində vəfat etmişdir.\r\nSiyavuş Qarayev 1942-ci il aprelin 30-da Samux rayonunun Qarağaclı kəndində anadan olmuşdur. Gəncə şəhərindəki 24 saylı orta məktəbi bitirdikdən sonra o, 1959–1964-cü illərdə Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) kimya ixtisası üzrə ali təhsil almışdır. Ardını oxu »

AMEA Aqrar Elmlər Bölməsinin 2012-ci ilin yekunlarına dair hesabatı dinlənilmişdir

 

\r\n

Bakı, 25 yanvar (AzərTAc). Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətində akademiyanın Aqrar Elmlər Bölməsinin (AEB) 2012-ci il üçün hesabatına həsr olunmuş növbəti iclası keçirilmişdir.

\r\n

 AzərTAc xəbər verir ki, tədbirdə AEB-in akademik-katibi, akademik Qərib Məmmədov bölmənin ötən ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabat məruzəsi iləçıxış etmişdir.

Ağcabədi rayonunun Qiyamadınlı kəndində yeni məktəb binası istifadəyə verilmişdir

Ağcabədi, 29 noyabr (AzərTAc). Ağcabədi rayonunun Qiyamadınlı kəndində yeni inşa olunmuş 260 yerlik tam orta məktəb binası istifadəyə verilmişdir.

\r\n

AzərTAc xəbər verir ki, bu münasibətlə rayon ictimaiyyətinin, təhsil işçilərinin, valideynlərin, kənd sakinlərinin iştirakı ilə açılış mərasimi keçirilmişdir. Mərasimdə Milli Məclisin deputatı Tahir Rzayev və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov təhsil müəssisəsinin istifadəyə verilməsi münasibətilə iştirakçıları təbrik etmiş, ölkədə təhsilə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilin inkişafı sahəsində xidmətlərindən danışmışlar. Ardını oxu »

Bakıda “Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar” mövzusunda Beynəlxalq elmi konfrans davam edir

Bakı, 27 noyabr (AzərTAc). Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) Təhsil Nazirliyi və Ukrayna Milli Pedaqoji Elmlər Akademiyası (UMPEA) ilə birgə keçirilən “Müəllim hazırlığının müasir problemləri: təhsildə elmi və texnoloji innovasiyalar” mövzusunda ikinci Beynəlxalq elmi konfrans noyabrın 27-də işini bölmə iclaslarında davam etdirmişdir.

\r\n

AzərTAc xəbər verir ki, bölmə iclaslarında Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Moldova, Ukrayna, Pakistan, Gürcüstan, Hindistan, İspaniya, İsveçrə, Belarus və digər ölkələrin tanınmış elm adamlarının və mütəxəssislərin məruzələri dinlənilmişdir.

\r\n

Konfrans çərçivəsində UMPEA-nın Təhsilin Menecmenti Universitetinin rektoru, akademik V.Oleynikin rəhbərliyi ilə “Ukraynada diplomsonrası pedaqoji təhsilin modernləşdirilməsi” mövzusunda “dəyirmi masa” keçirilmişdir. Tədbirdə hər iki ölkənin tanınmış mütəxəssisləri iştirak etmişlər.

\r\n

Konfrans noyabrın 28-də başa çatacaqdır.

Azərbaycan-İsveçrə təhsil əlaqələrinin inkişaf perspektivləri müzakirə olunmuşdur

Bakı, 27 noyabr (AzərTAc). İsveçrənin Azərbaycandakı səfiri xanım Sabine Ulmann Şaban Təhsil Nazirliyində olmuşdur.

\r\n

Nazirlikdən AzərTAc-a bildirmişlər ki, görüşdə yaxın günlərdə rəhbərlik etdiyi nümayəndə heyətinin İsveçrəyə gözlənilən səfəri barədə məlumat verən nazir Misir Mərdanov ölkələrimiz arasında inkişaf edən əlaqələrdə təhsil sahəsinin mühüm yer tutduğunu diqqətə çatdırmışdır. İsveçrədə təhsilin bütün pillələri üzrə müasir yeniliklərin uğurla tətbiq olunduğunu vurğulayan M.Mərdanov bu təcrübə ilə tanışlığın əhəmiyyətli olacağına əminliyini ifadə etmişdir. Prezident İlham Əliyevin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 40 nəfər azərbaycanlı gəncin İsveçrə universitetlərinə göndərildiyini söyləyən təhsil naziri onların sayının artırılmasının mümkünlüyünü bildirmişdir. Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 194
  • 151
  • 1,087
  • 3,449
ILK-10 Azeri Website Directory