Siyasət

Milli Məclisin növbəti iclası keçirildi

Dünən Milli Məclisin (MM) növbəti plenar iclası keçirilib. 

İclasda ilk olaraq Gənclər və idman komitəsinin tərkibinə dəyişiklik edilməsi məsələsi müzakirə olunub. Dəyişikliyə əsasən, deputatlar Adil Əliyev və Rauf Əliyev sözügedən komitənin üzvlüyündən çıxarılır. Komitə üzvlüyünə 3 deputatın – Rəşad Mahmudovun, Elşən Musayevin və Cavid Osmanovun namizədliyi irəli sürülüb. Dəyişikliklər səsə qoyularaq qəbul edilib.

Ardını oxu »

Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsi sadələşdirilir

EKSPERT BİLDİRİR Kİ, DÖVLƏT BAŞÇISININ İMZALADIĞI FƏRMANDAN SONRA BAKIDAKI ÇOXMƏNZİLLİ BİNALARIN 70-80 FAİZİNDƏ QEYDİYYAT PROBLEMİ HƏLL OLUNACAQ

Prezident İlham Əliyev bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında fərman imzalayıb. 

Fərmanda qeyd olunur ki, Azərbaycanda əhalinin yaşayış səviyyəsinin və sosial rifahının yüksəldilməsi dövlət siyasətinin başlıca prioritetlərindən biridir.

Ardını oxu »

İlham Əliyev Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolsonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlətimizin başçısı Böyük Britaniyaya səfərini və Baş nazir xanım Tereza Meyləgörüşünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev Baronessa Emma Nikolsonun Azərbaycan ilə Böyük Britaniya arasında dostluq və tərəfdaşlıqəlaqələrinin inkişafındakı rolunu və verdiyi töhfələri yüksək qiymətləndirdi.

Ardını oxu »

Bu gün Milli Məclisin növbəti iclası olacaq

Bu gün Milli Məclisin (MM) növbəti plenar iclası keçiriləcək. 

İclasın gündəliyinə 27 məsələ daxil edilib. İlk öncə MM-in Gənclər və idman komitəsinin tərkibində dəyişiklik edilməsi haqqında məsələyə baxılacaq. Təklif olunan dəyişikliyə əsasən, adıçəkilən komitənin iki üzvü Adil Əliyev və Rauf Əliyev komitədən çıxarılacaq, onları Elşən Musayev, Cavid Osmanov və Rəşad Əliyev əvəzləyəcək.

Ardını oxu »

Ermənistan hökumətinin fəaliyyət proqramı sərt tənqid olunur

BU, ÖLKƏNİN ƏSAS PROBLEMLƏRİNİN HƏLLİ ÜÇÜN MEXANİZMLƏRİN ƏKS OLUNMADIĞI EMOSİYALARDAN İBARƏT SƏNƏDDİR

Ermənistan parlamenti tərəfindən ötən həftə hökumətin fəaliyyət proqramı təsdiq edilsə də, bununla bağlı tənqidlər səngimək bilmir. Əslində, proqramın parlamentdə qəbul ediləcəyi gözlənilən idi. Çünki baş nazir Nikol Paşinyanın “Mənim addımım” fraksiyası qanunverici orqanda çoxluq təşkil edir. 

Ardını oxu »

İlham Əliyevin uğurlu regional inkişaf modeli

image description

Azərbaycan bölgələrində son 15 ildə möhtəşəm quruculuq və abadlıq işləri aparılıb

Son 15 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında tarixi uğurlara imza atan Azərbaycan həqiqətən, bu dövrdə böyük və şərəfli yol keçib. İstənilən böyük dövlətlərdə inkişafın davamlılığını təmin edən başlıca amillərdən biri isə məhz strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir.

Ardını oxu »

“2019-2023-cü illəri əhatə edən dövlət proqramının əhəmiyyəti olduqca böyükdür”

“Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə indiyədək qəbul edilən və həyata keçirilmiş Dövlət proqramları mühüm əhəmiyyətə malikdirlər”. 
Bu fikirləri Prezident İlham Əliyevin iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın yekunlarına həsr edilmiş konfrans barədə danışan iqtisadçı, millət vəkili Vahid Əhmədov deyib. 

Ardını oxu »

“Heydər Əliyev – milli-siyasi elitamızın zirvəsi” kitabı çapdan çıxıb

Kitabın müəllifi siyasi elmlər doktoru, professor Vaqif Abdullayevdir.

Heydər Əliyev özündən əvvəlki bəzi siyasətçilərin yolu ilə getmədi, milli həyat və milli mədəniyyətin zamanın sınaqlarından çıxmış dəyərlərindən istifadə etməklə yalnız milli varlıq anlayışının təbliği ilə kifayətlənmədi. O, yaxşı bələd olduğu Azərbaycan xalqının milli xüsusiyyətlərinin metodoloji prinsiplərini elmi həqiqətlərlə əlaqələndirərək qeyri-adi, qeyri-standart siyasət fəlsəfəsini yaratdı.

Ardını oxu »

Strateji tərəfdaşlıq yolunda: Ərdoğanın “soyuq” Moskvada “isti” müzakirələri

Böyük dövlətlərin əməkdaşlığı yalnız milli sərhədlərlə məhdudlaşmır. Onlar geniş geosiyasi məkanda proseslərin dinamikasını yeniləşdirə bilirlər. 

Türkiyə Prezidenti R.T.Ərdoğanın Moskvaya səfərinə bu müstəvidə qiymət verilsə, maraqlı qənaətlər əldə edilə bilər.

Ardını oxu »

Prezident İlham Əliyev 4 ilin yekunları ilə bağlı konfrans keçirir

Yanvarın 29-da “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfrans keçirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev konfransda iştirak edir.

Dövlətimizin başçısı konfransda giriş nitqi söylədi.

Ardını oxu »
Arxiv
Təqvim
Fevral 2019
S M T W T F S
« Jan    
 12
3456789
10111213141516
17181920212223
2425262728  
Statistika
  • 0
  • 76
  • 61
  • 131
  • 1,750
ILK-10 Azeri Website Directory