Ədəbiyyat

M.P.VAQİFİN ANADAN OLMASININ 300 İLLİYİNƏ HƏSR EDİLMİŞ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB

Bu gün AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin anadan olmasının 300 illiyinə həsr edilmiş “Molla Pənah Vaqif: Sələflər və xələflər – erkən yeni dövr əlyazmaları və Azərbaycan ədəbiyyatının tarixi problemləri” mövzusunda XV ənənəvi respublika elmi-nəzəri konfransı keçirilib.
Konfransı giriş sözü ilə institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli açaraq M.P.Vaqifin milli poeziyamızın və milli dilimizin inkişafındakı əvəzsiz xidmətlərindən danışıb. O, realist poeziyanın və ümumiyyətlə, Azərbaycan ədəbiyyatının yeni mərhələsinin Vaqiflə başlandığını bildirib.
Ardını oxu »

Bir kitablıq söz

Bir kitablıq söz<b style="color:red"></b>

Bugünlərdə “Təhsil” nəşriyyatında nəşr edilmiş kitab belə adlanır: “Bir kitablıq söz”. 
Kitab tanınmış yazıçı, publisist, naşir Mustafa Çəmənlinin 70 illik yubileyi münasibətilə çap edilib.
Kitabda yazıçının 1982-ci ildə “Yazıçı” nəşriyyatında nəşr olunmuş “Mənim dünyamın adamları” adlı hekayələr kitabı da daxil olmaqla bu günə kimi nəşr olunmuş 30-a qədər kitabı haqqında yazılmış resenziyalar, məqalələr toplanıb.
Yazıçının oğlu Ceyhun Mustafayev tərtibçisi olduğu kitabın ön sözündə məramını belə açıqlayıb: “Bir oğul kimi mən ona dünyanın ən qiymətli hədiyyəsini almaq istərdim, amma hər insan üçün “ən qiymətli hədiyyə” anlayışı fərqli məzmun daşıyır. Kiminə görə maddi, kiminə görə mənəvi hədiyyə qiymətli olur. Mənəviyyat adamı olmasını nəzərə alıb mən ona özünə layiq bir hədiyyə vermək istdim.
Ardını oxu »

Şairin xatirəsinə ehtiramla…

Şairin xatirəsinə ehtiramla...<b style="color:red"></b>

Oktyabrın 14-də II “Məmməd Araz Poeziya günü”nə həsr olunmuş yekun tədbirlər keçirilib. Əvvəlcə Fəxri xiyabanda unudulmaz şairin məzarı ziyarət edilib.

Anım mərasimində Məmməd Arazın zəngin şeir dünyası ilə çoxəsrlik poeziya gülüstanımıza misilsiz töhfələr bəxş etməsindən danışılıb, görkəmli şairin bir-birindən hikmətli şeirlərinin bu gün də geniş oxucu kütləsi tərəfindən sevilə-sevilə oxunmasından söhbət açılıb.

Ardını oxu »

Bahara aldanan şair

Bahara aldanan şair<b style="color:red"></b>

PROLOQ

“Məni kəndimizdə basdırarsınız,
Bir az yola yaxın, hənirə yaxın.
Bitər qəbrim üstə küskün bənövşə.
Gələr qulağıma şırşırı arxın”.

“Var olmağın cəfaları çox imiş,
Yox olmaqdan gözəl heç nə yox imiş” –

deyib öz şair qənaətinə tapındınmı bunca inamla?! Allahdan gəlirdi, öncəduyum mələyi pıçıldayırdı qulağına yoxsa? 60 illiyin bir neçə yerdə yüksək səviyyədə, ən başlıcası səmimiyyət ovqatında keçirildi. Elə hey tutuşdurdun ki, görərsən, mənə nəsə olacaq, son vaxtlar məni yaman çox istəyirlər – deyə-deyə.
Ardını oxu »

Əslən Şəkidən olan türk şair baba yurdunda

Əslən Şəkidən olan türk şair baba yurdunda<b style="color:red"></b>

Bugünlərdə əslən Şəkidən olan türkiyəli şair-publisist Coşqun Qarabulud və xanımı, Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəvətilə Bakıya gəlib.

Qonaqlar paytaxtla tanış olub, Fəxri Xiyabanda mərhum prezident Heydər Əliyev və oftalmoloq-alim Zərifə Əliyevanın məzarlarını, Şəhidlər Xiyabanı və Bakı Türk Şəhidliyini ziyarət ediblər.

Ardını oxu »

Müəllifinin ad günündə təqdim olunan “Səhnə” – Fotolar

Müəllifinin ad günündə təqdim olunan "Səhnə" - <b style="color:red">Fotolar</b>

Oktyabrın 9-da Gənc Tamaşaçılar Teatrında yazıçı Pərvinin “Səhnə” kitabının təqdimat mərasimi keçirilib. Mərasimdə teatr xadimləri, yazıçılar, oxucular və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, şair-publisist Rəşad Məcid həm Pərvinin ümumi yaradıcılığı,  həm də yeni kitabı haqqında geniş məlumat verib. Qeyd edib ki, kitabda Pərvinin müxtəlif tamaşalara resenziyaları, sənət adamları ilə söhbətləri, teatr konfranslarından təəssürat yazıları, həmçinin pyesləri yer alıb. Ardını oxu »

Şeirin kasad bazarı və ya zər qədrini zərgər bilər

Şeirin kasad bazarı və ya zər qədrini zərgər bilər<b style="color:red"></b>

Bəşəriyyət yarandığı, insan insanlığını dərk etdiyi ilk gündən ritmli, ahəngdar şeir sənətinə, bədii sözə maraq böyük olmuşdur. Bunu saysız-hesabsız folklor nümunələrimiz: əmək, mövsüm və mərasim nəğmələrimiz, bayatılarımız, laylalarımız, ağılarımız  əyani şəkildə sübut etməkdədir.
Xalqın yaddaşına hopub əsrlərin o başından bu başına gəlib çıxan dəyərli poetik nümunələr həm onda ifadə olunan məzmunun, həm də düşüncə tərzinin, fikri nə şəkildə ifadə etmə ustalığının sayəsində uzunömürlü olmuşdur. Məhz ahəngin, ritmin, qafiyənin, ümumiyyətlə poetik biçiminin gözəlliyi lirik parçaların yaddaşlarda əbədi yaşamasının təminatçısına çevrilmişdir.

Ardını oxu »

Xalq yazıçısı Anarla Sumqayıtda görüş

Xalq yazıçısı Anarla Sumqayıtda görüş <b style="color:red"></b>

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin və Azərbaycan Yazıçılar Birliyinin (AYB) Sumqayıt bölməsinin birgə təşəbbüsü ilə Birliyin sədri, Xalq yazıçısı Anarın Sumqayıtda oxucularla görüşü keçirilib.  
AYB katibi Rəşad Məcidin də iştirak etdiyi görüşdən əvvəl qonaqlar yeni inşa edilmiş Heydər Əliyev mərkəzi, 3 saylı uşaq incəsənət məktəbi, Sumqayıt Dövlət Dram Teatrı və yeni salınmış bulvarla tanış olublar.

Ardını oxu »

Azərbaycan-Kolumbiya ədəbi əlaqələri genişlənəcək – Fotolar

Azərbaycan-Kolumbiya ədəbi əlaqələri genişlənəcək - <b style="color:red">Fotolar</b>

Dünən Azərbaycan Yazıçılar Birliyində (AYB) görkəmli Kolumbiya yazıçısı və ədəbiyyat tədqiqatçısı, Markes irsinin bilicisi Konrado Zuluaga ilə görüş keçirilib.
K.Zuluaga V Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində Kolumbiyanın Azərbaycandakı səfırliyinin dəstəyi ilə Bakıya səfər edib.

AYB-dəki görüş Birliyin Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin təşkilatçılığı ilə keçirilib. Görüşdə Birliyin sədri, Xalq yazıçısı Anar, Kolumbiyanın ölkəmizdəki müvəqqəti işlər vəkili xanım Marta Qalindo Pena, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Səlim Babullaoğlu, AYB katibi İlqar Fəhmi, “Qobustan” toplusunun baş redaktoru Vaqif Əlixanlı, “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru Seyfəddin Hüseynli, yazıçı Elçin Hüseynbəyli və başqaları iştirak ediblər. Ardını oxu »

Yazıçı Pərvin gənc ədiblərlə görüşdü – Fotolar

Yazıçı Pərvin gənc ədiblərlə görüşdü - <b style="color:red">Fotolar</b>

Sentyabrın 12-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda III Gənc Ədiblər Məktəbinin (GƏM) növbəti toplantısı keçirilib.
Tədbiri giriş sözü ilə açan Məktəbin rəhbəri, AYB-nin katibi Rəşad Məcid gəncləri salamlayıb, GƏM-in budəfəki qonağı yazıçı Pərvin haqqında ümumi məlumat verib: “Biz daha əvvəldən Pərvinlə gənc ədiblərinin görüşü barədə düşünürdük. İş elə gətirdi ki, bu görüş sentyabr ayında keçirilir. Pərvin bizim I Gənc Ədiblər Məktəbinin müdavimlərindəndir. O, son illərdə Azərbaycanda çoxtərəfli fəaliyyət göstərən yazarlardandır. Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 192
  • 150
  • 1,191
  • 3,247
ILK-10 Azeri Website Directory