Xəbərlər

Gəncədə terror aktlarının dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir

İyulun 17-də Gəncə “İmamzadə” dini kompleksində 10 iyul hadisələri zamanı həlak olan polis zabitlərinin anım mərasimi keçirilib. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə keçirilən tədbirdə QMİ-nin sədri Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşları, QMİ-nin bölgələr üzrə səlahiyyətli nümayəndələri, din xadimləri, dini icmaların üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ardını oxu »

Türkiyə parlamentinə yeni sədr seçilib

Türkiyə Böyük Millət Məclisində (TBMM) sədr seçkisi keçirilib.

APA-nın xəbərinə görə, ilk 2 turda namizədlərdən heç biri seçilmək üçün tələb olunan 400 səsi toplaya bilməyiblər. Ardını oxu »

RESPUBLİKA BAŞ PROKURORLUĞU, DAXİLİ İŞLƏR NAZİRLİYİ VƏ DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN M Ə L U M A T I

Xəbər verildiyi kimi, iyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərmiş radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına küt və  kəsici-deşici alətlərlə hücum etməsi nəticəsində 2 polis zabiti şəhid olmuşdur. Ardını oxu »

Səfər başa çatdı

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Respublikasına rəsmi səfəri iyulun 10-da başa çatıb.
 Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Ardını oxu »

Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 10-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub. Ardını oxu »

XİN-in rəhbərliyi Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib

9 iyul – diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü münasibətilə xarici işlər naziri Elmar Məmmədyarov və nazirliyin rəhbər heyəti Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib.

Ziyarət zamanı ümummilli lider Heydər Əliyevin və oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarları üzərinə gül dəstələri düzülüb. Ardını oxu »

Ramil Usubov: “İl ərzində 2 mindən çox cinayətin üstü açılır”

“Azərbaycanda il ərzində 2 mindən çox cinayətin üstü açılır”. 

APA-nın xəbərinə görə, bunu Azərbaycan polisinin 100 illik yubileyi və 2 iyul – Polis günü münasibətilə keçirilən mərasimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov deyib.  Ardını oxu »

Azərbaycan ordusu istənilən vəzifəni yerinə yetirməyə qadirdir – Şərh

“Bugünkü paradda yeni aldığımız müasir silah və zirehli texnikalar, zenit-raket kompleksləri, Azərbaycanın öz istehsalı olan hərbi təyinatlı məhsullar nümayiş etdirildi. Bütün dünya bizim gücümüzü gördü”. 

Bu sözləri APA-ya açıqlamasında bu gün Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi münasibətilə Bakının Azadlıq meydanında keçirilən hərbi parada və Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çıxışına münasibət bildirən keçmiş korpus komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov deyib.  Ardını oxu »

“Azərbaycan ordusu istənilən döyüş əmrini yerinə yetirməyə tam qadirdir”

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov hərbi poliqonda müxtəlif bölmələrlə keçirilən səhra məşğələlərinin gedişini izləyib. 

APA-nın məlumatına görə, Zakir Həsənov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin üçüncü kurs kursantlarının taktiki məşğələlərinin keçirildiyi taktiki qüllədəki tədris sinfində olub.   Ardını oxu »

Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hakimiyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edən islahatlar aparılır, ədalət mühakiməsinə çatımlılıq, vətəndaşların məhkəmələrə müraciət imkanları asanlaşdırılır, məhkəmə infrastrukturunun yüksək statusuna uyğun müasirləşdirilməsi və “elektron məhkəmə” informasiya sisteminin tətbiqi üzrə ardıcıl tədbirlər görülür. Ardını oxu »
Arxiv
Təqvim
Dekabr 2018
S M T W T F S
« Jul    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  
Statistika
  • 0
  • 96
  • 23
  • 947
  • 4,936
ILK-10 Azeri Website Directory