Kənd təsərrüfatı

SÜRÜCÜLƏR VƏ MEXANİZATORLAR, DİQQƏTLİ OLUN!

KƏND  TƏSƏRRÜFATI  SAHƏLƏRİNDƏ  ÇALIŞANLARIN NƏZƏRİNƏ!

\r\n

 Yay mövsümü ilə əlaqədar respublikamızda kənd təsərrüfatı işləri geniş vüsət alıb. Xüsusilə yığılmış məhsulların tədarük və satış məntəqələrinə daşınması, habelə sahələrdə  çalışan insanların tarlalara, əkin sahələrinə gediş-gəlişi çoxalıb.

\r\n Ardını oxu »

AQRAR SAHƏ

RAYONUN  KƏND  TƏSƏRRÜFATI İŞÇİLƏRİNİN  NƏZƏRİNƏ

\r\nOnlar bilməlidirlr ki,  bundan sonra istehsalçılara güzəştlə satılmış gübrənin dəyərinin 70 faizi büdcə hesabına ödəniləcək.\r\n\r\nKənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin 70 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilib.\r\n\r\n Ardını oxu »

AQRAR SAHƏ

VAXTINDA VƏ İTKİSİZ

\r\n

 Möhtərəm Prezidentimiz İham Əliyev cənabları 2015-ci ili ölkəmizdə “Kənd təsərrüfatı ili” elan etmişdir. Söz yox ki, dövlət başçısının  bu müdrik addımı  ölkədə  kənd təsərrüfatı sektoruna  xüsusi diqqət və qayğı göstərilməklə  ərzaq bolluğu  yaradılmasına   hesablanmışdır.

\r\n Ardını oxu »

Göygöl: Rayon Suvarma Sistemləri İdarəsi:

Yarım ilin yekunları fərəhləndiricidir\r\nAzərbaycan dünya iqtisadiyyatına surətlə inteqrasiya edir və bütün beynəlxalq qurumlar iqtisadi inkişaf, yüksəliş sahəsində qazandığımız uğurları yüksək dəyərləndirirlər. Bu hər şeydən əvvəl ölkəmizdə aqrar sahənin inkşafına göstərilən qayğı və diqqətin təzahürü kimi nəzərə alınmalıdır. Təsadüfi deyildir ki, möhtərəm prezidentimiz Cənab İlham Əliyev “2008- 2015- ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın həyata keçirilməsində suvarılan sahələrin genişləndirilməsi, meliorasiya və suvarma proqramlarının uğurla yerinə yetirilməsi üçün əlavə tədbirlərin görülməsi məqsədilə əlavə vəsait ayrılması, kənd təsərrüfatının intensiv yollarla inkşaf etdirilməsi, məhsuldarlığın artırılması ilə yanaşı əkin sahələrinin genişləndirilməsi və Azərbaycanda torpaq azlığını nəzərə alaraq onun hər qarışından səmərəli istifadə olunması üçün müvafiq tədbirlərin görülməsini tapşırmışdır. Ardını oxu »

AQRAR SAHƏ

ƏKİNÇİLƏRİN YAZ QAYĞILARI\r\nYurdumuza baharın gəlişi onun təbiətinə yaraşıq verməklə yanaşı aqrar sahədə çalışan insanların qayğılarını da artırıb. Bildiyiniz kimi insan həyatı üçün zəruri olan ərzaq və maddi nemətlər bolluğunun təməli məhz bu fəsildə qoyulur.\r\nHəmişə olduğu kimi cari ildə də rayonumuzun kəndli-fermer təsərrüfatları, pay torpaq sahibləri baharın ilk ayından qızğın hazırlıq işləri görmüşlər. Onlar öhdələrində olan əkin üçün yararlı torpaqların vaxtında şumlanmasını, suvarma kanallarının, arxlarının çəkilməsini, torpağa üzvi və mineral, həmçinin digər qidalandırıcı gübrələrin verilməsini həyata keçirmişlər. Ardını oxu »

Ağcabədidə kənd təsərrüfatı sahəsində uğurlu nəticələr əldə edilmişdir

Ağcabədi, 17 yanvar (AzərTAc). Ağcabədi rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatı bitkiləri istehsalında 2013-cü ildə uğurlu nəticələr əldə edilmişdir.\r\nRayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, torpaq mülkiyyətçiləri 2013-cü ilin məhsulu üçün 23 min 743 hektarda buğda, 4301 hektarda arpa, 1959 hektarda dən üçün qarğıdalı, 1963 hektarda pambıq, 835 hektarda şəkər çuğunduru, 211 hektarda kartof, 792 hektarda tərəvəz, 609 hektarda bostan bitkiləri əkmiş və bol məhsul əldə etmişlər.\r\nRayonun təsərrüfatlarında 78 min 791 ton buğda, 1288 ton arpa, 21395 ton qarğıdalı, 4043 ton pambıq, 24980 ton şəkər çuğunduru, 2669 ton kartof, 9861 ton tərəvəz, 13762 ton bostan məhsulları, 11498 ton meyvə və giləmeyvə, 2279,5 ton üzüm istehsal edilmişdir.

Göyçayda heyvandarlığın inkişafı üçün müxtəlif metodlardan istifadə olunur

Göyçay, 9 dekabr (AzərTAc). Son illər Göyçayda heyvandarlığın inkişafı üçün müxtəlif metodlardan istifadə olunur.\r\nRayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, mal-qaranın damazlıq keyfiyyətinin yaxşılaşdırılması, ət və süd istehsalının artırılması, təbii cütləşmə yolu ilə yayılan xəstəliklərin qarşısının alınması, mal-qaranın qısırlığına qarşı mübarizənin və bu sahənin iqtisadi səmərəliliyinin artırılması məqsədilə son illər ərzində Göyçayda müxtəlif tədbirlər görülmüş, eyni zamanda 15 süni mayalandırma məntəqəsi yaradılmışdır. Ardını oxu »

Tovuzlu fermerlər taxıl səpininə ciddi hazırlaşmışlar

Tovuz, 9 dekabr (AzərTAc). Taxıl səpininə ciddi hazırlaşan tovuzlu fermerlər artıq 11 min 71 hektar sahəni şumlamışlar.\r\nRayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, şumlanmış sahələrə üzvi və mineral gübrələr verilmiş, toxum tədarükü görülmüşdür. Şumlanmış 9 min 579 hektarda toxum səpilmişdir.\r\nÖtən ilin müvafiq dövrü ilə müqayisədə 2013-cü ildə şumlanmış sahələr 1656 hektar, taxıl səpilən sahələr isə 1564 hektar çoxdur.

Qazaxda meyvə yığımı başa çatmışdır

Qazax, 9 dekabr (AzərTAc). Qazax Rayon Statistika İdarəsindən AzərTAc-a bildirmişlər ki, 1150 hektar bağda bol məhsul yetişdirən fermerlər bu il sahələrdən 12 min 190 ton məhsul tədarük etmişlər.\r\nBu il bağlardan yığılan meyvə 2012-ci ildəkindən 103 ton artıqdır.

Ağstafalı fermerlər 5902 ton üzüm istehsal etmişlər

Ağstafa, 9 dekabr (AzərTAc). Ağstafalı fermerlər üzüm yığımını başa çatdırmışlar.\r\nRayon Statistika İdarəsindən AzərTAc-a bildirmişlər ki, 290 hektar sahədə bol məhsul yetişdirən sahibkarlar 5 min 902 ton üzüm tədarük etmişlər. Rayonda üzüm istehsalı ötən ildəkinə nisbətən 281 ton artmışdır.

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 168
  • 29
  • 954
  • 2,828
ILK-10 Azeri Website Directory