Ədəbiyyat

Mikayıl Müşfiqin 110 illiyi Kürdəmirdə qeyd edildi

AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında Kürdəmir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MSK) ilə birgə görkəmli şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunan tədbir keçirilib. Ardını oxu »

“Ədəbiyyat adamı” mükafatı sahiblərinə təqdim olundu

Azərbaycan Yaradıcılıq Fondunun yeni layihəsi “Ədəbiyyat adamı-2018” in mükafatlandırma mərasimi keçirilib.
Mərasimdə fondun rəhbərliyi, üzvləri, mükafatçılar, tanınmış ədəbiyyat adamları və KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fondun sədri, yazıçı Kamal Abdulla Yaradıcılıq Fondu və layihə haqqında geniş məlumat verib. Ardını oxu »

Ədəbiyyat adamı

Afaq MƏSUD

Əziz Elçin müəllim, dünən Sizin 75 yaşınız tamam oldu. Açığı, bu rəqəm məni həm sevindirir, həm də kövrəldir. 

Sevinməyimin səbəbi – bu yaş həddinə illərin və hadisələrin axarıyla zatən dəyişmədən, həmin nəcibliklə, şəxsiyyət, alim və yazıçı kamilliyi, dərin elmi-analitik təfəkkür, ədəbiyyata və onun Ardını oxu »

“Dünyanın dərdləri birmi, ikimi?..” – Tahir Rzanın şeirləri

Şah əsər…

Azadlığı məlhəm edib yarama qoydum,
Qüvvət verdi arzularım qoluma mənim.
Bu sevgidən nə yoruldum, nə də ki, doydum,
Müstəqillik nur ələdi yoluma mənim.
Ardını oxu »

Vaqif Yusifli ilə bayram kimi bir görüş

Bəzən kimsə sənin kitabın, yazılarınla bağlı yazı yazır və sən də həyəcanla baxıb görürsən ki, burada heç nə yoxdu. Daha doğrusu, heç nə deyilməyib. Tənqidi yazı yazmaq doğrudan da elə asan iş deyil. Deyirlər, bir şeiri tədqiq etmək o əsəri yazmaqdan daha çətindir… Ardını oxu »

Mir Cəlal Paşayevlə bağlı kitabların təqdimatı oldu

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində görkəmli ədəbiyyatşünas alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 110 illik yubileyi ilə əlaqədar üç kitabın təqdimatı keçirilib.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru, AMEA-nın müxbir üzvü Təhsin Mütəllimovun elmi redaktorluğu ilə

Ardını oxu »

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “…Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı işıq üzü gördü

Azərbaycan Tərcümə Mərkəzinin yeni nəşri – Əlimərdan bəy Topçubaşovun “…Xalqımızın müstəqil yaşayacağına inanırdıq” kitabı işıq üzü görüb.

Çar Rusiyasındakı çoxmilyonlu türk-müsəlman xalqlarının sınanmış lideri, Azərbaycan Cümhuriyyətinin ideya atalarından və ən fəal xadimlərindən biri, Parlamentimizin ilk sədri Əlimərdan bəy Ardını oxu »

Mehriban Əliyeva Anarı təbrik etdi

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarı 80 illik yubileyi münasibəti ilə təbrik edib.
Təbrikdə deyilir:

“Hörmətli Anar müəllim.

Sizi – Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan canlı klassikimizi və görkəmli yazıçını 80 illik yubileyiniz Ardını oxu »

Xalq yazıçısı Anardan 3 dildə yeni kitab

“AybKitab” layihəsi çərçivəsində Xalq yazıçısı Anarın “Səhra yuxuları” kitabı işıq üzü görüb.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın 525.az-a verdiyi məlumata görə, “Səhra yuxuları” pyesi Azərbaycan, rus və türk dillərində kitaba daxil edilib. Ardını oxu »

“Ulduz” jurnalının fevral sayında…

Bugünlərdə “Ulduz” jurnalının yeni sayı işıq üzü görüb.
Jurnalın bu sayı da ənənəvi olaraq ekspert rəyi ilə açılır. Bu dəfə Natiq Məmmədli Cümhuriyyət ilinin birinci “Ulduz”undan yazıb. “Özüylə söhbət”in yeni qonağı şair Hikmət Məlikzadədir. Şairin özüylə söhbətini şeirləri izləyib.

Elçin Hüseynbəylinin “Qəfil getmək” hekayəsinin təqdim olunduğu “Ulduz” jurnalının artkaspi.az saytının birgə layihəsi olan “Variasiya”nın qalibləri açıqlanıb. Ardını oxu »

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 74
  • 49
  • 1,081
  • 4,941
ILK-10 Azeri Website Directory