Həyat tərzi

Azərbaycan yay vaxtına keçir

Azərbaycan yay vaxtına keçir 17.03.2014\r\n\r\n \r\n\r\nYay vaxtına keçid mart ayının son bazar günü, yəni martın 30-da saat 4.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək\r\nNazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq, 2014-cü ildə Azərbaycan ərazisində yay vaxtına keçid mart ayının son bazar günü, yəni martın 30-da saat 4.00-da əqrəblərin bir saat irəli çəkilməsi ilə həyata keçiriləcək.\r\nBu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Ardını oxu »

Bürclər (13 oktyabr)

Bürclər 13.10.2013QOÇ – İxtiyarınızda olan bu gün sizin üçün çox sakit keçəcək. Amma kiməsə borc vermək uğurlu deyil. Hüquqi sənədlərinizi qaydasına salın. Valideynlərinizə, yaşlı qohumlarınıza diqqəti artırın.\r\nBUĞA – Saat 11-ə qədərki vaxtı nəzərə almasaq, bu təqvimin bəhrəsini hər addımda görəcəksiniz. Vəzifəli şəxslərlə ünsiyyəti dərinləşdirin. Əmin olun ki, müzakirələrdən asılı olaraq həyatınız dəyişəcək.\r\nƏKİZLƏR – Günboyu qazanc əldə etmək üçün yaxşı imkanlarınız olacaq. Vaxtın darlığını nəzərə alıb yarımçıq işlərinizi tezliklə yekunlaşdırmağa çalışın. Əks təqdirdə qarşıdakı həftəni problemli keçirəcəksiniz. Ardını oxu »

Azərbaycanda sürücülər üçün radio açıldı

Azərbaycanda sürücülər 10.09.2013“Auto FM” əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandıracaq\r\nAzərbaycanda yeni radio fəaliyyətə başladı. Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) 107.7 tezliyində “Auto FM” radiosu sentyabrın 9-dan etibarən texniki yayıma başlayıb. NİİM-nin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, əsas yayıma isə oktyabr ayında start veriləcək.\r\n”Auto FM” əhalini yollardakı vəziyyət barədə operativ şəkildə məlumatlandırmaq, Ardını oxu »

Planetin ən yaşlı sakini 123 yaşını qeyd edib (FOTO)

Planetin ən yaşlı sakini 1 17.08.2013O, Boliviyadadır\r\nPlanetin ən yaşlı insanının bir ay əvvəl 123 yaşı tamam olub. ANS PRESS-in ria.ru-ya istinadən verdiyi məlumata görə, onun adı Karmelo Flores Lauradır və o, Boliviyada yaşayır. Karmelo Flores Laura Titikaka gölü yaxınlığında küləş damlı qazmada yaşayır. O, ispanca danışmır, gözlük taxmır, əsasız gəzir və həmişə də kokain yarpağı çeynəyir.\r\nSənədlərə görə Karmelo Flores Laura həqiqətən də 16 iyul 1890-cı ildə anadan olub. Ancaq o, yaşının 100-ə yaxın olduğunu deyir. Ardını oxu »

Bakıda atəşfəşanlıq olacaq

Respublika Günü münasibətilə konsert olacaq\r\n\r\nSabah Milli parkda konsert və atəşfəşanlıq olacaq. Bu barədə məlumatı ANS PRESS-ə Milli Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov verib. Onun sözlərinə görə, tədbir Respublika Gününün 95 illiyinə həsr olunub. Bakı şəhər İcra hakimiyyətinin təşkil etdiyi konsert saat 21:00-da başlayacaq.\r\n\r\nİncəsənət ustalarının iştirakı ilə konsert Saat qülləsinin yanında olacaq. Artıq adıçəkilən ərazidə səhnə qurulub.\r\n

Kəmalə Məmmədova

Azərbaycanda möhtəşəm musiqi sarayı tikiləcək (FOTO)

Sarayda müxtəlif musiqi tədbirlərini keçirmək mümkün olacaq Gəncə şəhərində möhtəşəm musiqi sarayı – filarmoniyanın tikintisi planlaşdırılır. Lent.az-ın məlumatına görə, bir müddət əvvəl Gəncə şəhərindəki köhnə filarmoniya binası sökülüb. Şəhərdə daha böyük və möhtəşəm musiqi kompleksinin tikintisi nəzərdə tutulub. Burada müxtəlif musiqi tədbirlərini keçirmək mümkün olacaq. Kompleksdə həm də musiqi məktəbinin, dərnəklərin fəaliyyət göstərməsi, musiqi alətləri emalatxanasının və s. olması da planlaşdırılır. Ardını oxu »

Azərbaycanda yaşı 100-dən yuxarı olan 838 nəfər yaşayır

\r\n

\r\n

\r\n

Onların əksəriyyəti qadınlardır

\r\n

Hal-hazırda Azərbaycanda yaşı 100-dən yuxarı olan 838 nəfər vətəndaş yaşayır. APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, yaşı 100-dən çox olanların böyük əksəriyyəti – 838 nəfərdən 814-ü qadın, 24 nəfəri isə kişidir.\r\n\r\nBakıda isə yaşı 100-dən yuxarı olanların sayı 56 nəfərdir. Paytaxtda yaşı yüzü keçənlərin arasında kişilər yoxdur. Abşeron iqtisadi rayonunda isə 5 nəfər yaşı 100-dən çox olan insan (hamısı qadın) yaşayır. Ardını oxu »

Google şirkəti: YouTube bağlanır!

Şirkət istifadəçiləri sevdikləri videolara tez bir zamanda baxmağa çağırıb\r\n\r\nGoogle şirkəti istifadəçiləri ilə zarafat edib və onlara YouTube portalının 2023-cü ilədək bağlanması ilə bağlı xəbərdarlıq ünvanlayıb.\r\n\r\n“Aprelin 2-də gecə yarısı YouTube portalı fəaliyyətini dayandıracaq. Bu, mütəxəssislərin növbəti 10 il ərzində bütün zamanlarda yerləşdirilmiş ən yaxşı videonun müəllifini müəyyənləşdirməsi üçün elilir”, – şirkətdən bildirilib.\r\n\r\nBundan başqa, Googde istifadəçiləri sevdikləri videolara tez bir zamanda baxmağa çağırıb. Çünki, bütün videolar silinəcək.\r\n\r\nSonda məlum olub ki, şirkət istifadəçiləri ilə 1 aprel zarafatı edibmiş.\r\n\r\nQeyd edək ki, hazırda YouTube-nin auditoriyası 1 milyard nəfərdir.\r\n

Mahir Məmmədli

Azərbaycan yay vaxtına keçdi

Martın 31-də saat 04:00-da Azərbaycan ərazisində saatların əqrəbi 1 saat irəli çəkilməklə qış vaxtı ləğv edilib\r\n\r\nBu gecə Azərbaycan yay vaxtına keçib. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, martın 31-də saat 04:00-da Azərbaycan ərazisində saatların əqrəbi 1 saat irəli çəkilməklə qış vaxtı ləğv edilib.\r\n\r\nQeyd edək ki, Nazirlər Kabinetinin “Azərbaycan ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il qərarına əsasən hər il mart ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.\r\n\r\nAzad Əliyev

Saatları çəkməyi unutmayın

Gecə saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir\r\n\r\nMart ayının 31-i Azərbaycan Respublikasında yay vaxtına keçiləcək. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il Qərarına əsasən hər il mart ayının son bazar günü saat 04.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir. Hər il oktyabr ayının son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.\r\n\r\nDövlət Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 31 mart 2013-ci il tarixində saat 4.00-da Azərbaycan Respublikası ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək.\r\n

Kəmalə Məmmədova

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 167
  • 28
  • 953
  • 2,827
ILK-10 Azeri Website Directory