Hərbi

Cəbhədə vəziyyət GƏRGİN olaraq qalır

 Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan da (1 mərmi) istifadə etməklə sutka ərzində atəşkəs rejimini 138 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Şavarşavan, Voskevan kəndlərində və adsız yüksəkliklərdə, İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli, Fərəhli, Quşçu Ayrım, Bala Cəfərli kəndlərində və adsız yüksəkliklərdə,

Ardını oxu »

Tarix yazan gənclik ruhu

Tarix yazan gənclik ruhu<b style="color:red"></b>

Cəbhədə 4 gün davam edən və “Aprel döyüşləri” adını almış hadisələr 2016-cı ildə Azərbaycan xalqının ordumuza qarşı olan fikirlərində böyük bir ruh yüksəkliyi yaratdı.
Hadisələrdən bir il keçməsinə baxmayaraq, bu hadisələr Azərbaycanın hərbi-siyasi dövlətçiliyini, gələcək milli müstəqilliyini müəyyənləşdirəcək tarix oldu. Ardını oxu »

Cəbhə xəttində gərginlik davam edir

Cəbhə xəttində gərginlik davam edir<b style="color:red"></b>Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 35 dəfə pozub.
525.az-ın Müdafiə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Azatamut, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı, Cəfərli, Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Ardını oxu »

İndi zaman işğalçı ölkənin əleyhinə işləyir

“PREZİDENT CƏBHƏYƏ MÜLKİ GEYİMDƏ GETMƏKLƏ ERMƏNİSTANDAN FƏRQLİ OLARAQ AZƏRBAYCANDA HƏRBİ VƏZİYYƏTİN OLMADIĞINI GÖSTƏRDİ”

\r\nİndi zaman işğalçı ölkənin əleyhinə işləyir<b style="color:red"></b>\r\n\r\nMəlum olduğu kimi, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yaşanan son gərginlikdən sonra Prezident İlham Əliyev Ağdam, Tərtər və Bərdə rayonlarına səfər edib.\r\n\r\nMayın 1-də cəbhə bölgəsinə gedən Ali Baş Komandan “N” saylı hərbi hissədə olub, erməni hərbi birləşmələrinin dinc əhalini hədəfə alması nəticəsində dağılan evlərə baş çəkib, xəstəxanada hadisə nəticəsində yaralanan mülki şəxslərin səhhəti ilə maraqlanıb, yerli əhali ilə görüşüb, onların qayğılarının həll olunması istiqamətində icra strukturlarına öz tapşırıqlarını verib. Ardını oxu »

Hərbçilərimiz Türkiyəyə gedir

11Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.\r\n\r\nMüdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 13-dən 17-dək Marmaris şəhərində (Türkiyə) dəniz təhlükəsizliyi və piratlığa qarşı mübarizə kursu, aprelin 13-dən 24-dək İzmir şəhərində (Türkiyə) hava sahəsinə nəzarət və idarəetmə kursu baş tutacaq.\r\nAprelin 13-dən 27-dək isə İstanbul şəhərində (Türkiyə) Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Türkiyə Quru Qoşunları Akademiyası arasında müəllim mübadiləsi keçiriləcək.\r\nTədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.\r\n\r\nMənbə\r\n ANS PRESS

Zakir Həsənov: “Düşmən vahimə içindədir” (FOTO)

1Cəbhə bölgəsində yerləşən hərbi hissələrə döyüş bayraqları təqdim olunub\r\n\r\nCəbhə bölgəsində yerləşən hərbi hissələrə döyüş bayraqları təqdim olunub.\r\nMüdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsində yerləşən hərbi hissədə olub.\r\nƏvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hərbi hissənin ərazisində ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub və xatirəsi ehtiramla yad edilib. Ardını oxu »

Cəbhədə güclü atışma

1\r\n\r\n \r\n\r\nOrdumuz iriçaplı pulemyot və minaatandan atəşə tutulub\r\n\r\nCəbhə xəttində atəşkəs rejimi yenidən pozulub.\r\nMüdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlar, minaatan və qumbaraatanlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 75 dəfə pozub. Ardını oxu »

Ay Laçın, can Laçın (VİDEO)

Ay Laçın can Laçın 1 18.05.2014Olmadıq qurban Laçın!\r\n Hər il may ayının 18-də Laçın rayonu, Azərbaycanın Başıpozuq silahlılarının pinti sürətdə geri çəkilməsi, mülki əhalinin öz yerini boşaltması və Çingizin tarıma çəkilmiş əsəb telləri üstündə təhvil olur. Laçın idik, qaranquşlaşdıq.\r\nMayın 18-də Erməni Silahlı Qüvvələri 11 minlik ordu ilə Şuşanın Turşsu kəndi və Ermənistanın Gorus rayonu ərazisindən Laçına hücuma keçdiyi bir vaxtda bizim əsgərlər hələ də əsgər marşı oxuyurlar. Əslində onlara bu marşı oxutduran rəhmətlik Çingizdir. Xeyr, onun niyyəti sadəcə çəkiliş aparmaq deyil, əsgərlərdə döyüş ruhunu oyatmaqdır. Amma nə mənası var? Qaçan qaçıb, satan satıb, geriyə qalan bu uşaqlardır. Ardını oxu »

Ermənistandakı Rusiya hərbi bazasında təlimlərə start verildi

Артиллерийские стрельбы береговых войск Балтийского флотаDöyüş hazırlığı üzrə təlim xarakterli yarışlarda 400-dən çox hərbçi və 100-ə yaxın zirehli texnikadan istifadə edilir\r\nErmənistanda yerləşən Rusiya hərbi bazasının “Alagöz” adlı yüksək dağ təlim tədris mərkəzində artilleriya batareyalarının komandirlərinin döyüş hazırlığı üzrə təlim xarakterli yarışlar keçirilir.\r\nANS PRESS-in məlumatına görə, yarışlarda artilleriya bölmələrinin 400-dən çox hərbçisi iştirak edir, təlimlərdə 100-ə yaxın zirehli texnika və xüsusi hərbi texnikalardan istifadə edilir. Ardını oxu »

HƏRBÇİLƏRİN ÜRƏYİNCƏ OLDU

hərbiçilərin ürəyincə oldu 09.04.2014Novruz rayihəli günlərdə şəhərimizin rəsmiləri hərbçilərin görüşünə bayram sovqatları, mədəniyyət nümayəndələri ilə birgə gəlmişdilər.\r\nDövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin ərazisi bayramsayağı bəzədilmişdi. Yurdumuzun, elin-obanın ən ləzzətli təamları düzülmüşdü süfrələrə. Novruzun sevimli şirniyyatları — şəkərbura və paxlavalar, qoğallar, yamyaşıl səmənilər gözləri oxşayır, qəlbləri açırdı.\r\nBayram tədbirində əsgərlər önündə hərbi hissənin komandiri, polkovnik-leytenant Ramin Bağırov, ŞİH Başçısının birinci müavini Qənimət Qaraşov, Qarabağ qarnizonunun hərbi prokuroru, ədliyyə polkovniki Namiq Muradov, «Kür» qəzetinin baş redaktoru, respublikanın əməkdar jurnalisti Əminə Yusifqızı çıxış etdilər. Hərbçiləri xalqımızın ən əziz bayramı münasibəti ilə təbrik edərək, vurğuladılar ki, güclü Azərbaycan dövləti öz qüdrətli ordusu ilə fəxr edir. Dövlət müstəqilliyini və suverenliyini təsdiq edən amillərdən ən başlıcası sayılan ordu xalqımızın sakit, dinc həyatının keşiyində mətanətlə durur. Və müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun yaradılması prioritetdir. Bu gün sizin üçün, hərbi qulluqçuların xidməti vəzifələrini yerinə yetirmələri naminə burada hər cür şərait yaradılmışdır, hər tərəfdən abadlıq, səliqə, gözəllik və təravət insanı əhatə edir. Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 21
  • 16
  • 807
  • 2,681
ILK-10 Azeri Website Directory