Həyat tərzi

İlk dəfə məhkəməyə hicablı vəkil çıxdı

Türkiyə vəkillər kollegiyası nizamnaməsinin 20-ci maddəsində göstərilən “başı açıq olmalıdır” bəndi ləğv edilib\r\n

\r\n

Dövlət şurasının (Danıştay) qəbul etdiyi qərardan sonra Türkiyədəötən gün ilk dəfə hicablı vəkil məhkəmə prosesində iştirak etdi. Məlumata görə, İstanbul Kadıköy məhkəməsində başlayan “təhqirlə” bağlı prosesdə hicablı vəkil Şölə Dağlışikayətçi tərəfin vəkili kimi iştirak edib.

\r\n

 Prosesin hakimi isə protokola, “Şikayətçinin vəkili məhkəmədə hicabla iştirak edir” – yazdırıb. Buna səbəb kimi hakim, vəkillər kollegiyasının nizamaməsində bu barədə olan maddənin dəyişikliyindən xəbərdar olmamasını göstərib.

\r\n

 Qeyd edək ki, Dövlət şurası Türkiyə vəkillər kollegiyası nizamnaməsinin 20-ci maddəsində göstərilən “başı açıq olmalıdır” bəndini ləğv edib.                                           

\r\n

Şirəli Məmmədov

Çinli qız eyni vaxtda iki əllə yazır (VİDEO)

Qeyri-adi qabiliyyətin sahibi eyni anda həm çincə, həm də ingiliscə yaza bilir

\r\n

Çinin Handan vilayətindən olan Çen Sixuan unikal istedada malikdir. O eyni vaxt iki əli ilə ayrı-ayrı yazılar yaza bilir. Gənc yetənək Leoardo Davinçi olmasa da, Çin dilində sağ və sol əli ilə şerlər yazır, üstəlik mətnləri fərqli istiqamətdə də yaza bilir. Bundan başqa 24 yaşlı Sixuan eyni vaxtda 2 müxtəlif dildə də qələm oynada bilir. Özünün dediyinə görə, bu bacarığı hələ orta məktəbdə oxuyarkan formalaşdırıb. Belə ki, həmin dönəmlərdə, İngilis dili müəllimi onu ev tapşırıqları ilə əməlli başlı yükləyirdi. “ İngilis dilində əlifba hərflərində istifadə olunursa, Çin dili piktoqrafikdir və çox sayda mürəkkəb ştrixlərdən ibarətdir. Ona görə də eyni vaxtda həm ingilis həm də çin dilində yazmaq, hər iki əllə yalnız ingilis dilində yazmaqdan çətindir” deyə Sixuan etiraf edib.

\r\n

  

\r\n

Şirəli Məmmədov

\r\nhttp://youtu.be/ELLOai4aE34

Azərbaycan qış vaxtına keçdi

Saatların əqrəbi 1 saat geri çəkildi 

\r\n

Azərbaycan qış vaxtına keçdi. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, bu gün saat 05:00-da respublika ərazisində saatların əqrəbi 1 saat geri çəkilməklə yay vaxtı ləğv edildi.

\r\n

1981-ci ildən dünyanın 76 ölkəsində yay vaxtından istifadə edilir, hər il saatlar irəli çəkilir. Yay vaxtının müasir sistemini 1895-ci ildə Yeni Zelandiya entomoloqu C.V.Hadson təklif edib. İngiltərədə ilk dəfə isə saatlar 1908-ci ildə çəkilib. Azərbaycanın daxil olduğu Rusiya İmperiyasında isə ilk dəfə “yay vaxtına” keçid 1917-ci il iyulun 1-də Müvəqqəti Hökumət tərəfindən tətbiq edilib. Həmin il dekabrın 27-də isə yenidən qış vaxtına dönülüb. Ardını oxu »

Ölkə ərazisində isti hava şəraiti davam edəcək

Sabah Bakıda gündüz havanın temperaturu 31 dərəcə təşkil edəcək

\r\n

Yaxın 2 gündə ölkə ərazisində nisbətən isti hava şəraitinin davam edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam Böyük Qafqazın bəzi dağlıq ərazilərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur rejimində mühüm dəyişiklik gözlənilmir. Bu barədə ANS PRESS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

\r\n

Bakıda və Abşeron yarımadasında sentyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 17-21, gündüz 27-31 dərəcə isti olacaq. Ardını oxu »

Azərbaycanda televiziya diktorlarının sertifikasiyaya cəlb olunacağı gözlənilir

Bu barədə Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramının işçi qrupundan məlumat verilib 

\r\n

Azərbaycanda televiziya diktorları və aparıcılarının dövlət dili üzrə sertifikasiyaya cəlb olunacağı gözlənilir. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan dilinin inkişafına dair Dövlət Proqramının işçi qrupundan məlumat verilib.

\r\n

 İşçi qrupunun rəhbəri Kamal Abdulla tərəfindən irəli sürülən təklif Dövlət Proqramının icrasına dair tədbirlər planının ilkin variantına salınıb.

\r\n

 Təklifə əsasən, televiziya aparıcıları Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunda təşkil olunacaq xüsusi kurslara cəlb ediləcəklər. Kursu bitirənlər müvafiq sertifikatla təmin olunacaqlar. Kursların mütəmadi olaraq ildə bir dəfə keçirilməsi nəzərdə tutulub. Ardını oxu »

Şuşanı azad edək

Əsas hədəfi Şuşa şəhərini işğalçılardan azad etməkdən ibarət olan “İşğal altında” kompüter oyunu döyüş janrında hazırlanıb 

\r\n

Sabah Azərbaycan Silahlı Qüvvələrinin yaranması gününə həsr olunmuşİşğal altında” kompüter oyununun təqdimat mərasimi keçiriləcək. Bu barədə məlumat ANS PRESS-ə Gənclər vəİdman Nazirliyinin mətbuat xidmətindən verilib.

\r\n

 Əsas hədəfi Şuşa şəhərini işğalçılardan azad etməkdən ibarət olan “İşğal altında” kompüter oyunu döyüş janrında hazırlanaraq, Qarabağ müharibəsini əks etdirir. Oyunun qrafikası Qarabağın, həmçinin Şuşa şəhərinin görüntüləri üzərində qurulub. Ardını oxu »

Bakıda atəşfəşanlıq oldu (FOTO)

Dənizkənarı Milli Parkda bayram konserti keçirilib\r\n\r\nBakı Şəhər İcra Hakimiyyəti Azərbaycanın müstəqillik tarixinə şanlı səhifə kimi yazılmış Milli Qurtuluş Günü münasibətilə Dənizkənarı Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq təşkil edib.\r\n\r\nBir neçə saat davam edən konsertdə paytaxtın minlərlə sakini və qonaqları respublikamızın tanınmış incəsənət ustalarının çıxışlarını dinləyiblər. Konsertdən sonra bayram atəşfəşanlığı olub.\r\n\r\n Ardını oxu »

97 yaşlı qadın məktəbi bitirdi

Amerikalı qadın nəvəsi ilə eyni vaxtda məzun olub\r\n\r\nAmerikanın ən yaşlı məzununun yaşı bir əsrə yaxındır. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, 97 yaşlı Enn Kolacovanni XX əsrin əvvəllərində yaşanan Böyük İqtisadi Böhran zamanı məktəbi atıb və atasının ət mağazasında işləməyə başlayıb.\r\n\r\nBundan 80 ildən artıq vaxt keçəndən sonra qadın öz diplomunu almaq qərarına gəlib. Nəhayət 97-yaşlı Enn nənə orta məktəbi bitirməsi haqqında sənədinə qovuşa bilib. Ondan bir gün sonra isə qadının nəvəsi eyni məktəbdən məzun olub.\r\n\r\n \r\n

Kəmalə Məmmədova

İslamda hansı hallarda boşanmağa icazə verilir? (ARAŞDIRMA)

ANS PRESS ailələrin dağılma səbəblərini müəyyənləşdirməyə çalışdı\r\n\r\n5 ildir ailəli olan Kamilə və Vüqarın ailəsi xəyanət nəticəsində dağılıb. Kamilə ilə Vüqarın ayrılığını eşidən hər kəs əvvəlcə bu işdə kişinin günahkar olduğunu düşünmüşdü. Amma bu nümunədə vəziyyət fərqli idi. Misal çəkdiyimiz ailənin dağılmasına səbəbkar qadın olub. Kamilə 5 illik həyat yoldaşı, 2 övladının atasını başqa birinə dəyişib. Məhkəmə qərarı ilə övladlar atanın himayəsinə verilir, uşaqlar ancaq həftəsonları analarını görmək imkanına malik olurlar. Kamilənin yaxınları onun çox peşman olduğunu deyirlər, amma artıq çox gec idi.\r\n Ardını oxu »

Bu gündən Bakının mərkəzi küçələri bağlanır (SİYAHI)

Nəqliyyatın hərəkəti üçün məhdudiyyətlər mayın 28-dək davam edəcək\r\n\r\nBu gündən “Eurovision-2012”mahnı müsabiqəsi ilə əlaqədar Bakının əsas mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Respublika Baş Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, mayın 28-dək avtomobillər Bakı-Salyan yolunun 14-cü kilometrliyindən Bayıl istiqamətinə buraxılmayacaq. Maşınlar kənarkeçmə yolu istiqaməti ilə Bakıya daxil ola biləcəklər.\r\n\r\nK.Əliyev bildirib ki, həmçinin 20-ci Sahədən Bayıl istiqamətinə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Həmin ərazidə avtomobillərin hərəkəti 20-ci Sahə dairəsindən Badamdar qəsəbəsinə istiqamətləndiriləcək. Ardını oxu »

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 89
  • 46
  • 1,327
  • 5,007
ILK-10 Azeri Website Directory