Mədəniyyət

Dağlıq Qarabağın maddi-mədəni irsinin qorunması mövzusunda konfrans təşkil olunacaq

İyunun 13-də Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türkiyənin İstanbul şəhərində yerləşən İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Araşdırmalar Mərkəzinin (IRCICA) yeni binasını ziyarət edib.

Fonddan verilən məlumata görə, görüşdə G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun əsas prioritet məqsədlərindən danışıb, son illərdə Türk dünyası mədəniyyətini və irsini qorumaq, öyrənmək və təbliğ etmək məqsədi ilə həyata keçirdikləri tədbirlər, layihələr və proqramlardan söz açıb. Ardını oxu »

Qazax Dövlət Dram Teatrının kollektivi paytaxta gəlir

İyun 18-də Qazax Dövlət Dram Teatrının kollektivi Gənc Tamaşaçılar Teatrında Viktor Hüqonun “Bir edam məhkumunun son günü” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa ilə çıxış edəcək.

Teatrdan 525.az-a verilən məlumata görə, bu dəfə paytaxt sakinlərinin görüşünə gələcək tamaşa Mədəniyyət Nazirliyinin dəstəyi ilə teatrın rejissoru Allahverdi Musayev tərəfindən hazırlanıb. Ardını oxu »

“DÜNYANI UŞAQLARA VERƏK”

 Son illərdə ölkəmizdə bir çox sahələrdə aparılan uğurlu islahatlar sırasında mədəniyyət və kitabxana işi sahəsi də dayanır. Uşaq və yeniyetmələrin kitaba, mütaliəyə marağının artırılması Mədəniyyət Nazirliyinin fəaliyyətinin prioritet istiqamət- lərindən biridir.

Ardını oxu »

Azadlıq carçısı

Mikayıl Müşfiq poeziyamızın XX yüzilliyinin qüdrətli sənətkarlarındandır. Onun gözəl lirik şeirləri, mənalı-məzmunlu poemaları novator keyfiyyətləri ilə ədəbiyyatımızı zənginləşdirmiş, minillik poetikasında yeni səhifə açmışdır. Gənc şair parlaq fitri istedadı ilə seçilən yaradıcı bir insan kimi həm həyatda, həm də əsərlərində yüksək mənəviyyatlı, soyuna, torpağına dərin köklərlə bağlı mərd, cəsur, şuxovqatlı, ürəyəyatımlı bir şəxs olmuşdur. Ardını oxu »

“Ömürdən uzun gecə”

Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində görkəmli şair-dramaturq Hidayətin “Ömürdən uzun gecə” əsəri əsasında hazırlanan yeni tamaşasını teatrsevərlərə təqdim etmişdir. Ardını oxu »

Cümhuriyyət yadigarı olan nadir xalça aşkara çıxarıldı

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan nadir xalçanı aşkara çıxarıb. 

“Azərxalça” ASC-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xalqımızın müstəqillik əzmini nümayiş etdirən bayraqlı xalça qədim və nadir nümunələrdən biridir.  Ardını oxu »

Dünyada inqilab edən azərbaycanlı gənc

Tural Xuduyevin ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər.

Tural Xuduyev… O, Avropanın ən önəmli 50 tədqiqatçısından biridir. İxtirası ilə dünyada azərbaycanlı gənc alim kimi məşhurlaşıb. Hətta həmyerlimizin qatıldığı komanda ilə birlikdə gördüyü işlər dünyada tanınmış “Applied Optics’’ jurnalında dərc edilib. Ardını oxu »

Cəsar Məmmədovun rəsm əsəri Britaniya kraliçasına hədiyyə edildi

Böyük Britaniyada 9-13 may tarixlərində Kral Vindzor At Şousunun 75 illik yubileyinə həsr olunmuş tədbirlər keçirilib. 

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən məlumata görə, tədbir çərçivəsində azərbaycanlı rəssam Cəsar Məmmədovun müəllifi olduğu İkinci Elizabetin portreti Azərbaycan adından rəmzi xatirə hədiyyəsi olaraq Ülyahəzrətə təqdim  edilib.  Ardını oxu »

Akademik Zərifə Əliyeva bəzi göz xəstəliklərinin müalicəsi istiqamətində dəyərli elmi tədqiqatlar aparıb

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 95 illiyinə həsr edilmiş tədbir keçirilib.

Elm, təhsil və səhiyyə işçilərinin iştirak etdikləri tədbirdə AMEA-nın prezidenti, akademik Akif Əlizadə görkəmli alim Zərifə Əliyevanın Ardını oxu »

Bilik Fondu istiqlal şairi Əhməd Cavada həsr olunmuş maarifləndirici tədbir keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə Bakı İdarəetmə və Texnologiya Kollecində dövlət himnimizin müəllifi Əhməd Cavada həsr olunmuş “Əhməd Cavad – istiqlalımızın tərənnümçüsü” mövzusunda maarifləndirici tədbir keçirib.

“Azərbaycan” qəzetinin müxbiri, filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlı 45 yaşında Stalin repressiyasının qurbanı olmuş şairin kəşməkeşli ömür yolundan, yaradıcılığından danışıb. Ardını oxu »

Arxiv
Təqvim
Mart 2019
S M T W T F S
« Feb    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
Statistika
  • 0
  • 1
  • 1
  • 382
  • 1,664
ILK-10 Azeri Website Directory