Hadisə

Şəhidin medalı ailəsinə təqdim edildi

Şəhidin medalı ailəsinə təqdim edildi<b style="color:red"></b>Cəbhədə erməni təxribatının qarşısını alarkən 2015-ci ilin avqust ayında şəhid olan Ağadadaş Şahkərəmovun təltif edildiyi “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal onun ailəsinə təqdim edilib.\r\n\r\nAPA-nın şimal bürosunun verdiyi məlumata görə, tədbirdə Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Siyəzən rayon şöbəsinin, şəhidin xidmət etdiyi “N” saylı hərbi hissənin, rayon İcra Hakimiyyətinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak edib.  Ardını oxu »

İki yeni metro stansiyası istifadəyə verildi

İki yeni metro stansiyası istifadəyə verildi<b style="color:red"></b>\r\n\r\n“Bakı Metropoliteni” QSC-nin “Bənövşəyi” xəttinin iki stansiyası istifadəyə verilib.\r\n\r\n”Report” xəbər verir ki, aprelin 19-da “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyalarının açılışı keçirilib.\r\n\r\nQeyd edək ki, “Avtovağzal” stansiyasının tikintisinə 2009-cu ildən başlanılıb.\r\n\r\nArtıq aprelin 1-dən “Memar Əcəmi” stansiyasında sərnişinlərin hərəkətini nizamlamaq məqsədilə metroda giriş və çıxışın yeri dəyişdirilib. Ardını oxu »

Qar yağacaq

Qar yağacaq<b style="color:red"></b>Bakı və Abşeron yarımadasında fevralın 7-dən hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı gözlənilir. \r\nEkologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən 525.az-a verilən məlumata görə, güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 8-10 dərəcə enəcək. Qeyri-sabit hava şəraiti fevralın 9-dək davam edəcək.\r\nFevralın 7-də qərb rayonlarından başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir.\r\n Ardını oxu »

Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olunacaq

Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olunacaq<b style="color:red"></b>Akademik Cəlal Əliyev I Fəxri xiyabanda dəfn olunacaq.\r\nBu barədə APA-ya AMEA-dan məlumat verilib.\r\nAkademiklə vida mərasimi isə AMEA-nın “Dairəvi zalı”nda saat 14.00-da başlayacaq.\r\nQeyd edək ki, akademik C. Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib.

Ordumuz düşmənə zərbə endirməkdə davam edir

Ordumuz düşmənə zərbə endirməkdə davam edir<b style="color:red"></b>Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 121 dəfə pozub.\r\n\r\nMüdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, Ermənistan ordusu İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex kəndində yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin Tovuz rayonunun Əlibəyli kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərindən isə Azərbaycan ordusunun Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini atəşə tutub.\r\n Ardını oxu »

İlham Əliyevin doğum günüdür

İlham Əliyevin doğum günüdür<b style="color:red"></b>Bu gün Azərbaycan prezidenti İlham Əliyevin doğum günüdür.\r\nAPA-nın məlumatına görə, dövlət başçısının 54 yaşı tamam olur.\r\nİlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini 1967-1977-ci illərdə Bakı şəhərində alan İ. Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ – MQİMO) daxil olub, ali təhsilini müvəffəqiyyətlə başa vuraraq elmi fəaliyyətini institutun aspiranturasında davam etdirib.\r\n1985-ci ildə dissertasiya müdafiə edən İ. Əliyev tarix elmləri namizədi alimlik dərəcəsi alıb və 1990-cı ilədək MDBƏİ-də müəllim işləyib. 1994-2003-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışıb.\r\n Ardını oxu »

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür<b style="color:red"></b>Heydər Əliyevin vəfatından 12 il keçir.\r\n\r\nAPA-nın məlumatına görə, Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin anım mərasimləri təşkil olunur.\r\nDövlət qurumları, siyasi partiyalar, QHT, media orqanları və ictimaiyyətin nümayəndələri bu günlərdə Heydər Əliyevin Fəxri xiyabandakı məzarını ziyarət edirlər.\r\nAzərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları da Heydər Əliyevin vəfatının 12-ci ildönümü ilə əlaqədar anım mərasimləri təşkil edirlər.\r\nQeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib.  Ardını oxu »

İtkin düşən 29 nəfərdən 6-nın cəsədi tapıldı

İtkin düşən 29 nəfərdən 6-nın cəsədi tapıldı<b style="color:red"></b>Fövqəladə Hallar Nazirliyinin helikopteri bu gün saat 13:20 radələrində qəza baş vermiş özüldən 65-70 km məsafədə dənizdə 6 nəfərin cəsədini aşkar edib.\r\n525.az-ın nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin cəsədlər helikopterin göyərtəsinə qaldırılıb.\r\nBunlardan Tağıyev Fuad Tahir oğlu və Mahmudov Ağa İzzət oğlunun cəsədləri sahilə çatdırılaraq aidiyyəti üzrə təhvil verilib. Digər 4 cəsəd isə yaxın zamanda sahilə çatdırılacaqr.\r\nAxtarış davam etdirilir.

FHN aparılan axtarış-xilasetmə işlərinin görüntülərini yaydı – Video

FHN aparılan axtarış-xilasetmə işlərinin görüntülərini yaydı - <b style="color:red">Video</b>Fövqəladə Hallar Nazirliyi “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəzanın, orda aparılan axtarış-xilasetmə işlərinin və yanğınsöndürmə prosesinin görüntülərini yayıb.\r\n\r\n \r\n\r\nhttps://www.youtube.com/watch?v=Y1wBkXU6v8E

“Günəşli” yatağında baş verən yanğınla bağlı rəsmi məlumat yayılıb

"Günəşli" yatağında baş verən yanğınla bağlı rəsmi məlumat yayılıb<b style="color:red"></b>Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Fövqəladə Hallar Nazirliyi və Respublika Baş Prokurorluğu “Günəşli” yatağındakı 10 saylı Dərin Dəniz Özülündə baş vermiş qəza ilə əlaqədar birgə məlumatı yayıb.\r\nAPA-nın xəbərinə görə, məlumatda bildirilib ki, dekabrın 4-də saat 17.40 radələrində nəhəng dalğalar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə 110 atmosfer təzyiqlə işləyən sualtı qaz xəttinin dayaq borusunu qırıb, nəticədə boru kəmərini zədələnib, şiddətli yanğın baş verib.\r\n Ardını oxu »

Arxiv
Təqvim
İyul 2018
S M T W T F S
« Jun    
1234567
891011121314
15161718192021
22232425262728
293031  
Statistika
  • 0
  • 322
  • 206
  • 1,078
  • 4,129
ILK-10 Azeri Website Directory