Region

20 ölkə vətəndaşlarına Rusiyada vizasız gəlmək imkanı yaradılır

20 ölkə 3.11.201320 ölkənin tranzit aviaturistlərinə Rusiyaya 3 günlüyə vizasız gəlmə icazəsi verilə bilər. ANS PRESS-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu ölkələr sırasında ABŞ, Çin və bir sıra Avropa dövlətlərinin də adı var. Bunun üçün vacib şərtlərdən biri də Rusiya şirkətindən aviabilet alınmasıdır.\r\nQərar Fransa, Almaniya, Polşa, Böyük Britaniya, Hollandiya, İsveç, İtaliya, İspaniya, İsveçrə, Avstriya, Belçika, Finlandiya və Yunanıstan vətəndaşlarına şamil olunacaq. Kanada, Avstraliya, Yaponiya, Cənubi Koreya və Sinqapur kimi ölkələ vətəndaşları da yeni qərardan yararlana biləcəklər. Ardını oxu »

Fransalı deputatlar Qarabağa səfər ediblər

Fransalı deputatlar 6.10.2013Fransalı deputatlar Azərbaycanın işğal altında olan torpaqlarına səfər ediblər. ANS PRESS-in “armtoday.info”ya istinadla verdiyi məlumata görə, separatçı rejimin rəhbərliyi Bako Saakyan parlamentin deputatı Fransua Roşbluanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qondarma rejimlə Fransa arasındakı əlaqələr, regional məsələlər müzakirə edilib.\r\nErmənistan tərəfindən işağl edilən torpaqlarda qurulan separatçı rejimin rəhbəri erməni əsilli fransız xeyriyyəçi Aram Caburyana “Təşəkkür” medalı təqdim edib. Ardını oxu »

Ermənistan silahlanır

Venezuelan soldiers stand guard during the public destruction of weapons in the western state of LaraYeni razılaşmaya əsasən Ermənistan Rusiya hərbi zavodlarından birbaşa silah-sursat ala biləcək\r\nYaxın günlərdə Ermənistanla Rusiya arasında vacib bir razılaşmanın ratifikasiya ediləcəyi gözlənilir. ANS PRESS-in panarmenian.net-ə istinadən verdiyi məlumata görə, razılaşmaya əsasən Ermənistan Rusiya hərbi zavodlarından birbaşa silah-sursat ala biləcək.\r\nErmənistan Rusiya ilə bu cür müqaviləsi olan yeganə dövlət olacaq. Bunadək Belarusla Rusiya arasında buna bənzər razılaşma olsa da müqavilədə bəzi istisnalar mövcud idi. Ermənistanla rtazılaşmada isə bütün bu istisnalar nəzərdə tutulmayıb. Ardını oxu »

Tehran müharibəyə hazırdır (VİDEO)

Tehran müharibəyə hazırlaşır 16.09.2013İran Suriyanın həm arxasındadır, həm də yanında!\r\nİranın ali dini lideri, Ayətulla Əli Xamenei: “Bir neçə həftədir ki, Amerika Birləşmiş Ştatları regionu müharibə ilə hədələyirdi. İndi isə ümid edirik ki, ABŞ sadəcə kütləvi-informasiya vasitələrində kampaniya aparmır, Suriya ilə bağlı mövqeyini həqiqətən də dəyişib”.\r\nBu İranın Birləşmiş Ştatların Suriya ilə bağlı yenilənmiş mövqeyinə ilkin reaksiyasıdır. Bəşər Əsədin ən yaxın müttəfiqlərindən biri olan İranda rəsmi Vaşinqtona bir o qədər inanmırlar. Tehranda əmindirlər ki, Vaşinqton müxtəlif bəhanələrlə Bəşər Əsədi hakimiyyətdən kənarlaşdırmağa çalışacaq. Ardını oxu »

Ermənilərin daha bir həyasızlığı

Ermənilərin daha bir həyasızlığı 8.09.2013Bədnam qonşularımız kabab festivalı keçiriblər\r\nErmənilər Lori vilayətinin Ağtala şəhərində kabab festivalı keçiriblər. ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, festivalda 20 komanda iştirak edib. Festivalda Qran-Pri mükafatını erməni restoranının nigeriyalı aşbazı qazanıb.\r\nErmənilərin həyasızlığı o həddə çatıb ki, onlar Ağtalanı “dünya kababçılığının paytaxtı” elan ediblər. Ardını oxu »

İstanbul yenə qarışdı

İstanbul yene qarışdı 7.09.2013Sosial şəbəkələrdə gənclərin etiraz təpkiləri polisi hərəkətə keçirib\r\nİstanbul polisi Taksim meydanını və Gəzi Parkını bağlayıb. ANS PRESS-in Türkiyə mətbuatına istinadən məlumatına görə, sosial şəbəkələrdə gənclərin etiraz təpkiləri polisi hərəkətə keçirib.\r\nTaksim meydanın və Gəzi Parkının giriş-çıxışı qapadlıb. Artıq polislə etirazçı gənclərlə toqquşmalar da baş verib. 50 nəfərlik qrup Taksim meydanına girmək istəyərkən, polis tərəfindən dayandırılıb.\r\nİstanbulda etirazların yenidən başlamasına səbəb Taksim meydanı və Gəzi Parkında işlərin yenidən başlaması barədə yayılan məlumatlardır.\r\n\r\nAzad Əliyev

Gürcüstan Rusiyaya nota verdi

Gürcüstan 26.08.2013Qonşu ölkə Vladimir Putinin Gürcüstanın dövlət sərhədlərini pozaraq Abxaziyaya səfər etməsinə etiraz edir\r\nGürcüstan Rusiyaya nota verib. ANS PRESS-in Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, nota Rusiya prezidenti Vladimir Putinin Gürcüstanın dövlət sərhədlərini pozaraq Abxaziyaya səfər etməsinə etirazla əlaqədardır.\r\nGürcüstanın xarici işlər naziri Maya Pancikidze bunu növbəti təxribat adlandıraraq bildirib ki, bu Gürcüstanın ərazi bütövlüyünün və suverenliyimizin pozulması kimi qiymətləndirilməlidir.\r\nXatırladaq ki, Rusiya prezidenti Vladimir Putin tanınmamış Abxaziya Respublikasına avqustun 26-da səfər edib Ardını oxu »

Yüksək çinli erməni diplomat Rusiyanı hədələdi

yüksək Çinli 22.08.2013“Ermənistan hakimiyyəti xarici bazarlara, o cümlədən Avropa bazarlarına çıxmaq üçün yollar axtarır”\r\n“Əgər Rusiyadan Azərbaycana silah satışına “sadəcə biznes” kimi baxırlarsa, onda Ermənistanın Avropa Birliyi ilə Assosiativ saziş bağlaması da biznes kimi qəbul edilməlidir”. ANS PRESS erməni mətbuatına istinadən bildirir ki, bu fikri Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan “Armnews” telekanalına müsahibəsində bildirib.\r\nDaha sonra Şavarş Koçaryan daha sonra Rusiyanı sətiraltı sözlərlə hədələyib və Rusiya ilə yollarının ayrıla biləcəyini vurğulayıb: Ardını oxu »

Ərdoğan Rusiyaya səfər edəcək

Ərdoğan Rusiyaya səfər edəcək 20.08.2013O, Böyük 20-liyin zirvə toplantısında iştirak edəcək\r\nTürkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan dünyanın ən böyük 20 ölkəsinin 5-9 sentyabr tarixində baş tutacaq zirvə toplantısında iştirak edəcək. ANS PRESS-in Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, zİrvə toplantısı Sankt-Peterburq şəhərində baş tutacaq. Dövlətlərarası məsələlərin və iqtisadi mövzuların müzakirə olunacağı görüş böyük önəm daşıyır. Görüşdə R.T. Ərdoğandan başqa ABŞ prezidenti Barak Obama və Vladimir Putinin bir araya gələcəyi gözlənilir. Zirvə çərçivəsində danışılacaq əsas mövzulardan biri Suriya məsələsi olacaq. Ardını oxu »

Sarkisyan: “İlham Əliyevin prezident seçkilərində qalib gəlməsi məqsədəuyğundur”

Sarkisyan 18.08.2013Ermənistan prezidenti Azərbaycanda baş tutacaq seçkilərlə bağlı ona ünvanlanmış sualı cavablandırıb\r\n”Ermənistan üçün, eləcə də başqa qonşular üçün demokratiya yolunda irəliləyən qonşular daha əlverişlidir. Bundan da belə nəticə çıxır ki, qonşu olaraq, xüsusən də danışıqlarda tərəfdaş olaraq, bizim üçün demokratik Azərbaycan birmənalı şəkildə daha məqsədəuyğundur”.\r\nANS PRESS-in Ekramas qəzetinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan prezidenti Serj Sarkisyan ötən gün Tsaxkadzorda ümumerməni gənclər toplanışının bağlanış mərasimində ona ünvanlanan “Azərbaycanda keçiriləcək prezident seçkisində Ardını oxu »

Arxiv
Təqvim
Aprel 2018
S M T W T F S
« Mar    
1234567
891011121314
15161718192021
22232425262728
2930  
Statistika
  • 0
  • 4
  • 3
  • 442
  • 2,454
ILK-10 Azeri Website Directory