Kənd təsərrüfatı

Tovuzda mal-qaranın cins tərkibi yaxşılaşdırılır

Tovuz, 6 dekabr (AzərTAc). Tovuz rayonunda mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə tədbirlər həyata keçirilir.\r\nRayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən AzərTAc-a bildirmişlər ki, heyvandarlıq məhsulları istehsalının artırılmasına zəmin yaradan cins maldarlığın inkişafı üçün heyvanların süni mayalandırılması həyata keçirilir. Cari ildə rayon üzrə 785 baş inək və düyə süni yolla mayalandırılmış, 615 baş sağlam buzov alınmışdır.\r\nBundan əlavə, son üç ildə lizinq yolu ilə xaricdən 235 baş cins inək və düyə alınaraq fermerlərə satılmışdır.

Qazaxlı sahibkarlar 3 min 579 ton üzüm istehsal etmişlər

Qazax, 6 dekabr (AzərTAc). Qazax Rayon Statistika İdarəsindən AzərTAc-a bildirmişlər ki, rayonda üzüm yığımı başa çatıb. 337 hektar sahədə bol məhsul yetişdirən sahibkarlar 3 min 579 ton üzüm toplamışlar. Yığılan məhsul ötən ilkindən 79 ton çoxdur.

Şəki taxılçıları gələn ilin mövsümünə ciddi hazırlaşırlar

Şəki, 30 noyabr (AzərTAc). Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə 2014-cü ilin məhsulu üçün payızlıq taxıl səpini mütəşəkkil davam edir.\r\nŞəhər icra hakimiyyətinin aqrar məsələlər şöbəsindən AzərTAc-a bildirmişlər ki, bu il rayonda 75 min hektardan artıq sahədə payızlıq taxıl səpini proqnozlaşdırılır. Səpin kampaniyasına 160 ədəd şum traktoru, 128 taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilmişdir. Ardını oxu »

Göyçayın xurma bağlarında məhsul yığımı başa çatmışdır

Göyçay, 25 noyabr (AzərTAc). Göyçay rayonunun xurma bağlarında məhsul yığımı başa çatmışdır.\r\nRayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bu il bağlarda bol məhsul yetişdirilmişdir. Məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələr səfərbər edilmiş, 779 hektar sahədən 17 min 980 ton məhsul toplanılmışdır. Bu da ötən ildəkindən 530 ton çoxdur. Ardını oxu »

Zaqatalanın xurma bağlarında məhsul yığımı davam edir

Zaqatala, 24 noyabr (AzərTAc). Zaqatala rayonunun təsərrüfatlarında meyvə yığımı başa çatmaq üzrədir. İndiyədək bağlardan 28 min 200 ton meyvə yığılmışdır.\r\nRayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, xurma bağlarında məhsul yığımı davam edir. Bu il bağlardan 5 min tona yaxın məhsul götürülməsi gözlənilir. İndiyədək rayonda 2 min 800 tona yaxın xurma yığılmışdır. Yığılmış məhsul satış üçün əsasən Rusiya bazarlarına göndərilir.\r\nRayonun təsərrüfatlarında tütün yığımı isə başa çatmışdır. Builki mövsümdə tütünçülər 1150 ton quru tütün istehsal edilmişlər.

Ağdaşda 15 min 580 hektar sahədə taxıl səpini aparılmışdır

Ağdaş, 24 noyabr (AzərTAc). Ağdaş rayonunda torpaq mülkiyyətçiləri taxıl səpini kampaniyasını uğurla davam etdirirlər.\r\nRayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, Ağdaşda gələn ilin məhsulu üçün 16 min hektardan çox sahədə taxıl səpini aparılması nəzərdə tutulmuşdur. Artıq indiyədək 15 min 580 hektar sahəyə toxum səpilmişdir ki, bunun da 10 min 300 hektarını buğda, 5 min 280 hektarını isə arpadır. Ardını oxu »

Tərtər rayonunda çuğundur yığımı davam edir

Tərtər, 8 noyabr (AzərTAc). Tərtər rayon statistika idarəsindən AzərTAc-a bildirmişlər ki, cari ilin məhsulu üçün rayonda 420 hektar sahədə şəkər çuğunduru əkilmişdir.\r\nTorpaq mülkiyyətçiləri bu günədək 349,5 hektar sahədə məhsul toplamış, 86 min 795 sentner çuğundur əldə etmişlər. Məhsuldarlıq hər hektardan 248,3 sentner olmuşdur.\r\nRayonda çuğundur yığımı davam edir.

Qazaxda bütün növ heyvandarlıq məhsulları istehsalında artım əldə edilmişdir

Qazax, 3 noyabr (AzərTAc). Qazax Rayon Statistika İdarəsindən AzərTAc-a bildirmişlər ki, cari ilin doqquz ayı ərzində rayonda 3850 ton ət, 21 min 286 ton süd, 8 milyon 613 min ədəd yumurta istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə ət istehsalı 84 ton, süd istehsalı 900 ton, yumurta istehsalı isə 102 min ədəd artmışdır.

Zaqatalanın kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd etmişlər

Zaqatalanın kənd təsəfüratı 1.11.2013Zaqatala, 1 noyabr (AzərTAc). Zaqatala rayonunun kənd təsərrüfatı işçiləri peşə bayramlarını yüksək əhval-ruhiyyə ilə qarşılayırlar. Bu da təsadüfi deyildir. Aqrar sektorda həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində 2013-cü ilin 9 ayında rayonda kənd təsərrüfatı məhsulları istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,3 faiz artaraq 84 milyon 449 min manat olmuşdur. Ötən müddətdə rayonda 28 min 682 ton taxıl, 28 min 676 ton qarğıdalı, 14 min 598 ton kartof, 18 min 518 ton tərəvəz, 18 min 387 ton meyvə, 871 ton tütün, 36 ton yaşıl çay yarpağı istehsal olunmuşdur. Əvvəlki illə müqayisədə taxıl istehsalı 332 ton, qarğıdalı istehsalı 1167 ton, kartof istehsalı 267 ton, tərəvəz istehsalı 362 ton, meyvə istehsalı 256 ton artmışdır. Bütün növ heyvandarlıq məhsulları istehsalında da dinamik artım qeydə alınmışdır. Ardını oxu »

Gəncədə İkinci Beynəlxalq üzüm və şərab festivalı” elmi-praktik konfransla öz işinə başlamışdır

ganca-ii-beynalxalq-sarab-festivali.jpg 1.11.2013Gəncə, 1 noyabr (AzərTAc). Noyabrın 1-də Gəncədə İkinci Beynəlxalq üzüm və şərab festivalı “RAMADA plaza” otelində elmi-praktik konfransla öz işinə başlamışdır.\r\nAzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev açaraq bu mötəbər tədbirin iştirakçılarını salamlamış, tarixən üzümçülük və şərabçılığın vətəni sayılan Azərbaycanda son illər diqqətdən yayınmış bu sahənin inkişafı istiqamətində görülən məqsədyönlü işlərdən danışmışdır. Bildirmişdir ki, Azərbaycan müstəqillik qazandıqdan sonra bu gəlirli sahənin inkişaf etdirilməsi üçün dövlət səviyyəsində kompleks tədbirlərin görülməsinə başlanılmışdır. Artıq bu tədbirlər öz bəhrəsini verməkdədir. Ardını oxu »

Arxiv
Təqvim
Sentyabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
Statistika
  • 0
  • 58
  • 32
  • 955
  • 2,784
ILK-10 Azeri Website Directory