Din

Daşkəsəndə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilib

25 avqust 2015-ci il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin inzibati binasında “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirildi.\r\nKonfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad etdilər. Ardını oxu »

Kamal Abdullayev: Multikulturalizm Azərbaycanın dövlət siyasətində prioritet istiqamətdir

Kamal Abdullayev: Multikulturalizm Azərbaycanın dövlət siyasətində prioritet istiqamətdir\r\n

  «Azərbaycanda dövlət-din münasibətləri sağlam təməl üzərində formalaşıb və inkişaf edir».

\r\n

\r\n

\r\n\r\nBu fikri Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri Kamal Abdullayev deyib.\r\n\r\nK.Abdullayev bildirib ki, milli mənəvi dəyərlərin inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Onun sözlərinə görə, əsas məsələ məscidlərdə, dini müəssisələrdə ümumi maarifçilik prinsiplərinin qoyulmasıdır.\r\n\r\n

\r\n Ardını oxu »

Azərbaycanda məscidlərdə bayram namazı qılındı (VİDEO)

Azərbaycanlarda məscidlərdə 9.08.2013Bu gün səhər əksər məscidlərdə, o cümlədən Təzə Pir Məscidində bayram namazı qılınıb\r\nAzərbaycanda müqəddəs Ramazan ayının başa çatması münasibətilə bu gün səhər əksər məscidlərdə, o cümlədən Təzə Pir Məscidində bayram namazı qılınıb.\r\nTrend-in məlumatına görə, yeni Ay Azərbaycan ərazisində dünən müşahidə olunmadığından bayram namazı bu gün səhər qılınıb.\r\nQeyd edək ki, dünyanın bəzi müsəlman ölkələrində Ramazan bayramı ilə bağlı bayram namazı avqustun 8-də qılınıb.\r\n\r\nAzad Əliyev Ardını oxu »

Bakıda Ramazana görə bu marşrutlar pulsuz olacaq – Siyahı

Bakıda Ramazana görə 5.08.2013Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Ramazan bayramı münasibəti ilə sosial aksiyaya start verib.\r\nNəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, Ramazan bayramının ilk günü kimi 8 avqust saat 06:00-dan saat 24:00-a qədər ictimai nəqliyyat xidmətləri pulsuz olacaqdır. Müəyyən olunmuş marşrutlardan gün ərzində istifadə edən sərnişinlər gediş haqqı ödəməyəcəklər.\r\nAksiya Ramazan bayramı ilə bağlı həyata keçirilir və bir gün davam edəcək.\r\nBu aksiya ilk dəfə olaraq Nəqliyyatı Intellektual Idarəetmə Mərkəzi tərəfindən həyata keçirilib. Ardını oxu »

Milli-mənəvi dəyərlərimizdən uzaq düşməyək

Qax, 2 avqust (AzərTAc). Mübarək Ramazan ayı münasibətilə Qax şəhərindəki C.Cabbarlı adına mərkəzi kitabxanada “Ramazan ayı və orucluqla tanınmış islam” mövzusunda “dəyirmi masa” keçirilmişdir.\r\nAzərTAc xəbər verir ki, ziyalıların, dindarların, gənclərin iştirak etdikləri tədbirdə mübarək Ramazan ayının əhəmiyyətindən, milli adət-ənənələrimizə göstərilən qayğıdan bəhs edilmişdir.\r\nBildirilmişdir ki, milli-mənəvi dəyərlərimizin içərisində dinin xüsusi yeri vardır. Ardını oxu »

Ramazan ayı münasibətilə iftar süfrəsi açıldı

Ramazan ayı münasibətilə iftar süfrəsi açıldı 27.07.2013Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyi Ramazan ayı münasibətilə iftar süfrəsi təşkil etmişdir. Dövlət orqanları nümayəndələrinin, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi yerli şöbəsi əməkdaşlarının, eləcə də şəhid ailələrinin və imkansızların, ümumən oruc tutanların iştirak etdiyi mərasim Qurani-Kərimdən ayələrin oxunması ilə başladı.\r\nİcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək Ramazanın həmrəylik, dostluq, qardaşlıq, sevgi, mərhəmət və ruzi ayı olduğunu bildirdi. Azərbaycanda təşkil olunan iftar süfrələrinin də ölkəmizin ənənəvi tolerantlığını və sıx birliyini nümayiş etdirdiyini deyən icra başçısı ulu öndər Heydər Əliyevin Azərbaycanda təməlini qoyduğu sabitlik, inkişaf, vicdan azadlığı və tolerantlığın Prezident İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirdi. Bu tolerantlığı beynəlxalq birliyin də etiraf etdiyini qeyd edən icra başçısı respublikamızda milli-mənəvi dəyərlərimizin qorunub möhkəmləndirilməsində Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olduğunu vurğuladı.\r\nDin xadimləri çıxış edərək müstəqil Azərbaycana əmin-amanlıq, sülh arzuladılar. Torpaqlarımız uğrunda şəhid olanlara Allahdan rəhmət diləyib, ruhuna dualar oxudular.\r\nSonra iftar süfrəsi açıldı.

Allah orucunuzu qəbul etsin!

Sabah Ramazan ayının birinci qedr gecesidir 27.07.2013İftar duası: “Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.\r\nTərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”\r\nRamazan ayının 18-ci gününün duası: “Allahummə nəbbihni fihi libərəkati əsharih. Və nəvvir fihi qəlbi biziyai ənvarih. Və xuz bikulli ə’zai ilət-tibai asarih. Bi-nurikə ya münəvvirə qulubil-arifin”. Ardını oxu »

Bu günün Ramazan təqvimi (26 iyul)

Bu günün ramazan təqvimi 26.07.2013İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt, ehtiyac və arzularımı yerinə yetir!\r\n17 ramazan 1434 – 26 iyul 2013\r\nImsaq: 05.06\r\n İftar: 21.19\r\n17-ci günün duası: Allahummə əhdini fihi lisalihil-əmal. Vəqzi li fihil-həvaici vəl-amal. Ya mən la yəhtəcu ilət-təfsiri vəs-sual. Ya alimən bima fi suduril-aləmin. Səlli əla Muhəmmədin və alihit-tahirin.\r\n(İlahi, bu gün məni saleh əməllərə doğru yönəlt! Ehtiyac və arzularımı yerinə yetir! Ey izaha və suala ehtiyacsız, qəlblərdəkindən xəbərdar olan Allah! Muhəmmədə və pak əhli-beytinə salavatın olsun!). Ardını oxu »

Azərbaycanda hicaba heç bir qadağa yoxdur

Elşad İskəndərov “məktəblərdə hicaba icazə verilməməsi dindən çıxmaqdır” kimi fikirləri bolşeviksayağı yanaşma adlandırıb.\r\n\r\n“Bəzi Avropa ölkələrindən fərqli olaraq, Azərbaycanda hicaba heç bir qadağa yoxdur”. APA-nın xəbərinə görə, bunu 1 illik fəaliyyətinin yekunları ilə əlaqədar aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərov bildirib.\r\nE.İskəndərov qeyd edib ki, orta məktəblərdə vahid məktəbli formasının tətbiq edilməsi dini etiqad azadlığı ilə bağlı məsələ deyil, dövlətin dünyəvi təhsilinin prinsipidir: “Məktəb uşaqlar üçün dövlətin təmsilçisidir. Cəmiyyətdə sosial ədalətsizliyə yol verməmək üçün Azərbaycan məktəblərində vahid məktəbli formasına keçilib. Bu proses əslində yetkinlik yaşına çatmayan uşaqların dini etiqad azadlığını qoruyur. Hər bir uşağın gələcəkdə istədiyi dini və ona uyğun yaşam tərzini şüurlu şəkildə seçmək hüququ var. Eyni zamanda anlaşılandır ki, bu proses çərçivəsində az da olsa, məktəb təhsilindən kənarda qalmış balalarımız var. Onların və valideynlərinin narahatlığı anlaşılandır”. Ardını oxu »

Dünyanın ən böyük məscidi Azərbaycanda olacaq

Bakının Qaradağ rayonu ərazisində Xəzər dənizi içərisində süni adalar üzərində salının “Xəzər adaları” şəhərində dünyanın ən böyük məscidi tikiləcək.\r\n\r\nBu barədə “Xəzər adaları” layihəsinin müəllifi, “Avesta Concern”nin rəhbəri Hacı İbrahim Nehrəmli deyib.\r\n\r\nXatırladaq ki, Pakistanın paytaxtı İslamabadda yerləşən “The Shah Faisal Mosque” (Şah Faisal Məscidi) Ginesin rekordlar kitabına düşmüş dünyanın ən böyük məscididir. Bu məscidin tikintisinə 1976-cı ildə başlanılıb, 1986-cı ildə isə başa çatıb. Ənənəvi məscidlərdən çox fərqli görünüşə malik olan Şah Faisal məscidi ərəb çadırları şəklində çox geniş ibadət yerinə və 4 minarəyə sahibdir. Məscidin 5000 kvadratmetr sahəsi var və əsas ibadəd yerində 74 min nəfər, açıq ərazisində isə 200 min nəfər ibadət edə bilir. Şah Faisal məscidinin tikintisi 120 milyon ABŞ dollarına başa gəlib. /SalamNews/

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 1,003
  • 3,059
ILK-10 Azeri Website Directory