İqtisadiyyat

Cəlilabadda 42 min əhalinin yaşadığı kəndlərin yolları yenidən qurulur

Cəlilabad rayonunda 5 istiqamət üzrə kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurulur. 

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, ümumi uzunluğu 35 km olan Maşlıq-Muğan, Muğan-Söyüdlü, Söyüdlü-Kazımabad, Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil

Ardını oxu »

Azərbaycan Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzv ola bilər

İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) Şurasının illik sessiyası öz işinə başlayıb. İclasda ölkəmizi nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Ardını oxu »

“Azərişıq” cənub bölgəsində yenidənqurma işləri aparır

“Azərişıq” ASC ölkənin bütün regionlarında apardığı tikinti-bərpa işlərini Cənub regionunda da davam etdirir. 

“Azərişıq” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, Cənub Regional Elektrik Təchizatı və Satış İdarəsinin (RETSİ) xidməti ərazisindəki istismar müddətini başa vurmuş yarımstansiyalardan tutmuş elektrik hava xətlərinə qədər bütün istiqamətlərdə şəbəkələr hissə-hissə yenidən qurulur. İstehlakçıların Ardını oxu »

Qida Təhlükəsizliyi Agentliyi süd məhsullarında brusellyoz xəstəliyi və onun fəsadları ilə bağlı araşdırma aparıb

Qida Təhlükəsizliyi Agentliyi süd məhsullarında brusellyoz xəstəliyi və onun törətdiyi fəsadlarla bağlı maraqlı bir araşdırma aparıb.

Bu barədə AZƏRTAC-a agentliyin Kommunikasiya və İnformasiya Texnologiyaları şöbəsindən bildirilib. Ardını oxu »

Azərbaycanda dayanıqlı iqtisadi inkişaf keyfiyyətcə yeni mərhələyə qədəm qoyub

Son 14 il Azərbaycanın müasir tarixinə iqtisadi, sosial, siyasi və mədəni inkişafının dönüş mərhələsi kimi daxil olub. Bu dövr ərzində uğurla həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyat 3,2 dəfə artıb, Azərbaycan dünyanın ən dinamik inkişaf yolu keçən iqtisadiyyatı kimi tanınıb, özünün nadir iqtisadi inkişaf modelini təqdim edib. Ölkənin maliyyə imkanları tarixi maksimuma çatdırılıb. Azərbaycan Cənubi Qafqazın və ətrafın iqtisadi coğrafiyasını dəyişdirməyə qadir olan möhtəşəm layihələrin təşəbbüskarı missiyasını qətiyyətlə öz üzərinə götürüb. Ardını oxu »

Avropa İnvestisiya Bankı TANAP-ın tikintisinə 932 milyon avro kredit ayırıb

Bu barədə bankın mətbuat xidməti məlumat yayıb. Məlumatda deyilir ki, əvvəlcə layihənin kreditləşməsi Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankına həvalə olunmuşdu. 2017-ci ilin oktyabrında AYİB layihəyə 500 milyon dollar kredit ayırıb.

Məlumat üçün qeyd edək ki, Avropa İttifaqı üçün ən prioritet layihələrdən biri olan “Cənub” qaz dəhlizi layihəsi Xəzər dənizindən hasil olunan Azərbaycan təbii qazının Gürcüstan vasitəsilə Türkiyəyə, oradan da Avropaya nəqli üçün nəzərdə tutulub. Ardını oxu »

Siyəzəndə 3 avtomobil yolu yenidən qurulur

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq bu il reallaşdırılması nəzərdə tutulan 63 kənd və qəsəbələrarası avtomobil yollarının yenidən qurulması layihələri çərçivəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən böyük miqyasda tikinti və bərpa işləri aparılır.

Agentlikdən verilən məlumata görə, Siyəzən rayonunda bu çərçivədə ümumi uzunluğu 56,6 km olan və 37,3 min əhalinin yaşadığı 14 yaşayış məntəqəsini əhatə edən 3 avtomobil yolunun yenidən qurulması nəzərdə tutulub. Ardını oxu »

Daha bir yaşayış məntəqəsinə ilk dəfə təbii qaz verilib

SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyi tərəfindən respublika ərazisində qaz təchizatı sisteminin yenidən qurulması, kənd və qəsəbələrin qazlaşdırılması istiqamətində görülən məqsədyönlü tədbirlər davam etdirilir.

Birlikdən verilən məlumata görə, bu günlərdə Beyləqan rayonunun Birinci Şahsevən kəndinə təbii qazın verilməsi kənd sakinləri tərəfindən böyük sevinclə qarşılanıb. Ardını oxu »

Arıçılıq gəlirli sahədir

Azərbaycan iqtisadiyyatında arıçılığın mühüm yeri var. Ölkəmizdə arı ailələrinin sayı əvvlki illərlə müqayisədə artırılaraq hazırda 238 minə çatdırılmışdır. Bu mühüm və gəlirli sahənin daha da inkişaf etdirilməsi üçün son illər bir sıra məqsədyönlü tədbirlər həyata keirilmişdir. 2020-ci ildə arı ailələrinin sayının 310 minə çatdırılması nəzərdə tutulmuşdur.Yeri gəlmişkən onu da deyək ki, Cənubi Qafqazda nektar verən bitki örtüyünün 61 faizi Azərbaycanın payına düşür. Bu, o deməkdir ki, ölkəmizin arıçılığın inkişafı  sahəsində böyük potensialı və perspektivləri var. Ardını oxu »

İki ayda Naxçıvan Muxtar Respublikasına 46 minə yaxın turist gəlib

Naxçıvan Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, bu ilin yanvar-fevral aylarında muxtar respublikaya 45 min 833 turist gəlib. Bu isə 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz və ya 1 161 nəfər çoxdur.

Məlumatda o da vurğulanır ki, muxtar respublikada aparılan quruculuq-abadlıq işləri, tarixi-mədəni abidələrə göstərilən qayğı və turistlər üçün yaradılan əlverişli şərait bu qədim diyarın Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 194
  • 151
  • 1,087
  • 3,449
ILK-10 Azeri Website Directory