Yazar

Layla, Xocalım, layla…

Şahanə MÜŞFİQ

Anamın həzin laylası gecənin səssizliyinə qarışıb gözəl bir ahəng yaratmışdı. Günlərdir qorxu keçirməyimizə baxmayaraq, onun səsi insana sanki mənəvi rahatlıq bəxş edirdi.
Bu səsdə o qədər incəlik, zəriflik və inam hissi vardı ki, biz artıq özümüzü səsin sehrinə qapdırıb ətrafımızda baş verən bütün pislikləri, qorxunu, əzabı unutmuşduq. Ardını oxu »

Bizim Himalay müəllim… – Pərvin yazır

PƏRVİN

21 fevral dəyərli alim, filologiya üzrə fəlsəfə doktoru, professor Himalay Qasımovun doğum günüdür.
Əslində, ömrünün böyük hissəsini elmə, ədəbiyyata həsr etmiş adam haqqında, hələ üstəlik həmişə, hər yerdə ustadım adlandırdığım əziz müəllimim barəsində məqalə yazmağın çətinliyini başa düşürəm. Himalay müəllimin hər əsəri, hər kitabı, hər məqaləsi ayrıca bir tədqiqat mövzusudur.

Ardını oxu »

“Yaddaş yarpaqları”ndan: Şabranda çəkilən film

Aydın TAĞIYEV
Ötən əsrin 77-ci ili, yayın ortaları idi. Bizim keçmiş Dəvəçi – indiki Şabran şəhərinə səs düşdü ki, bəs Bakıdan, kinostudiyadan artistlər gəlib, rayonumuzda hansısa bədii filmin çəkilişləri gedəcək.

Bu o illərdə əyalətdə yaşayanlar üçün maraqla qarşılanası bir xəbər idi. Axı o vaxta qədər bizim rayonda heç bir film çəkilməmişdi. Əlbəttə, yerli sakinlər onlara tanış yerləri ekranlarda görməkdən çox məmnun olar, qürur duyardılar. Ardını oxu »

95 yaşın mübarək, “Azərbaycan” jurnalı!

Milli mətbuatımızın əvəzsiz örnəklərindən olan “Azərbaycan” jurnalı ədəbi fikir tariximizdə ciddi rol oynamış nadir ədəbi mətbu orqanlardan biridir. 
Neçə-neçə ədəbi nəsil ilk dəfə bu jurnalda öz sözünü deyib, ədəbi istedadını nümayiş etdirib. XX əsrin elə bir yazarı tapılmaz ki, “Azərbaycan” jurnalının qapıları onun üzünə açılmasın. Dövrün gənc yazıçılarının söz, qələm tribunası olan “Azərbaycan” jurnalı haqqında Nəbi Xəzrinin “Biz hamımız “Azərbaycan” jurnalının şinelindən çıxmışıq” ifadəsi tam yerində işlənib. Ardını oxu »

Azərbaycan Teleradiosu: böyük uğurlar yolunda

Azərbaycan Teleradiosu: <b style="color:red">böyük uğurlar yolunda</b>Sadıq ELCANLI

91 il əvvəlin gözəl bir payız günündə – 1926-cı ilin 6 noyabrında Bakıda baş verən əlamətdar hadisə ilə böyük bir yol başladı, möhtəşəm bir salnamənin ilk səhifəsi yazıldı.

Həmin gün İsmailiyyə binasından “Danışır Bakı” kəlmələriylə efirə çıxan Azərbaycan Radiosu, 30 il sonra ona qoşulan, onunla birgə addımlamağa başlayan Azərbaycan televiziyası xalqımızın həyatında, bütövlükdə milli mədəniyyət tariximizdə mühüm rol oynadı, vətənimizə, xalqımıza şərəflə xidmət etdi, böyük uğurlar qazandı.

Ardını oxu »

Kürü düşmən dəyirmanına axıdırsız, sonra da…

Kürü düşmən dəyirmanına axıdırsız, sonra da...<b style="color:red"></b>Aqil ABBAS

Bizləri borclu çıxarırsız.

Gündəmi orta məktəblərin rus bölməsinin 10-cu sinif şagirdləri üçün buraxılmış tarix kitabındakı bir xəritə zəbt edib. Böyük müzakirəyə və ziyalılar tərəfindən etiraza səbəb olub. Xəritəni çap etmirik, söyüş söyənlə çatdıran yarı-yarıyadı, ona görə.

Ümumiyyətlə, son illər buraxılan dərsliklər mütəxəssislər tərəfindən tez-tez tənqid olunur, təbii ki, özü də faktlarla, kor-kor, gör-gör. Və bu tənqidlərə də dilucu bir cavab verirlər, bitdi-getdi. Növbəti illərdə yenə həmin şey. Ardını oxu »

Azərbaycan və dünya şərqşünaslığında parlaq imza: Aida İmanquliyeva

Azərbaycan və dünya şərqşünaslığında parlaq imza: <b style="color:red">Aida İmanquliyeva </b>Bəsirə ƏZİZƏLİYEVA 
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Görkəmli şərqşünas alim Aida İmanquliyeva XX əsrdə Azərbaycan ərəbşünaslıq elminin əsas istiqamətlərinin müəyyən olunması, ərəb ədəbiyyatının müxtəlif problemləri və ayrı-ayrı mütəfəkkir ərəb yazıçılarının yaradıcılığının öyrənilməsində xüsusi xidmətləri ilə seçilir.
Tarix boyu Azərbaycanın ictimai-siyasi və mədəni sferasında qadın ziyalılarımızın da mühüm və əhəmiyyətli rola malik olduğu milli ənənələrimizin davamçısı kimi Aida İmanquliyevanın fəaliyyətində üç əsas sahəni ayırd etmək mümkündür:

Ardını oxu »

Tanrının ömür payı

Tanrının ömür payı<b style="color:red"></b>

Əlövsət BƏŞİRLİ

“Bu dünyada vəfa, sədaqət, etibar, dəyanət deyilənlər heç də nağıl, əfsanə, xülya deyil, əksinə həqiqətdir”

Böyükxan Bağırlı

Hər il ad günündə onu təbrik edirdim. Bu dəfə telefon susurdu… Nəhayət, səs gəldi. O, deyildi. Eşitdiyimə inana bilmədim. Axı, necə ola bilər?! Bir həftə əvvəl danışmışdıq. Adəti üzrə nikbin idi. Bəs… Fikir-xəyal məni götürdü… Cəmi bir il əvvəl 70 yaşı tamam olmuşdu. Bu münasibətlə yazmışdım. “525-ci qəzet”də, “Ədalət”də dərc edilmişdi. Yazmışdım ki…

Ardını oxu »

Bizi bizə tanıdan nəsr

Bizi bizə tanıdan nəsr<b style="color:red"></b>

Sadıq ELCANLI

Hər yeni sanballı kitabla görüş mənim üçün bayramdır; bu, köhnəlməyən köhnə dostların kitabları olanda ikiqat bayrama çevrilir…

Yazıçı Əjdər Olun “Qəzənfər müəllimgilin Şuşaya yürüşü” adlı yeni nəsr kitabını bu duyğularla varaqlayıram. Bəzi hekayələr ilk dəfə rastlaşdığım adamlar kimi kəlmə kəsməyə tələsmir, əksər hekayələrlə isə köhnə tanışlar kimi yenidən görüşür, salamlaşıram: “Necəsiniz, qardaşlar, illərin sınağı nələr deyir?..”

Ardını oxu »

Vaqifin dünyası, dünyanın Vaqifi…

Vaqifin dünyası, dünyanın Vaqifi...<b style="color:red"></b>Firuzə NADİR

Ölkəmizdə çox məşhur Vaqiflər var. Həmin məşhurlardan biridir.
Tərtərin Cəmilli kəndində müəllim ailəsində anadan olub, adını atasından alıb, hər şeyi taleyin üstünə atmayıb, kitaba Məcnun kimi vurulub, ondan ikiəlli yapışıb, dahilərin dərsini, dünyanın sirlərini öyrənib, qərar verəndə tələsməyib, “zamanında və düzgün qərar” verməyi bacarıb, özünü, Allahı və bütün kainatı dərk edib, buna görə də heç vaxt dörd yol ayrıcında aciz qalmayıb, vaxtdan və zamandan da əla qiymət alıb. Nəhayət, Vaqifliyi üzə çıxıb, bu dünyaya Vaqif olub və bu dünyanın Vaqifi olub…

Ardını oxu »

Arxiv
Təqvim
İyun 2018
S M T W T F S
« May    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Statistika
  • 0
  • 147
  • 107
  • 1,008
  • 4,835
ILK-10 Azeri Website Directory