Mədəniyyət

İrəvan Dövlət Dram Teatrı Gəncədə qastrol səfərində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyasına töhfə vermək məqsədilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi fevralın 2-də yazıçı-dramaturq Sabir Şahtaxtının Xocalı soyqırımı faciəsinə həsr olunmuş “Ölüm həsrəti” tamaşası ilə Gəncə şəhərində qastrol səfərində olub.

Ardını oxu »

İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalı başlandı

Yanvarın 25-də Nizami Kino Mərkəzində İtaliya-Azərbaycan Beynəlxalq Film Festivalının açılışı münasibətilə mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, mətbuat konfransında festivalın sədri, italiyalı aktyor Remo Girone iki ölkə arasında mədəni əlaqələrdən danışaraq ilk dəfə keçiriləcək bu festivalın kinematoqrafiya sahəsində əlaqələrin inkişafına öz töhfəsini verəcəyini bildirib. O deyib: “Bir çox ölkələrdə – ABŞ, Fransa, Polşa, Almaniyada fəaliyyət göstərmişəm. Azərbaycanla əməkdaşlıq etmək mənim üçün çox maraqlı olardı. İnanıram ki, belə tədbirlər bizim birgə əməkdaşlığımızın inkişafına yeni təkan olacaq. İki ölkə arasında mədəniyyət sahəsində mövcud olan əlaqələr bundan sonra davam etdiriləcək”.

Ardını oxu »

Türkiyədə azərbaycanlı rəssamın əsərinin eskizi əsasında gümüş sikkə buraxıldı

Türkiyə Xəzinəsinin əskinas çap etmə və sikkə kəsmə İdarəsi Osmanlı dövründə dəniz qüvvələri komandanlarından Oruc Rəisin xatirəsini əbədiləşdirmək məqsədi ilə 20 türk lirəsi dəyərində gümüş xatirə sikkəsi buraxıb. 

APA-nın Türkiyə bürosunun məlumatına görə, gümüş sikkə İstanbuldakı  əskinas çap etmə və sikkə kəsmə İdarəsi tərəfindən Ardını oxu »

Sevgidən doğulmuş sənət və ya əbədiyyəti yaradan nəfəs

“Allahın ən gözəl əsəri könüldür.
Qalan hər şey ancaq əsərin əsərləridir”.
Cəlaləddin Rumi 

Azərbaycan xalqı hər zaman öz istedadları, yaradıcı insanları və sənətkarları ilə öyünüb fəxr edə bilər. Çünki bizim müasirlərimiz olan sözün əsl mənasında fitri istedadlar, peşəkar sənətkarlar özlərində əcdadlarımızın ən yüksək nailiyyətlərini əks etdirir, öz yaradıcılığında təcəssüm edir, onları yaşadır, təbliğ edir və gələcək nəsillərə ötürür. Ardını oxu »

Xalça Muzeyi beynəlxalq tədbirlərdə

Azərbaycan Xalça Muzeyi iyulun 1-dən 4-dək Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən “Cəmiyyətin davamlı inkişafı üçün muzeylər” mövzusunda beynəlxalq forum və regional seminarda təmsil olunub.

Muzeyin mətbuat xidmətinin məlumatına görə, tədbir ICOM Gürcüstan Milli Komitəsi, ICOM Avropa Alyansı, Gürcüstan Muzeylər Assosiasiyasının təşkilatçılığı, ICOM Azərbaycan Milli Ardını oxu »

“Kökdən düşməyən” səslər…

Onlar 50 ildir Azərbaycan Dövlət Səs Yazıları Arxivində qorunan mənəvi sərvət kimi dəyərlidirlər.

Hər bir xalqın və dövlətin tarixində elə maddi mədəniyyət nümunələri olur ki, zaman keçdikcə mahiyyəti, dəyəri üzə çıxır. Belə milli sərvətlərdən biri də səsdir. Həmin səslər “zamana, dövrə baş əymir”, “qocalmır”, “kökdən düşmür”lər. Ardını oxu »

Leyla Əliyevanın kitabı Londonda nəşr olunub

Gənc Azərbaycan şairi Leyla Əliyevanın “The World Dissolves like a Dream” (“Dünya yuxutək əriyir”) kitabı Londonda işıq üzü görüb.

Azərbaycan ədəbiyyatının dünyada tanıdılması və təbliği istiqamətində Tərcümə Mərkəzi tərəfindən ərsəyə gətirilmiş kitab Böyük Britaniyanın “Hertfordşir Press LTD” nəşriyyatında çap edilib. Ardını oxu »

İşğal zülmətindəki muzeylərimiz və abidələrimiz

Dünyanın müxtəlif ölkələrindən olan mütəxəssislərin, alimlərin əsaslı araşdırmaları nəticəsində Azərbaycanın ilk yaşayış məskənlərindən biri olduğu sübut edilmişdir.
Qədim insan yaşayış məskəni olan Azərbaycan torpağında əsrlərdən bəri çox zəngin bir mədəniyyət də yaranaraq formalaşıb. Biz tariximizin bir sıra açılmayan qatlarına arxeoloji qazıntılar zamanı üzə çıxarılan maddi sərvətlər vasitəsilə bələd oluruq. Ardını oxu »

Naxçıvan İslami və bəşəri dəyərlərin qorunduğu müqəddəs məkan kimi tarixə düşəcək

Qədim Naxçıvanın “İslam mədəniyyətinin paytaxtı” olması ilə bağlı keçiriləcək tədbirlər.

Müasir dünyada ölkələr arasındakı müəyyən münasibətlərin qurulmasında, əlaqələrin inkişaf etdirilməsində mədəniyyət amili mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyev mədəniyyətə çox yüksək qiymət verərək deyirdi: “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Ardını oxu »

Dağlıq Qarabağın maddi-mədəni irsinin qorunması mövzusunda konfrans təşkil olunacaq

İyunun 13-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin İstanbul şəhərində yerləşən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) yeni binasını ziyarət edib.

Fonddan verilən məlumata görə, görüşdə G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun əsas prioritet məqsədlərindən danışıb, son illərdə Türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədi ilə həyata keçirdikləri tədbirlər, layihələr və proqramlardan söz açıb. Ardını oxu »

Arxiv
Təqvim
Fevral 2019
S M T W T F S
« Jan    
 12
3456789
10111213141516
17181920212223
2425262728  
Statistika
  • 0
  • 71
  • 56
  • 126
  • 1,745
ILK-10 Azeri Website Directory