Nəqliyyat və Tikinti

Yevlaxda avtomobil yolları abadlaşdırılır

Yevlax, 8 dekabr (AzərTAc). Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Yevlax rayonunda avtomobil yollarının yenidən qurulması istiqamətində tədbirlər uğurla həyata keçirilir.\r\nYevlax şəhər icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, Dövlət Proqramı çərçivəsində Xaldan-Mingəçevir yolunda 10, Nemətabad və Nərimanabad kəndlərindin girişində 4,3, Xaldan və Yuxarı Bucaq kəndlərində 5,2, Malbinəsi kəndində 6, Yevlax şəhəri daxilində isə 42,3 kilometr yollar yenidən qurularaq asfaltlanmışdır. Ardını oxu »

Ölkədə istehsal olunan nəqliyyat vasitələrinin sayı açıqlanmışdır

Bakı, 24 noyabr (AzərTAc). Cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda 210 yük avtomobili, 366 minik avtomobili, 528 traktor və s. məhsullar istehsal edilmişdir.\r\nDövlət Statistika Komitəsindən AzərTAc-a bildirmişlər ki, maşın və avadanlığın istehsalı, nəqliyyat vasitələri, avtomobil və qoşquların istehsalı sahəsində məhsul istehsalının həcmi 208,2 milyon manat təşkil etmişdir.

Hacıqabul-Bəhrəmtəpə avtomobil yolu yenidən qurulur

Haciqabul və Bəhrəmtəpə 8.11.2013\r\n\r\n \r\n\r\nBakı, 8 noyabr (AzərTAc). Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 72,5 kilometrlik hissəsində təmir işlər davam etdirilir.\r\n“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu günə qədər yolun 52,5 kilometrlik hissəsinə ikiqat asfalt-beton örtük döşənmişdir. Yol boyu tikintisi davam etdirilən 8 körpüdən 6-da işlər tamamlanmaq üzrədir.

Qazax sement zavodu gələcəkdə məhsulunu xaricə çıxarmağı planlaşdırır

Bakı, 31 oktyabr (AzərTAc). İldə 1 milyon ton sement istehsalı gücünə malik Qazax sement zavodu məhsulunu ilkin mərhələdə xaricə ixrac etməyi planlaşdırmır.\r\nBu sözləri AzərTAc-a “Akkord” Korporasiyanın Direktorlar Şurası sədrinin müavini Suad Çalbıyıq bildirmişdir.\r\nO demişdir ki, Qazax sement zavodunun istehsal edəcəyi məhsul hazırda daxili bazar üçün nəzərdə tutulmuşdur. Ardını oxu »

Qurban bayramı ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonlar qoşulur

Bakı, 12 oktyabr (AzərTAc). Qurban bayramı ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına əlavə vaqonlar qoşulur.\r\n“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səhmdar cəmiyyət bu günlərdə gücləndirilmiş iş rejimində işləyir. Artıq bayramla əlaqədar sərnişin sıxlığı müşahidə olunan istiqamətlərə hərəkət edən qatarlara yeni vaqonlar qoşulur.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti gələn il istismara veriləcəkdir

Bakı, 12 sentyabr (AzərTAc). Bakı-Tbilisi-Qars dəmir yolu xətti gələn il istismara veriləcəkdir.\r\nAzərTAc xəbər verir ki, bunu Azərbaycanın nəqliyyat nazirinin müavini Musa Pənahov jurnalistlərə müsahibəsində demişdir. Ardını oxu »

Gələn il Bakıda iki yeni metro stansiyası istifadəyə veriləcəkdir

Bakı, 29 iyul (AzərTAc). Gələn il Bakı Metropoliteninin yeni – 3-cü xəttinin ilk iki stansiyası sərnişinlərin istifadəsinə veriləcəkdir.\r\nBakı Metropolitenindən AzərTAc-a bildirmişlər ki, Bakının əsas giriş qapısı olan “Avtovağzal” stansiyasından başlamaqla inşa olunacaq “Bənövşəyi xətt” 12 stansiyadan ibarət olmaqla Qaraçuxur qəsəbəsinə qədər uzanacaqdır. Beşillik Dövlət Proqramına əsasən, 2016-cı ildə xəttin ilk beş stansiyası istismara veriləcəkdir. Onlardan ikisi 2014-cü ildə açılacaqdır. Şərti adı “Memar Əcəmi-2” olan stansiya bu xəttin ilk həlledici sahələrindən biridir. Ardını oxu »

Respublika ərazisində 2015-ci ilədək yenidən qurulan və əsaslı təmir olunan avtomobil yollarının uzunluğu 3578 kilometr təşkil edəcəkdir

Bakı, 13 may (AzərTAc). Ötən il ümumi istifadədə olan 537,2 kilometr avtomobil yolu tikilmiş və təmir olunmuşdur.\r\nAzərTAc xəbər verir ki, bunu “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətin sədri Cavid Qurbanov bildirmişdir.\r\nO demişdir ki, bunun 134,6 kilometri respublika, 402,6 kilometri yerli əhəmiyyətli avtomobil yoludur. İl ərzində 25 körpü istifadəyə verilmişdir.\r\n“2006-2015-ci illər ərzində respublika əhəmiyyətli 3578 kilometr, yerli əhəmiyyətli 5928 kilometr avtomobil yolunun yenidən qurulması və əsaslı təmiri, Bakı şəhərində nəqliyyat tıxaclarının aradan qaldırılması və əhaliyə göstərilən nəqliyyat xidmətlərinin səviyyəsinin yüksəldilməsi məqsədilə müxtəlif yol qovşaqlarında yol ötürücülərinin və keçidlərin tikintisi nəzərdə tutulmuşdur. Hazırda bu işlər uğurla davam etdirilir.

Arxiv
Təqvim
Noyabr 2018
S M T W T F S
« Jul    
 123
45678910
11121314151617
18192021222324
252627282930  
Statistika
  • 0
  • 103
  • 32
  • 1,296
  • 4,287
ILK-10 Azeri Website Directory