Xəbərlər

Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Hörmətli həmvətənlər!
Müqəddəs Ramazan bayramı münasibətilə sizi və dünyanın müxtəlif guşələrində yaşayan bütün soydaşlarımızı ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.
İlahi hikmətlər xəzinəsi “Qurani-Kərim” on bir ayın sultanı sayılan mübarək Ramazan ayında nazil olmuşdur. Müsəlmanlar bu ayda Uca Yaradan qarşısında vicdani borcunu yerinə yetirmək fürsəti əldə edir, mənəvi-ruhi kamilliyin nəfs üzərində qələbə sevincini yaşayırlar.

Ardını oxu »

Jurnalistlər üçün “Azərbaycan gömrüyü: bu gün və sabahın çağırışları” mövzusunda seminar təşkil edilib

İyunun ­13-də Bakı şəhərində, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Azərbaycan gömrüyü: bu gün və sabahın çağırışları” mövzusunda seminar başlayıb.
 AZƏRTAC xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) təşkil etdiyi ikigünlük seminar kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulub.
Tədbirin açılış mərasimində çıxış edən Dövlət Gömrük Komitəsi mətbuat xidmətinin rəhbəri Natiq Axundov gömrük xidmətinin fəaliyyətinin işıqlandırılmasında medianın rolunu xüsusi vurğulayıb, birgə əməkdaşlığın əhəmiyyətindən danışıb.

Ardını oxu »

Hərbi məhsullarımız Fransada keçirilən sərgidə

İyunun 11-də Fransanın paytaxtı Paris şəhərində “EUROSATORY-2018” Beynəlxalq müdafiə və təhlükəsizlik sərgisinin rəsmi açılışı olub. 

Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, açılışda müdafiə sənayesi naziri Yavər Camalov da iştirak edib.  Ardını oxu »

Müdafiə naziri NATO-nun toplantısında

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iyunun 8-də Brüssel şəhərində NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçirilən toplantısında iştirak edib.  Ardını oxu »

Tarix həm də ibrət götürmək üçün lazımdır

Azərbaycanlı soykökünü daşıyan, bu torpağın çörəyi-suyu ilə böyüyən, amma manqurt kimi yaşayanların və Azərbaycana faciələr gətirib, özlərinə də faciə yaşadanların yaxın tarixi 1920-ci ilin 28 aprelindən başlanır.

Ardını oxu »

Zakir Həsənov Rusiyaya gedir

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Müstəqil Dövlətlər Birliyinin Müdafiə Nazirləri Şurasının Rusiya Federasiyasının Tıva Respublikasında keçiriləcək növbəti iclasında iştirak edəcək. 

MN-dən APA-ya verilən məlumata görə, iyunun 5-dən 7-dək Tıva Respublikasının Kızıl şəhərində keçiriləcək iclasda quruma üzv ölkələrin müdafiə nazirləri MDB çərçivəsində hərbi əməkdaşlıq Ardını oxu »

İşğal altında olan rayonların Ağsaqqallar Şurası və Veteranlar Birliyinin rəhbərləri ilə görüş keçirilmişdir

Mayın 12-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində  işğal altında olan rayonların Ağsaqqallar Şurası və Veteranlar Birliyinin rəhbərləri ilə görüş keçirilib.

Komitədən bildiriblər ki, komitə sədri Rövşən Rzayev Azərbaycan Ağsaqqallar Şurasının ölkəmizin ictimai-siyasi, elmi və mədəni həyatında yaxından iştirak etdiyini bildirib. Ardını oxu »

“Azərbaycan Ordusu genişmiqyaslı döyüş əməliyyatlarına tam hazırdır”

Mayın 12-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə  görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub. Ardını oxu »

Nazir: “Son 15 ildə polislərin maaşı 16 dəfə artıb”

“Dünya çox çətin dövrdə yaşayır. Son iyirmi ildə onlarla ölkə bir anın içində vətəndaş müharibəsinə sürüklənib, dövlətçiliyini, müstəqillyini itirib, milyonlarla əhali qaçqına çevrilib. Yaşadığımız bölgənin də daxil olduğu coğrafi ərazidə terror, siyasi xaos, dini radikalizm yönündə çoxsaylı müharibələr yaşanır. Bu bəlalar Azərbaycanın sərhədinə doğru irəliləyir və onu ölkəmizə keçirmək istəyən məlum qüvvələr uzun illərdir ki, dayanmadan fəaliyyətdədirlər. Ardını oxu »

Vaşinqtonda Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib

Tədbir  Azərbaycan Demokratik  Respublikasının 100 illiyinə həsr olunub.

Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin təşkilatçılığı və ABŞ Milli Park Xidmətinin dəstəyi ilə ABŞ paytaxtının ən məşhur  tarixi məkanlarında Azərbaycan mədəniyyətinin təqdimatı keçirilib. Ardını oxu »

Arxiv
Təqvim
Oktyabr 2018
S M T W T F S
« Jul    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  
Statistika
  • 0
  • 34
  • 13
  • 1,291
  • 4,281
ILK-10 Azeri Website Directory