Sağlamlıq

Peşə taleyinin sədaqətli yol yoldaşı

\r\n0001\r\n\r\n…Ömrün sürət qatarında gedənlərin izi qalmır, lakin yaddaşlarda çox şey iz buraxır, insanların həyatda bəhrələndikləri mənəvi sərvətlər, əxz etdikləri keyfiyyətlər isə əbədi qalır. Ömrünü bu sərvətlərin öyrənilməsinə sərf edənlər, elmin ayrı-ayrı  sahələrini araşdıranlar, bir sözlə, əsil ziyalılıq zirvəsinə yuksələnlər xoşbəxtdirlər. Burada böyük Ömər Xəyyamın aşağıdakı misralarını xatırladım:\r\n

– Bir ucsuz, bucaqsız dairədə sən,

\r\n

İki cür insanı xoşbəxt görərsən.

\r\n

Bir qismi hər şeyi bilən, o biri,

\r\n

Xəbərsiz yaşayan dünya işindən!..

\r\nBəli, belə bir ziyalı, peşə sahibi haqqında söhbət açmaq qərarına gəlmişik. Əslində ziyalılıq deyiləndə hər şeydən əvvəl özünü dərk edə bilmək, zəngin bilik, həyat təcrübəsi toplamaq və bunlara istinadən öz həyatını nizamlaya bilmək, özü üçün bir mənəvi sərvətlər sistemi yarada bilmək qabiliyyəti nəzərdə tutulur.\r\n\r\nDeyərdim ki, bu yüksək dəyərlər Afər Əfəndi oğlu Cəfərovun şəxsində küll halında cəmlənib. Onu təmkinli, müdrik, cəmiyyətdə, ictimaiyyət arasında sayılıb-seçilən bir ailənin , bir nəslin təmsilçisi kimi tanıyıram və söz yox ki, bu dəyərlər milli xarakterin mühüm ünsürlərindəndir, şəxsi və milli əxlaqi dəyər göstəricisidir.\r\n\r\n Ardını oxu »

Gənclər narkomaniyaya “YOX” deyir

Gənclər narkomaniyaya “YOX” deyir

\r\n

\r\n\r\nNarkomaniya hazırda cəmiyyətin ən böyük qlobal problemlərindən biridir. Son illər respublikamızda narkotik vasitələrə qarşı mübarizə xeyli güclənmişdir. Bu mübarizədə Nəsimi rayonunda fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın az rolu olmamışdır.\r\n\r\nKomissiya öz fəaliyyətində Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı rəhbər tutmuşdur.\r\n\r\n

\r\n Ardını oxu »

Azərbaycan tibbində yenilik (VİDEO)

Azərbaycan tibbində yenilik 12.11.2013Yüksək texnoloji nailiyyətləri Azərbaycanda səhiyyədə də müvəffəqiyyətlə tətbiq olunur. Mərkəzi Neftçilər xəstəxanasında həkimlər xəstələri müayinə etmək üçün “ağıllı qolbaq”dan istifadə edirlər. Bu, “ağıllı qolbaqlar” nədir?\r\nZakir Baxşəliyevin bəhs etdiyi cihaz Mərkəzi Neftçilər xəstəxanasında təzəlikcə tətbiqinə başalanılan elektron qolbaqdır.\r\nPasientlərlə yanaşı, həkimlərin də işini olduqca asanlaşdıran bu qolbaq planşetlə birlikdə işlədilir. Kardioloq Vüqar Zamanov bu qolbaq vasitəsi ilə xəstə haqqında məlumatın asan şəkildə həkimə çatdırılmasının mümkün olduğunu deyir. Bunun üçün planşeti qolbağa yaxınlaşdıraq bütün lazımi informasiya planşetə yüklənilir. Ardını oxu »

Arı südü möcüzəsi

Arı südü möcüzəsi 3.11.2013Arı südü – cavan işçi arıların udlaq və üst çənə vəziləri tərəfindən hazırlanır. Arı südünün tərkibində orqanizmə lazım olan 20-yə yaxın amin turşuları, çoxlu vitaminlər, mikroelementlər və mineral maddələr, 110-a yaxın bioloji aktiv birləşmələr vardır.\r\nİnsan arı südü qəbul etdikdə onun infeksion xəstəliklərə qarşı müqaviməti artır, maddələr mübadiləsi yaxşılaşır. Ümumi tonus qüvvətlənir, insan gümrahlaşır, cavanlaşır, daxili sekresiya vəzilərinin fəaliyyəti normallaşır. Ardını oxu »

Qazlı su hansı xəstəlikləri yarada bilər? (VİDEO)

Qazlı su hansı 17.09.2013Bir çox insan qazlı sulara daha dadlı,daha xoşa gəlimli və rəngli çalarlara malik olması səbəbindən üstünlük verir\r\nİsti havalarda susuzluğu yatırtmaq üçün insanlar müxtəlif sərinləşdirici içkilərdən istifadə edirlər. Ən çox tələb olunan bu içkilərdən isə qazlı sular siyahıya başçılıq edir. Deyilənlərə görə, alıcılar mağazalarda qazlı və ya qazsız su seçimi edərkən, əksər vaxtlarda qazlı sulara üstünlük verirlər.\r\nBir çox insanlar qazlı suların daha dadlı ,daha xoşa gəlimli və rəngli çalarlara malik olması səbəbindən üstünlük verdiyini deyir. Ardını oxu »

Bakıda “İlkin səhiyyə xidmətləri sahəsində islahatlar” mövzusunda konfrans keçirilir

Bakı, 14 dekabr (AzərTAc). Dekabrın 14-də Böyük Britaniyanın “Oksfam” beynəlxalq humanitar təşkilatının Azərbaycan nümayəndəliyi Bakıda Avropa İttifaqının, “Medicor” və “Oksfam”ın maliyyə dəstəyi ilə 2007-2012-ci illərdə həyata keçirilmiş “Məsuliyyətli yerli idarəetmə vasitəsilə sağlam icmaların inkişafı” layihəsinin başa çatmasına həsr olunmuş “İlkin səhiyyə xidmətləri sahəsində islahatlar” mövzusunda konfrans keçirmişdir.

\r\n

Konfransın məqsədi icma əsaslı ilkin səhiyyə xidməti modelinin tətbiqi zamanı əldə edilmiş biliklərin geniş ictimaiyyətlə bölüşmək və beləliklə də ilkin səhiyyə xidməti sahəsində islahatlara töhfə verməkdir.

Yaşıl tərəvəzlər hansı xəstəlik riskini azaldır

İngilis alimləri yeni araşdırmalarının nəticəsini açıqlayıblar. Yaşıl rəngdə olan meyvə-tərəvəz şəkər xəstəliyi riskini azaldır. Onların qənaətincə, brokoli, xiyar, ispanaq, lobya kimi yaşıl və vitaminlərlə, minerallarla bol tərəvəzlər diabetdən başqa digər xəstəliklərin qarşısının alınmasında da faydalıdır.

\r\n

Tibbi araşdırmalara görə, gündə bir pay yaşıl tərəvəz ikinci tip diabetin qarşısını almağa 14 faiz yardımçı olur. Bunun ən önəmli səbəbi isə yaşıl tərəvəzlərin tərkibinin artioksidantlarla, C vitamini və maqneziumla bol olmasıdır. Hazırda İngiltərə alimləri bununla bağlı daha geniş araşdırmalar aparmağı planlaşdırır.

Türkiyənin aparıcı cərrah-ortopedləri üç gün ərzində Bakıda mürəkkəb əməliyyatlar aparacaqlar

Bakı, 15 noyabr (AzərTAc). Türkiyənin aparıcı cərrah-ortopedləri üç gün ərzində Bakı şəhərində oynaqların dəyişdirilməsi üzrə 10 mürəkkəb əməliyyat aparmağı planlaşdırmışlar.

\r\n

AzərTAc xəbər verir ki, bu sözləri noyabrın 15-də Bakıda Azərbaycan və Türkiyə travmatoloqlarının birgə elmi-praktiki konfransında Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktoru Vaqif Verdiyev çıxışı zamanı demişdir.

\r\n

V.Verdiyev Azərbaycan səhiyyəsinin inkişafında Türkiyənin xüsusi rol oynadığını da bildirmişdir.

Vətəndaşlarımıza verilən tibbi arayışların həqiqiliyi yoxlanılacaq

Azərbaycan Səhiyyə Nazirliyi tibbi arayışlar registrinin yaradılması işlərini həyata keçirir

\r\n

Azərbaycan Səhiyyə Nazirliyi tibbi arayışlar registrinin yaradılması işlərini həyata keçirir. Bu arayışlar sonradan Daxili İşlər Nazirliyinin bölmələrinə giriş imkanıəldə edə bilər. Bu barədə Trend-ə nazirlikdən məlumat verilib.

\r\n

 Layihənin ilin sonunda başa çatdırılması planlaşdırılır. Onun reallaşdırılmasıüçün əlavə vəsaitlərin cəlb olunması nəzərdə tutulur.

\r\n

 Məlumat bazasının formalaşdırılmasından sonra DİN-in struktur bölmələri vətəndaşalara verilən tibbi arayışların həqiqiliyini yoxlaya biləcəklər. Bu, pasportların və sürücülük vəsiqələrinin verilməsi zamanı prosedurları sadələşdirəcək. Ardını oxu »

Azərbaycandakı özəl klinikalara xəbərdarlıq edildi

Özəl tibb müəssisələrinə xarici ölkələrdən mütəxəssislərin dəvət olunaraq icazəsiz fəaliyyət göstərməsi nazirliyi narahat edən məsələlərdəndir\r\n\r\nAzərbaycan Səhiyyə Nazirliyi onlardan icazə alınmadan xarici ölkələrdən həkim dəvət edən özəl klinikalara qarşı ciddi tədbirlər görməyi planlaşdırır.\r\n\r\nBunu Trend-ə Azərbaycanın səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.\r\n\r\nElsevər Ağayevin sözlərinə görə, özəl tibb müəssisələrinə xarici ölkələrdən mütəxəssislərin dəvət olunaraq onların burada icazəsiz fəaliyyət göstərməsi nazirliyi narahat edən məsələlərdəndir. Ardını oxu »

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 106
  • 34
  • 1,299
  • 4,290
ILK-10 Azeri Website Directory