Yol

Gizli radar qanunla qadağan edilir? (VİDEO)

Gizli radar 12.12.2013Sürücülərin gizli radar kimi tanıdığı mobil radarlar əsasən yol kənarlarında, mülki avtomaşınlarda quraşdırılır. Əslində bütün bu radarlar avtomobillərin sürətini ölçməyə xidmət etsə də, belə radarlar yol kənarında hətta gizli yerlərdə quraşdırıldığına görə yol polisi ilə sürücülərin mübahisəsinə səbəb olur. Sürücülər gizli şəkildə mülki avtomobillərdə və heç bir yol nişanı olmayan ərazidə radarın yerləşdirilməsinə etiraz edir.\r\nTəbii bütün bunlar sürücülərin fikridir. Lakin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev sürücülərin bu fikirləri ilə razılaşmır. Şöbə rəhbərinin sözlərinə görə, qanun mobil radarların tətbiqini qadağan etmir və bu əməliyyatın gizli növü sayılır. Yol nişanlarına gəlincə isə sürücülər haqlıdır. Ardını oxu »

Qadın sürücü iki məktəblini vurdu

Sürücü xəstəxanada tibb bacısıdır Balakəndə iki azyaşlı məktəblini maşın vurub. Bu barədə APA-ya Balakən rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda bildirilir ki, hadisə bu gün saat 17.30 radələrində Balakən-Qabaqçöl yolunun Talalar kəndi ərazisindən keçən hissəsində baş verib. Balakən rayonu Qabaqçöl qəsəbə sakini İsayeva Şəmsiyyət Abakar qızı idarə etdiyi VAZ-2106 markalı, 08 BC 457 nişan dövlət nömrəli avtomobillə Balakən-Qabaqçöl yolu ilə hərəkətdə olarkən dərsdən çıxıb evə gedən iki azyaşlı məktəblini, 2006-cı il təvəllüdlü Talalar kənd sakini Yolçuyeva Selena Asəf qızını və 2006-cı il təvəllüdlü Talalar kənd sakini Əhmədov Yusif İmran oğlunu vurub. Ardını oxu »

Mingəçevir-Yevlax yolunda zəncirvari qəza: 3 ölü (VİDEO)

Qəzada 4 avtomobil toqquşub, 3 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb *** 2013-03-21; 17:38 (APA, ATV) Mingəçevir-Yevlax avtomobil yolunda zəncirvari avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisə martın 21-də günorta saatlarında Yevlax rayonunun Gülövşə kəndi ərazisində qeydə alınıb. Yolda hərəkətdə olan 4 avtomobil – 1937-ci il təvəllüdlü Abdullayev Zülfi Məmməd oğlunun idarə etdiyi 63 BB 097 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı minik maşını, 1958-ci il təvəllüdlü Bəşirov Tomis Sırac oğlunun idarə etdiyi 55 BJ 143 dövlət nömrə nişanlı, “VAZ 2103” markalı minik maşını, Həsənov Məsləhət Bəkir oğlunun idarə etdiyi 45 BF 618 dövlət nömrə nişanlı, “VAZ 2107” markalı maşın və “Azenco” Tikinti Şirkətinə məxsus, Eyvazov Rəcəb Əli oğlunun idarə etdiyi 10 JZ 886 dövlət nömrə nişanlı, “KamAZ” markalı yük maşını toqquşub. Ardını oxu »

Azərbaycanda zəncirvari qəza: 2 ölü, 2 yaralı

Bakı-Qazax magistralında iki minik və bir yük maşını toqquşub

\r\n

Bakı-Qazax magistral avtomobil yolunda iki nəfərin ölümü, iki nəfərin xəsarəti ilə nəticələnən avtomobil qəzası baş verib. APA-nın məlumatına görə, hadisəötən axşam saat 22 radələrində yolun 360-cı kilometrliyində, Goranboy rayonunun Goran qəsəbəsində qeydə alınıb. Goranboy sakini 1984-cü il təvəllüdlü Rəşad Həsənovun idarə etdiyi 05-CG-489 dövlət nömrə nişanlı “VAZ 2107” markalı minik maşını qarşı tərəfdən gələn 05-AC-255 dövlət nömrə nişanlı “KamAZ” markalı yük maşını ilə toqquşub. Hadisə nəticəsində yol bağlandığıüçün hərəkətdə olan 10-RT-689 dövlət nömrə nişanlı “Mersedes” markalı maşının sürücüsü, Quba sakini 1990-cı il təvəllüdlüŞaiq Süleymanov avtomobilini yolun ortasındakı “KAMAZ”a çırpıb. Nəticədə “VAZ 2107”nin sürücüsü Rəşad Həsənov və sərnişini Mübariz Tağıyev dünyasını dəyişib, sərnişin Fariz Abbasov və “Mersedes”in sürücüsüŞaiq Süleymanov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. “KamAz”ın sürücüsü isə hadisə yerindən qaçdığıüçün onun şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

\r\n

 Magistral yol bir müddət bağlı qalsa da sonradan nəqliyyatın hərəkəti bərpa edilib.

\r\n

\r\nHazırda Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır. 

\r\n

                                                                                     Mahir Məmmədli

Bu gündən Bakının bəzi yerlərində avtomobillərin parklanması qadağan ediləcək

Dövlət Yol Polisi İdarəsi: “Qadağan olunmuş yerlərdə parklandırılan avtomobillər cərimə meydançasına aparılacaq”\r\n\r\n“Eurovision-2012”mahnı müsabiqəsinin keçirilməsi ilə əlaqədar paytaxtın bəzi ərazilərində avtomobillərin parklanmasına qadağa qoyulacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gündən Bakıya gələn qonaqların qarşılanması və onların müxtəlif istiqamətlərdə hərəkətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Hökumət Evinin arxasında, Üzeyir Hacıbəyov, Zərifə Əliyeva, Neftçilər, Rəsul Rza, Niyazi, Rəşid Behbudov, Füzuli, Bülbül və digər küçə və prospektlərdə yerləşən hökumət və qeyri-hökumət təşkilatlarında çalışanların şəxsi nəqliyyat vasitələrinin həmin ərazilərdə parklanmasına icazə verilməyəcək. Həmin istiqamətlərdə küçələrdə parklandırılan bütün avtomobillər yığışdırılaraq cərimə meydançasına aparılacaq. Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 21
  • 16
  • 807
  • 2,681
ILK-10 Azeri Website Directory