Milli Məclis

Azərbaycan sabit ölkədir

Noyabrın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana gələn Cənubi Afrika Respublikası Parlamentinin İncəsənət və mədəniyyət komissiyasının sədri xanım Tandili Sunduza ilə görüşüb. Görüşdə ikitərəfli mədəni əlaqələrin yaradılması və perspektivləri müzakirə olunub. Ardını oxu »

Azərbaycan dövləti seçkilərdə vətəndaşların iradələrini sərbəst ifadə etmələrində maraqlıdır

Azərbaycanda 9.10.2013Dünən Milli Məclisin Sədri Oqtay Əsədov oktyabrın 9-da Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRK PA) nümayəndə heyəti ilə görüşüb.\r\nQonaqları Milli Məclisdə görməkdən məmnunluğunu bildirən Oqtay Əsədov qeyd edib ki, prezident seçkiləri hər bir ölkənin siyasi həyatında mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda prezident seçkilərini 40 min nəfər müşahidə edəcək. Bunlardan 1300 nəfəri beynəlxalq müşahidəçilərdir. Sədr vurğulayıb ki, Azərbaycan dövləti seçkilərin şəffaf, demokratik və azad şəkildə keçirilməsi üçün bütün lazımi şəraiti yaratmışdır: Ardını oxu »

Seçkiqabağı təbliğat kampaniyası beynəlxalq normalara uyğun keçirilib

Seçkiqabağı 9.10.2013Oktyabrın 8-də Milli Məclisin Sədri Oqtay Əsədov bu gün Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə edəcək Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasının (MDB PA) müşahidə missiyasının üzvləri ilə görüşüb.\r\nOqtay Əsədov qonaqları səmimiyyətlə salamlayaraq deyib ki, MDB-yə daxil olan dövlətlər demokratik inkişaf yolu seçmiş gənc dövlətlərdir. Ardını oxu »

Hər bir seçki demokratiyanın daha da inkişafı istiqamətində mütərəqqi addımdır

Hər bir seçki 9.10.2013Böyük Britaniya parlamentinin Lordlar Palatasının Azərbaycanda prezident seçkilərini müşahidə edəcək üzvü German Obe oktyabrın 8-də Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.\r\nOqtay Əsədov Lordlar Palatasının missiyasının Azərbaycanda prezident seçkilərində müşahidəçi kimi iştirakından məmnunluğunu bildirmişdir.\r\nMilli Məclisin Sədri Azərbaycanda seçkilərlə bağlı böyük təcrübənin qazanıldığını söyləmişdir. Ardını oxu »

Prezident seçkilərini müşahidə etmək üçün 8 ölkədən 10 beynəlxalq təşkilat dəvət olunub

Prezident seçkilərində 8.10.2013Dünən Milli Məclisin Sədri Oqtay Əsədov oktyabrın 9-da keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana dəvət olunan Fransa Senatının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Görüş zamanı Azərbaycanda seçkiyə hazırlıq və beynəlxalq təşkilatların seçkidə müşahidəçi qismində iştirakı müzakirə edilib. Ardını oxu »

Heç bir qüvvə Azərbaycan-İran əlaqələrini sarsıda bilməz

Heç bir qüvvə Azərbaycan- İran 25.09.2013Sentyabrın 24-də Milli Məclisin Sədri Oqtay Əsədov İran İslam Respublikası İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvləri ilə görüşüb. Görüş zamanı Azərbaycan-İran əlaqələri müzakirə olunub, ölkələrarası dostluq münasibətlərindən danışılıb.\r\nMilli Məclisin Sədri Oqtay Əsədov qeyd edib ki, ölkə başçılarının ayrı-ayrı vaxtlarda rəsmi səfərləri və parlamentlərarası görüşlər iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olmasının göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan hər zaman qonşu ölkələrlə hərtərəfli dərin əlaqələrin qurulmasına çalışır: “Çox şadam ki, hazırda hər iki ölkənin parlamentlərarası dostluq qurupu fəaliyyət göstərir. Belə bir qrupun olması qarşılıqlı münasibətlərin inkişafına böyük dəstək verir. Ardını oxu »

Azərbaycanda seçki prosesinin izlənməsi üçün yaradılan şərait yüksək qiymətləndirilmişdir

Azərbaycanda seçki 17.09.2013Sentyabrın 16-da Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən təyin edilmiş xüsusi əlaqələndiricisi, ATƏT-in Parlament Assambleyasındakı Fransa nümayəndə heyəti rəhbərinin birinci müavini Mişel Vuazə və Fransa Milli Assambleyasının Fransa-Azərbaycan dostluq qrupunun rəhbəri Tierri Mariani ilə görüşmüşdür.\r\nOqtay Əsədov Azərbaycanda demokratik və şəffaf seçkilərin keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirmişdir. Ardını oxu »

Azərbaycanda prezident seçkilərinin demokratik standartlara uyğun keçirilməsi üçün hər cür şərait yaradılmışdır

Azərbaycanda Prezident 11.09.2013Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə MDB-dən Müşahidə Missiyasının başçısı, Rusiya Dövlət Dumasının MDB və Həmvətənlərin İşləri üzrə Komitəsinin rəhbəri Leonid Slutskinin başçılıq etdiyi nümayəndə heyəti sentyabrın 10-da Milli Məclisin Sədri Oqtay Əsədovla görüşmüşdür.\r\nGörüşdə Oqtay Əsədov MDB Parlamentlərarası Assambleyasının Müşahidə Missiyasının Ardını oxu »

Sahibkarlıq sahəsində qanunvericilik bazası gücləndirilir

İyunun 22-də Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclası keçirilib. İclasda iki qanun layihəsi müzakirə edilib.\r\nİkinci oxunuşda müzakirəyə təqdim olunan “Sahibkarlıq sahəsində yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanun layihəsi barədə parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Bildirib ki, bu qanun layihəsi Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsədlərini və prinsiplərini, həyata keçirilməsi qaydalarını, yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir.\r\nMilli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə danışaraq bildirib ki, bu qanun Azərbaycan sahibkarlarını əsassız yoxlamalardan azad edəcək. O qeyd etdi ki, bu qanun layihəsi çox peşəkar hazırlanıb. Ona görə də layihəni müzakirə üçün plenar iclasa tövsiyə etmək olar. Ardını oxu »

NATO PA Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir

Mayın 23-də Milli Məclisin Sədri Oqtay Əsədov Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin illik konfransında iştirak etmək üçün ölkəmizdə səfərdə olan NATO Parlament Assambleyasının prezidenti Hu Beyli və NATO PA-nın sədr müavini, NATO PA-nın Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Julio Fransisko Miranda Kalha ilə görüşdü.\r\n\r\nQonaqları salamlayan Milli Məclisin Sədri Oqtay Əsədov Azərbaycanın NATO ilə əlaqələrə önəm verdiyini dedi. O, qeyd etdi ki, NATO PA-nın üzvü olan ölkəmiz bu qurumla fəal əməkdaşlıq edir. Azərbaycanın NATO PA-dakı nümayəndə heyəti bu təşkilatın işində fəallıq göstərir. NATO PA Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyir. Ardını oxu »

Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 91
  • 48
  • 1,329
  • 5,009
ILK-10 Azeri Website Directory