Sosial

Dövlət qulluğu üzrə müsabiqənin test imtahanına qeydiyyat elan olundu

Dövlət İmtahan Mərkəzi avqustun 18-də inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçirəcək. 

Mərkəzdən APA-ya verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq. Sənədlərin qəbulu 23 iyuldan 8 avqust saat 18:00-dək davam edəcək. Ardını oxu »

Xalq və iqtidar vəhdətinin mənəvi qələbəsi

Ulu Öndərimiz Heydər Əliyev demişdir: “Müstəqilliyimiz sarsılmazdır, dönməz və əbədidir”. Müstəqilliyimizin bərpasından 25 ildən artıq vaxt keçir.
İndi Ümummilli liderin bu sözləri həqiqətin təntənəsi kimi səslənir. Çünki Ulu Öndərin böyük dövlət siyasəti xalqımıza öz ilk müstəqil hakimiyyətinin – Azərbaycan Demokratik Respublikasının ənənələrinə sahib çıxmağa və onu inamla yaşatmağa münbit siyasi, milli-mənəvi şərait yaratdı. Ardını oxu »

Saxta və yanlış əlillik təyinatları alan şəxslərə pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb

Əlilliyin qiymətləndirilməsi və reabilitasiya sisteminin təkmilləşdirilməsi məqsədilə 2018-ci ilin may ayının əvvəlində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış İşçi Qrupu tərəfindən aparılan araşdırmaların ilkin nəticələrinə əsasən, cari ilin birinci rübündə risk qrupu xəstəlikləri ilə əlaqədar yanlış əlillik təyinatları barədə qərarlar dərhal ləğv edilməklə, bu şəxslərə yönələn pensiya, müavinət və təqaüd ödənişləri dayandırılıb və onlara ödənilmiş vəsaitin dövlət büdcəsinə bərpası üçün təxirəsalınmaz tədbirlər görülüb. Ardını oxu »

İranın səhiyyə naziri Azərbaycandadır

İranın səhiyyə, müalicə və tibbi təhsil naziri Seyid Həsən Qazizadə Haşimi Azərbaycana gəlib. 

APA-nın xəbərinə görə, nazir Seyid Həsən Qazizadə Haşimi Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyevlə görüşəcək.  Ardını oxu »

102 nəfər əlilliyi olan şəxs Nabran istirahət zonasına yola salındı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlilliyi olan şəxslərin istirahətinin təşkili işlərinin davamı olaraq, bu təbəqədən olan şəxslərdən daha 102 nəfəri Xaçmaz rayonundakı Nabran istirahət zonasında yerləşən istirahət mərkəzinə göndərib. Ardını oxu »

Əmək və əhalinin sosial müdafiəsi naziri Lənkəranda vətəndaşları qəbul edəcək

İyulun 20-də Lənkəranda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vətəndaşları fərdi qaydada qəbul edəcək.

Nazirlikdən verilən məlumata görə, görüşdə Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinləri iştirak edə bilər. Ardını oxu »

DGK sədri Qaxda vətəndaşları qəbul etdi

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edib. 

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşü qrafikinə uyğun olaraq bu gün DGK sədri, gömrük xidməti general-leytenantı S. Mehdiyev Qax şəhərindəki Heydər Əliyev Mərkəzinin inzibati binasında Balakən, Zaqatala və Qax  Ardını oxu »

Ombudsmanın təqdimatı əsasında indiyədək 638 nəfər əfv edilib

İndiyə kimi Ombudsmanın təqdimatı əsasında 638 nəfər əfv edilib. 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bildirib.

O qeyd edib ki, Azərbaycanda 11 amnistiya aktı qəbul edilib və 64 əfv sərəncamı imzalanıb.

E. Süleymanova onu da qeyd edib ki, sonuncu əfv sərəncamı ilə azadlığa qovuşanlardan 72 nəfərinin adı Ombudsman tərəfindən təqdim edilib.  Ardını oxu »

Çiyələk yeyərkən nələrə diqqət yetirmək lazımdır?

Çiyələk həm uşaqlar, həm də böyüklər tərəfindən sevilərək yeyilən giləmeyvələrdən biridir. Bol miqdarda dəmir və fosfora malik olan çiyələyin tərkibi A, B, C və K vitaminləri baxımından da olduqca zəngindir. Bu giləmeyvə növü güclü antioksidant xüsusiyyətə malikdir və immuniteti gücləndirir. Ardını oxu »

Tibb İşçilərinin Peşə Bayramı günüdür

Xalqımızın ümummilli lideri Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən, hər il iyunun 17-si ölkəmizdə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd olunur.

Bu gün öz mənbəyini Azərbaycan Xalq Cümhuriyyətinin 100 il əvvəlki tarixindən götürür. Ardını oxu »

Arxiv
Təqvim
Fevral 2019
S M T W T F S
« Jan    
 12
3456789
10111213141516
17181920212223
2425262728  
Statistika
  • 0
  • 74
  • 59
  • 129
  • 1,748
ILK-10 Azeri Website Directory