Milli Məclis

Milli Məclis toplanır – Gündəlikdə 23 məsələ var

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.
 İclasın gündəliyinə 23 məsələ daxil edilib.”Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədəAzərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında

Ardını oxu »

“Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis ediləcək

Milli Məclisin mayın 1-də keçirilən iclasında “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanuna dəyişikliklər edilməsi ilə bağlı qanun layihəsi müzakirə olunub. Ardını oxu »

Deputatların tətili başa çatdı

Bu gün Milli Məclis (MM) deputatlarının tətili başa çatıb.

29 dekabrdan tətilə çıxan deputatlar bu gündən işə başlayırlar.
 15 yanvar tarixindən etibarən parlamentin komitə iclasları keçiriləcək. Fevralın 1-də isə Milli Məclisin  yaz sessiyasının ilk plenar iclası olacaq.

Ardını oxu »

Gələn ilin dövlət büdcəsi layihəsinin geniş müzakirəsi keçirilib

\r\n\r\n

Oktyabrın 7-də Milli Məclisdə Elm və təhsil, Hüquq siyasəti və dövlət quruculuğu, Regional məsələlər, Mədəniyyət, İnsan hüquqları, həmçinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iştirakı ilə “Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi keçirildi. İclasın əvvəlində Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev layihənin hazırlanması və əsas strukturları barədə danışdı.\r\n\r\nO, layihənin parlamentin müzakirəsinə erkən təqdim olunmasının səbəbi kimi bu ilin noyabr ayında keçiriləcək parlament seçkilərini göstərdi. Ardını oxu »

Milli Məclisin yaz sessiyası başladı

Milli məcilisin yaz 1 4.02.2014Fevralın 3-də Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il yaz sessiyasının ilk iclası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdi. Azərbaycanın dövlət himni səsləndirildi. Sessiyanın başlanması münasibəti ilə deputatları təbrik edən Milli Məclisin Sədri qanunvericilik fəaliyyətində onlara yeni nailiyyətlər arzuladı.\r\nOqtay Əsədov bildirdi ki, parlament 2013-cü ilin payız sessiyasını uğurla başa vurmuşdur. Ötən sessiyada parlamentin 10 iclası keçirilmiş, 170 qanun və qərar qəbul edilmişdir. O cümlədən Milli Məclisin komitələri 62 iclas keçirmiş, 215 məsələyə münasibət bildirmişlər. Ardını oxu »

Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin müraciəti

Əziz soydaşlar, dəyərli həmvətənlər!\r\nDünya tarixinə və mədəniyyətinə sanballı töhfələr vermiş qüdrətli Azərbaycan xalqının övladlarını əqidə və əməl birliyinə çağıran həmrəylik günü münasibətilə hər birinizi səmimi- qəlbdən salamlayırıq. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 22 il əvvəl başlanmış mənəvi bütövləşmə prosesi xalqımızın tarixi köklərə bağlılığından və milli yüksəliş amalından güc almışdır. Dövlət müstəqilliyimizlə yaşıd olan bu proses sonrakı dövrdə daha da genişlənmiş, ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə sıx birləşməyin əhəmiyyətini dünya azərbaycanlıları dərindən dərk etmişlər. Ardını oxu »

Yaşıllıqların mühafizəsi gücləndirilir

Dünən Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. İclasda “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi müzakirə olunub.\r\nKomitənin sədri Eldar İbrahimov qanun layihəsinin vacibliyinə diqqət çəkib. Daha sonra Milli Məclis Aparatının aqrar qanunvericlik sektorunun müdiri Şahmərdan Kərimov qanun layihəsi barədə ətraflı məlumat verib. Onun sözlərinə görə, qanun layihəsi insanların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə meşə fonduna daxil olmayan yaşıllıqların (ağac-kol bitkilərinin) qeydiyyatı, mühafizəsi, salınması, bərpası və artırılması ilə əlaqədar münasibətləri tənzimləyir. Ardını oxu »

Milli Məclisin komitələrində 2014-cü ilin dövlət büdcəsinin layihəsi müzakirə edildi

Milli məcilisin komitələrində 5.11.2013 1Dünən Milli Məclisdə İqtisadi syasət, Təhlükəsizlik və müdafiə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət və Sosial siyasət komitələrinin birgə iclası keçirilib. İclasda 2014-cü ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi aparılıb.\r\nQeyd edək ki, Azərbaycan Respublikasının 2014-cü dövlət büdcəsinin gəlirləri 18 384 000,0 min manat, xərcləri 20 063 000,0 manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 14 601 576,0 min manat, yerli gəlirləri 782 424,0 min manat və mərkəzləşdirilmiş xərcləri 18 433 551,0 min manat, yerli xərcləri 1 629 449,0 min manat) məbləğində proqnozlaşdırılır. Ardını oxu »

Azərbaycan sabit ölkədir

Noyabrın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gələn Cənubi Afrika Respublikası Parlamentinin İncəsənət və mədəniyyət komissiyasının sədri xanım Tandili Sunduza ilə görüşüb. Görüşdə ikitərəfli mədəni əlaqələrin yaradılması və perspektivləri müzakirə olunub. Ardını oxu »

Azərbaycan dövləti seçkilərdə vətəndaşların iradələrini sərbəst ifadə etmələrində maraqlıdır

Azərbaycanda 9.10.2013Dünən Milli Məclisin Sədri Oqtay Əsədov oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) nümayəndə heyəti ilə görüşüb.\r\nQonaqları Milli Məclisdə görməkdən məmnunluğunu bildirən Oqtay Əsədov qeyd edib ki, prezident seçkiləri hər bir ölkənin siyasi həyatında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda prezident seçkilərini 40 min nəfər müşahidə edəcək. Bunlardan 1300 nəfəri beynəlxalq müşahidəçilərdir. Sədr vurğulayıb ki, Azərbaycan dövləti seçkilərin şəffaf, demokratik və azad şəkildə keçirilməsi üçün bütün lazımi şəraiti yaratmışdır: Ardını oxu »

Arxiv
Təqvim
May 2018
S M T W T F S
« Apr    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
Statistika
  • 0
  • 4
  • 3
  • 1,003
  • 3,059
ILK-10 Azeri Website Directory