Rəsmi

Prezident İlham Əliyev Rusiyanın Əmək və Sosial Müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 24-də Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə naziri Maksim Topilini qəbul edib.

Ardını oxu »

“Azərbaycan İslam həmrəyliyinin möhkəmlənməsinə töhfə verir”

“Dövlət-din münasibətlərinin təməlində ulu öndər Heydər Əliyev və Şeyx həzrətləri dayanır”

“Report” xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev mayın 23-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində deyib.

Ardını oxu »

İlham Əliyev Rusiya Elmlər Akademiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də Rusiya Federasiyası Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyevi qəbul edib.

Qəbula görə minnətdarlığını bildirən Rusiya Elmlər Akademiyasının prezidenti Aleksandr Sergeyev Azərbaycan Respublikasının Prezidenti ilə bu görüşün onun üçün və ümumilikdə, Rusiya Elmlər Akademiyası üçün böyük önəm daşıdığını dedi.

Ardını oxu »

Qubada yol tikintisi üçün 20 milyon manat ayrıldı

Prezident İlham Əliyev Quba rayonunun Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamla altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba–Qonaqkənd avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 20,0 (iyirmi) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Ardını oxu »

Şərq Tərəfdaşlığı ölkələri başçılarının şərəfinə şam yeməyi verildi

Mayın 13-də Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun adından Şərq Tərəfdaşlığı ölkələrinin dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şam yeməyində iştirak edib.

Ardını oxu »

Prezident Kiyevdə insult keçirən Milli Qəhrəmanın müalicəsini nəzarətə götürdü

Ukraynanın paytaxtı Kiyev şəhərində insult keçirən Azərbaycanın Milli Qəhrəmanı Zabit Quliyevin müalicəsi Azərbaycan Prezidenti İlham Əliyevin birbaşa tapşırığı əsasında ciddi nəzarətə götürülüb.

Azərbaycanın Ukraynadakı Səfirliyindən bildirilib ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev hadisə baş verəndən sonra Z.Quliyevin ilkin müalicə aldığı xəstəxanada olub, həkimlərlə danışıqlar aparılıb. 

Ardını oxu »

Prezident və ailə üzvləri Heydər Əliyevə həsr olunan ağacəkmə aksiyasında

Mayın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Zığ dairəsi-Heydər Əliyev Beynəlxalq Aeroportu avtomobil yolunun 28-ci kilometrliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunan ağacəkmə kampaniyasında iştirak ediblər.

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev “Keçmiş yod-brom zavodunun çirklənmiş ərazilərinin təmizlənməsi” və “Heydər Əliyev Beynəlxalq Aeroportunun yaxınlığındakı çirklənmiş ərazilərin təmizlənməsi” layihələri barədə Prezident İlham Əliyevə məlumat verib.

Ardını oxu »

Prezident: “Xarici siyasət sahəsində Azərbaycan etibarlı tərəfdaşdır”

“Bizim fəal xarici siyasətimiz var. İqtisadi siyasətimiz ölkə əhalisinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına imkan yaradıb. Xarici siyasət sahəsində Azərbaycan etibarlı tərəfdaşdır”.

ONA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda çıxışı zamanı deyib.

Ardını oxu »

İlham Əliyev: “İqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır”

“Hazırda iqtisadiyyatın yeni inkişaf strategiyası hazırlanır”.

ONA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı deyib ki, ölkədə aparılan islahatlar beynəlxalq qurumlar tərəfindən dəstəklənir.

Ardını oxu »

Prezident: “Problemli kreditlər məsələsini ən yüksək səviyyədə həll etdik”

“Bir daha demək istəyirəm ki, biz ölkəmizi gücləndiririk, beynəlxalq mövqelərimizi möhkəmləndiririk, hərbi gücümüzü artırırıq, sosial məsələlərin həllinə çalışırıq”.

ONA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Bakının Xəzər rayonunda Mərdəkan-Qala avtomobil yolunun açılışında sakinlərlə görüşü zamanı söyləyib.

Ardını oxu »
Arxiv
Təqvim
May 2019
S M T W T F S
« Apr    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
Statistika
  • 0
  • 14
  • 11
  • 554
  • 2,470
ILK-10 Azeri Website Directory