Məktublar

Dəniz məsuliyyətsizliyi və səhlənkarlığı bağışlamır

Bədən tərbiyəsi dərslərində üzgüçülüyün öyrədilməsi sağlamlığa da xeyirlidir, sağ qalmağa da…

Dəniz sahilində yaşayırıq – Bakının, Abşeronun üç tərəfi sudur. Xəzər boyu başqa rayon və yaşayış məntəqələrimiz də az deyil. Ölkəmizdə çox sayda çay, göl, kanal və kiçik su hövzələri də var. Amma di gəl ki, əhalinin əksəriyyəti üzməyi bacarmır. Təəssüf ki, hər yay – çimərlik mövsümündə müəyyən sayda vətəndaşımız, o cümlədən uşaq və gənclərimiz su hövzələrində boğularaq həyatlarını itirir. Acınacaqlı haldır. Ardını oxu »

Daha sudan korluq çəkmirik

Biz İsmayıllı rayonunun Zeyvə kəndində yaşayırıq. Xankəndi inzibati ərazi dairəsinə daxilik. Kəndimiz 138 evdən ibarətdir. Bir vaxtlar Rusiyanın  müxtəlif şəhərlərinə qazanc üçün gedənlər də  öz dədə-baba yurdlarına qayıdıblar. Bundan sonrakı həyatlarını da burada davam etdirməyə qərar veriblər. Dövlət qayğısını həmişə  hiss edir, nəticələri də görürük. Elə bir çətinliyimiz yoxdur. Bircə içməli su  təminatımız zəif idi.\r\n\r\n Ardını oxu »

Qaraçöhrə meşəliyi baxımsız qalıb

\r\n\r\n

Lerik rayonunun dağlar qoynunda yerləşən Hamarat kəndi füsunkar təbiəti ilə görənləri valeh edir. Ulu Tanrı bu yerlərdən heç nəyi əsirgəməyib. Torpağı bərəkətli, suyu boldur. Yamaclarda, dərələrdə, təpələrdə çox sayda dərman otları bitir. Hamaratdan bir az aralı, dəniz səviyyəsindən 1300 metr hündürdəki ərazidə isə neçə illərin yadigarı olan qaraçöhrə ağacları baş-başa verib…\r\n\r\nQaraçöhrə – dünyada nadir ağac növüdür. Azərbaycanda Qəbələ rayonunda rast gəlinir. Həmişəyaşıl, iynəyarpaqlıdır. Qaraçöhrə meşəliyi isə təkcə Hamarat kəndindədir. Bu meşəlikdə 140 ağac var. Ardını oxu »

“Şəmkir səbəti”nin açılışı maraqla gözlənilir

\r\n\r\n

Rayonumuzda aqrar sahənin, xüsusən faraş tərəvəzçiliyin inkişafı, məhsulun tədarükü və satışı sahəsində müəyyən tədbirlər həyata keçirilir. Bu məqsədlə Çinarlı qəsəbə bələdiyyəsinin nəzdində “Şəmkir səbəti” adlı yaşıl market kompleksi inşa olunur. İstər  alıcı, istərsə də satıcılar üçün çox sərfəli layihədir. Bakı-Qazax yolunun yaxınlığındakı beş hektar sahədə  milli memarlıq üslubunda 150 taxta köşk düzəldilib. Müxtəlif kənd təsərrüfatı məhsulları üçün ayrı-ayrı bölmələr yaradılır. Ardını oxu »

Dövlət qayğısı bizi firavanlığa qovuşdurur

Bizim Sabirabad camaatı həmişə xalqımızın ümummilli lideri Heydər Əliyevə sədaqətli olub. Ulu öndər Heydər Əliyev də sabirabadlıları çox sevirdi. Azərbaycana rəhbərlik etdiyi dövrdə 14 dəfə Sabirabadda olması bu bölgəyə xüsusi qayğı və diqqətinin göstəricisidir. Onun hər gəlişi rayonumuzda unudulmaz izlər qoyur, Sabirabadın sürətli inkişafına güclü təkan verirdi.\r\nO zaman müxtəlif vəzifələrdə çalışmışam. Çox hadisənin şahidiyəm. O böyük ürək sahibinin qayğısını hər gün hiss edirdik. Onun hər səfəri bütün bölgədə yüksək əhval-ruhiyyə yaratmaqla yanaşı, rayonda yeni-yeni sosial obyektlərin araya-ərsəyə gəlməsini reallaşdırırdı. O zaman Heydər Əliyevin təşəbbüsü ilə rayonumuzda möhtəşəm bir mədəniyyət sarayı da inşa olundu. Ardını oxu »

Biz bu müstəqilliyi qanımızla qazandıq, qanımızla da qoruyacağıq

7Milli və dövlət müstəqilliyi xalqın nail ola biləcəyi ən ali dəyər, ən yüksək mərtəbədir. Ağır və məşəqqətli sınaqlardan keçir müstəqillik, suverenlik yolu. Bəzən müstəqilliyə qovuşmaq üçün əsrlərlə mübarizə aparmaq, müəyyən tarixi məqamı gözləmək gərək olur.\r\nYalnız həmin tarixi şərait və məqam yetişdikdə real nəticə alınır – verilən qurbanlar, axıdılan qanlar məna kəsb edir. Keçilən yol hərdən odlu-alovlu, məhrumiyyətlərlə dolu, bəzən də uzun olur. Amma xalqın iradə və idealları bu məntiqi sonu zəruri edir. Heç kimə mərcidə müstəqillik təqdim olunmayıb. Bu gün malik olduğumuz dövlət müstəqilliyi də xalqımızın qanı, çəkdiyi əziyyətlər sayəsində ərsəyə gəlib. 20 Yanvar hadisələri zamanı saxta dövlətin öz xalqına silah çevirməsi onun öz faciəsinə, süqutuna gətirib çıxardı. Ardını oxu »

On yaşlı məktəbin uğurları

On il əvvəl İsmayıllı şəhərindəki ümumtəhsil məktəblərinin sırasına biri də qoşuldu. 5 nömrəli tam orta məktəb “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa edilən yeni binada fəaliyyətə başladı. 480 şagirdlik bu təhsil ocağında hər cür şərait yaradılmışdır. Elə həmin ildən də yeni məktəb uğurlarını artırmağa başladı.\r\nÖtən on il ərzində təhsil ocağının 236 məzunu ali məktəblərə qəbul olunub. Onların 38 nəfəri 600-dən yuxarı bal toplayıb. Məzunlardan Ləman Abbasova və Nurlan Vəlizadə Prezident təqaüdünə layiq görülüblər. Təkcə 2013-2014-cü dərs ilində məzunlardan 42 nəfəri müvəffəqiyyətlə imtahan verib ölkənin sayılıb-seçilən ali təhsil ocaqlarına daxil olub. Şəhla Abdullayeva və Badam Bədəlova orta məktəbi qızıl medalla bitiriblər. Ardını oxu »

Hamıya xoş gedər

1Yas mərasimlərinin sadələşdirilməsi, israfçılığın aradan qaldırılması istiqamətində tövsiyə xarakterli maarifçiliyin səmərəsi göz qabağındadır: indi əksər yerlərdə mərasimlər sadə, izafi məsrəfsiz keçirilir. Amma mütərəqqi təkliflərə inadla müqavimət göstərən və əməl etmək istəməyənlər də var. Başqa sözlə, köhnə “ənənə”lərə sadiqliyi ilə seçilənlərə hələ də rast gəlinir. Bu, çox adamı narahat edir. Fikrimcə, ona görə də yas mərasimlərinə yeni yanaşma normaya çevrilənədək maarifləndirmə işi davam etdirilməlidir. Ardını oxu »

Yaradılan şərait rahatlığımızı təmin edib

Uzun illərdir ki, Naxçıvan şəhərində yaşayırıq. Bu şəhərin də ildən-ilə, aydan-aya gözəlləşməsi hər birimizi sevindirir. Yeni tikilən bir-birindən gözəl binalar, yaşayış kompleksləri, təzə salınan küçə və parklar baxdıqca könül açır.\r\nŞəhərimizin təmizliyi, yolların rahatlığı bu gözəlliyi daha da artırır. Yaşadığımız Atatürk prospektindəki 5 nömrəli yaşayış binası köhnə tikililərdən idi. Doğrudur, binada yaşamaq üçün zəruri ehtiyaclar – təbii qaz, elektrik enerjisi daimi olsa da, müəyyən çətinliklər də vardı. Həmişə şəhərimizdəki əksər yaşayış binalarının müasir formada yenilənməsini gördükcə sevinir, istəyirdik ki, bu müasirlikdən bizim binaya da pay düşə. Ardını oxu »

Uğurların sayı artır

Ölkəmizdə idmana göstərilən qayğı rayonumuzun idman həyatını da canlandırır. Keçmişdə adlı-sanlı idmançılar əsasən paytaxt Bakını və digər iri şəhərləri təmsil edirdilərsə, indi bölgələrdə yetişən idmançılar da beynəlxalq yarışlarda yüksək nəticələrə imza atırlar.\r\nİdmanın kütləviliyinin artması gənclərin hərbi-vətənpərvərlik ruhunun yüksəlməsinə də müsbət təsir edir. İdmanla məşğul olan yeniyetmə həqiqi hərbi xidmətə çağırışa qədər həm fiziki, həm də mənəvi-psixoloji hazırlıq baxımından üstün keyfiyyətlər qazanır. Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 194
  • 151
  • 1,087
  • 3,449
ILK-10 Azeri Website Directory