Sosial

Əli Əhmədov: “İlham Əliyevin rəhbərliyi dövründə 1,9 milyon iş yeri yaradılıb”

“Azərbaycan prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə 1,9 milyon yeni iş yeri yaradılıb”. 

“APA-Economics” xəbər verir ki, bunu baş nazirin müavini Əli Əhmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda məşğulluq dövlət strategiyasının əsasını təşkil edir.  Ardını oxu »

Suraxanıda silsilə maarifləndirici mühazirələr davam edir

Suraxanı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə Bülbülə qəsəbəsi, 327 nömrəli tam orta məktəbdə, Yeni Suraxanı qəsəbəsi, 89 nömrəli tam orta məktəbdə, “Suraxanıoyl” Əməliyyat şirkətində “Azərbaycan Xalq Cümhuriyyəti-100” mövzusunda maarifləndirici tədbirlər keçirilib. Ardını oxu »

Sürücülük imtahanı və sürücülük vəsiqəsinin dəyişdirilməsinə dair yeni tələb

Nazirlər Kabineti “Nəqliyyat vasitəsini idarə etmək hüququ verən sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi və onlara sürücülük vəsiqəsinin verilməsi qaydaları haqqında Əsasnamə”də dəyişiklik edib. 

APA-nın məlumatına görə, qüvvədə olan Əsasnaməyə əsasən sürücülərin hazırlanması və onların ixtisasının artırılması kurslarının məzunları Qeydiyyat İmtahan Məntəqəsində (QİM) yol hərəkəti qaydaları üzrə nəzəri və nəqliyyat vasitələrini idarəetmə vərdişləri üzrə təcrübi imtahanlar verməlidirlər.  Ardını oxu »

Dövlət Əmək Müfəttişliyi Xidməti Bərdədə seminar keçirdi

Dünən Bərdədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidməti “Əmək müqavilələrinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin  əsasları və qaydaları” mövzusunda seminar keçirib. Ardını oxu »

Dərman vasitələrinin qeydiyyatı ilə bağlı qanuna dəyişiklik təklif olundu

Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarılıb. 

APA-nın məlumatına görə, qanunun 6-cı (Dərman vasitələrinin dövlət qeydiyyatı) maddəsinin 1-ci bəndində edilən dəyişikliyə əsasən, dövlət qeydiyyatı məqsədilə dərman vasitələrinin və həmin Ardını oxu »

Azərbaycanda gözün buynuz qişasının transplantasiyası həyata keçirilir

Azərbaycanda gözün buynuz qişasının transplantasiyası əməliyyatlarının icrasına başlanıb. 

APA-nın məlumatına görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bu gün keçirilən iclasında bildirib.

O qeyd edib ki, artıq bu əməliyyatlar icra olunur. Ardını oxu »

Azərbaycan əməyin mühafizəsi sahəsində fəal dövlət siyasəti yürüdür

Beynəlxalq Əmək Təşkilatının (BƏT) məlumatına əsasən, dünyada hər il 337 milyon istehsalatla əlaqəli bədbəxt hadisə baş verir və bu hadisələrdə təxminən 2,02 milyon işçi dünyasını dəyişir, 317 milyon nəfər isə peşə xəstəliklərindən əziyyət çəkir, nəticədə dünya iqtisadiyyatı ÜDM-nin 4 faizi miqdarında itkiyə məruz qalır. Bu acı statistika nəzərə alınmaqla, BƏT-in təşəbbüsünə əsasən, işçi insanların sağlam və təhlükəsiz əmək şəraiti ilə təmin olunmasına dünya ictimaiyyətinin diqqətinin artırılması üçün 2003-cü ildən  28 aprel — Ümumdünya Əməyin Mühafizəsi günü kimi qeyd edilir. Ardını oxu »

May ayı üçün qeyri-iş günləri açıqlandı

May ayında 2 qeyri-iş günü olacaq. Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən, 9 May – Faşizm üzərində Qələbə günü və 28 May – Respublika günü iş günləri hesab edilmir. 

Bu barədə “APA-Economics”ə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev məlumat verib.  Ardını oxu »

Prezident Administrasiyasının işçiləri üçün daha bir yaşayış binası tikiləcək

Bakı şəhər İcra Hakimiyyəti Prezident Administrasiyasının işçiləri üçün yeni 6 girişli, 20 mərtəbəli yaşayış binasının tikintisinə icazə verib. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tikinti obyektinin sifarişçisi Prezidentin İşlər İdarəsidir.  Ardını oxu »

Şəmkir: 80 min tut tingi. Lakin bu da son hədd deyil

Şəmkir tezliklə ölkənin ən çox barama istehsal edən rayonlarından biri olacaq. Çünki bu rayonda kənd təsərrüfatının, eləcə də sahibkarlığın inkişafına xüsusi diqqət yetirilir. Dövlət başçısının tapşırığına əsasən kənd təsərrüfatının yüksək gəlir gətirən sahələrindən olan baramaçılığın əvvəlki şöhrətini qaytarmaq üçün Şəmkirdə kompleks tədbirlər

Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 194
  • 151
  • 1,087
  • 3,449
ILK-10 Azeri Website Directory