Siyasət

Daima vətəndaşın yanında: Struktur islahatında işlə təminat prioritetdir

Azərbaycanda bu il ölkə prezidentinin müvafiq fərmanları ilə həyata keçirilən struktur islahatları ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirilib. 

Bu islahatlar ölkədə dövlət idarəçiliyini daha da təkmilləşdirmək, çevikliyini artırmaq, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə həyata keçirilib.

Ardını oxu »

Leyla Abdullayeva: Ermənistan anlamalıdır ki, münaqişənin həlli bütün regionun inkişafı üçün faydalıdır

İtaliyanın “Agenzia Nova” agentliyi Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbərinin müsahibəsini dərc edib.

İtaliyanın ATƏT-ə sədrliyi dövründə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyanatın qəbul edilməsi uzun illər davam edən münaqişənin həlli üçün danışıqların hazırkı intensivliyinə yol açmasına imkan yaratdı.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Bakıda italyan jurnalistlərlə keçirilən və “Agenzia Nova” informasiya agentliyinin müxbirinin də iştirak etdiyi görüş zamanı bildirib.

Ardını oxu »

Səməd Seyidov: “Türkiyənin terrorla mübarizədə rolu böyükdür”

Türkiyənin terrorla mübarizədə rolu böyükdür.

Trend-in məlumatına görə, bunu AŞPA-da “Türkiyədə müxalif siyasətçilərlə bağlı qətnamə layihəsinin müzakirəsi zamanı AŞPA-nın vitse-prezidenti, Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib.

Ardını oxu »

Prezident: “Azərbaycan dünyada böyük etimad qazanan ölkədir”

“İQTİSADİ CƏHƏTDƏN GÜCLÜ AZƏRBAYCAN ÖZ MİLLİ MARAQLARINA ƏSASLANAN MÜSTƏQİL XARİCİ SİYASƏT YÜRÜDÜR”

Dünya İqtisadi Forumunda iştirak etmək üçün İsveçrənin Davos şəhərində səfərdə olan Prezident İlham Əliyevin Çinin CGTN (China Global Television Network) televiziya kanalına geniş müsahibəsi diqqəti çəkən bir sıra əhəmiyyətli məqamları ilə yadda qalıb. 
Dövlət başçısının Azərbaycanın daxili və xarici siyasəti, beynəlxalq arenada, o cümlədən, regional müstəvidə rolu və mövqeyi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, dövlətlərarası əməkdaşlıq əlaqələrində ortaya qoyduğu siyasi iradə, təşəbbüs göstərdiyi irimiqyaslı layihələr və digər məsələlərə dair çinli jurnalistin suallarına əhatəli cavabları, sürətlə qloballaşan dünyanın yeni çağırışlarına ölkəmizin hazırlığı, qarşıda duran əsas vəzifələr, gözləntilərlə bağlı səsləndirdiyi fikirlər, verdiyi mesajlar xüsusi əhəmiyyət kəsb edir.

Ardını oxu »

Prezident Sauli Niinistö: Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımlar atılacağına ümidlər çoxdur

Minsk qrupunun hazırkı prosesini dəstəkləyirəm. İndiki vəziyyət daha optimistdir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət addımlar atılacağına ümidlər çoxdur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Finlandiyanın Prezidenti Sauli Niinistö AŞPA-da azərbaycanlı deputat Rafael Hüseynovun sualına cavabında söyləyib.
Finlandiya Prezidenti AŞPA-da ölkəsinin quruma sədrliyi dövründə nəzərdə tutulan prioritetlərdən danışandan sonra parlamentarilərin suallarını cavablandırıb.

Ardını oxu »

Xoşməramlı missiya

Birinci vitse-prezident Mehriban xanım Əliyeva muğam sənətimizi dünyaya tanıtdı

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Azərbaycan Bəstəkarlar İttifaqının təsis etdiyi “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edildi.

Ardını oxu »

Afrika qitəsindən Azərbaycana böyük maraq…

ZİMBABVE İLƏ ƏLAQƏLƏRİN HANSI ƏHƏMİYYƏTİ OLA BİLƏR?

Azərbaycanın surətli iqtisadi inkişafı, ölkəmizdə həyata keçirilən islahatlar, eyni zamanda, müəllifi olduğu mühüm beynəlxalq layihələr, “açıq qapı” siyasəti ölkəmizə qarşı böyük maraq yaradıb. 

İstər region, istər qonşu, istərsə də məsafəcə bizdən uzaq dövlətlər Azərbaycanla əməkdaşlıqda, münasibətlərin inkişafında öz niyyətlərini bəyan edirlər.

Ardını oxu »

Qurucu Prezident

Bizim siyasətimiz xalqın maraqlarını təmin edən siyasətdir. Bizim siyasətimiz müstəqillik siyasətidir, ­inkişaf siyasətidir. Məhz bizim apardığımız siyasət nəticəsində Azərbaycan son 15 ildə çox böyük və şərəfli yol keçmişdir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti

Klassiklərdən birinin təbirincə desək, xalqlar əhalisinin sayı ilə deyil, bəşəriyyətə bəxş etdikləri dühalarla böyük olurlar. Ardını oxu »

Düşmənə göz dağı – Günnüt əməliyyatı

Şərur-Sədərək istiqamətində yola çıxanlar magistral kənarında yeni vurulmuş istiqamət bildirən bir lövhəni görəcəklər. Bu, işğaldan yenicə azad olunmuş Günnüt kəndinə gedən yolu göstərən lövhədir. Düz 26 il bu yol qəlbimizdən keçib. Bugünsə qəlbimiz qürur hissi ilə dolub. Bu ilin may ayında Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı 11 min hektar ərazi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər ələ keçirilib.

Ardını oxu »

Prezidentin uğurlu Fransa səfəri: Azərbaycan-Avropa İttifaqı əlaqələri inkişaf edir

PARİSDƏ APARILAN DANIŞIQLAR, İMZALANMIŞ SAZİŞLƏR MÜNASİBƏTLƏRİN YENİ MÜSTƏVİYƏ YÜKSƏLMƏSİNƏ STİMUL VERİR

 

Məlum olduğu kimi, iyulun 19-da prezident İlham Əliyev Fransaya rəsmi səfər edib.

Fransa prezidenti Emmanuel Makronun dəvəti əsasında baş tutan səfər çərçivəsində dövlət başçısı Parisdə yüksək səviyyəli dövlət rəsmiləri, aparıcı şirkət rəhbərləri ilə səmərəli görüşlər keçirib, siyasi və iqtisadi əlaqələrin inkişafı istiqamətində mühüm danışıqlar aparıb. Ardını oxu »

Arxiv
Təqvim
Fevral 2019
S M T W T F S
« Jan    
 12
3456789
10111213141516
17181920212223
2425262728  
Statistika
  • 0
  • 74
  • 59
  • 129
  • 1,748
ILK-10 Azeri Website Directory